ABŞ İRAN MÜNASİBƏTLƏRİNDƏ ABSURD
Tarix: 13-07-2012, 14:19 |
Çap et
HƏDƏLƏYİRLƏR, AMMA ALVERLƏRİNİ DƏ EDİRLƏR
ABŞ-ın digər ölkələrə İranla əlaqələrin azalması istiqamətində təzyiqinə baxmayaraq, bu ilin may ayında ötən ilin eyni dövrü ilə müqayisədə Amerika məhsullarının İrana ixracı 3 dəfə artıb.
SalamNews-un FarsNews-a istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ-ın İqtisadiyyat və statistika idarəsinin hesabatında deyilir.
Hesabatda bildirilib: "Bu ilin may ayında İrana ixrac 44,5 milyon dollara çatıb ki, bu ötən ilin analoji göstəricilərindən 294% çoxdur. Bu ilin ilk 5 ayı ərzində ötən ilin analioji dövrü ilə müqayisədə ABŞ-ın İrana ixracı 56% artıb və 129,3 milyon dollara çatıb".