KEÇMİŞ BAŞ NAZİR GERİ DÖNÜR
Tarix: 12-07-2012, 13:56 |
Çap et
SİLVİO BERLUSKONİ SİYASİ FƏALİYYƏTİNİ BƏRPA EDİR
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni gələn il keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb. 2011-ci ilin noyabr ayında baş nazir vəzifəsindən istefa verən Berluskoni siyasətdən getdiyini açıqlamışdı.
Buna baxmayaraq, əvvəllər 3 dəfə baş nazir postuna seçilən Silvio Berluskoni yenidən siyasi fəaliyyətə başlamaq niyyətində olduğunu bildirib. Qeyd edək ki, İtaliyada parlament seçkiləri 2013-cü ilin yazında keçiriləcək. Hazırkı baş nazir Mario Monti seçkilərdə iştirak etməyəcəyini bəyan edib.