“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                     Naxçıvan MSK-nın üzvləri seçilib .....                     “Makron niyə Bakıya gəlmədi?... .....                     "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                     Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” .....                     "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" .....                     MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                     Dağlıq ərazilərdə qar yağacağı gözlənilir .....                     Azərbaycanda iki kollecə təyinat olub .....                     10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət .....                     Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik .....                     "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" .....                 

YARDIMLI SƏHİYYƏSİNİN BELİ NECƏ QIRILIR?
Tarix: 14-07-2012, 13:25 | Çap et
YARDIMLI SƏHİYYƏSİNİN BELİ NECƏ QIRILIR?

OQTAY ŞİRƏLİYEVİN ADAMLARI DAHA BİR RAYONDA BAZAR AÇIBLAR

DİA.AZ: - Redaksiyamıza Yardımlı səhiyysəi ilə bağlı bir məqalə daxil olub. DİA.AZ olaraq bütün ünvanlara açıq olduğumuzdan həmin məqaləni olduğun kimi diqqətinizə çatdırırıq:

“Əvvəla onu deyim ki, rayonumuzda 36 səhiyyə müəssisəsi var. Belə ki, 1 mərkəzi xəstəxana(100 çarpayılıq) və 2 kənd xəstəxanası, 17 tibb məntəqəsi və 16 həkim məntəqəsi vardır ki, bu müəssisələrdə 47 həkim, 119 tibb işçisi çalışır. Rayonun 9 kəndində 5 həkim və 4 tibb məntəqəsi inşaa edilib, 2009-cu ilin mart ayında isə 100 çarpayılıq rayon mərkəzi xəstəxanası əsaslı təmir olunub.

Amma açığını deyim ki, bu gün Yardımlıda səhiyyənin təşkili bərbad haldadır və şəksiz ki, bunun da öz səbəbləri var. Daha dəqiqi, bu sahədə özbaşınalıq baş alıb gedir.

Gəlin faktlarla danışaq. Burada dərmanların alınmasından tutmuş xəstələrin ərzağına qədər saxta işlər görülür. Sağlam adamları guya xəstəliklə əlaqədar saxta pensiyaya çıxarırlar. Məsələn, son illər rayonumuzda 168 nəfər böyürək çatışmamazlığından saxta yolla pensiyaya çıxarılıb, hansı ki, bu xəstəliyə mübtəla olan adamlar vaxtaşırı dializ olunmalıdırlar ki, sağ qalsınlar. Amma bu adla pensiyaya çıxarılan “xəstələrin” heç birinin buna ehtiyacı yoxdur, yəni sağlamdırlar. Son bir-iki ayda xəstəxanaya təcili yardım maşınlarını idarə etməkdən ötrü 3 nəfər sürücü kimi işə götürülüb, bunun üçün “D” kateqoriyası tələb olunduğu halda, həmin sürücülərin heç birinin bu kateqoriyası yoxdur.

Bundan əlavə, xəstəxananın istisimardan çıxarılmış maşınlarına belə saxtalaşdırılaraq yanacaq, sürtkü yağı, təkər və s. lazım olan texniki vasitələr yazılıb guya alınır, amma əslində onlara ayrılan vəsaitlər mənimsənilir. Daha bir fakt, xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlər göstərilir. Məsələn, hər hansı bir dərman aptektdə bir manata satılsa da, bizə verilərkən sənəddə üç-dörd manata alındığı göstərilir. Bundan əlavə, xəstəxanada olmaya-olmaya kimlərəsə saxta “xəstəlik tarixləri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Onların da əksəriyyəti pensiya almaq üçün məqsədli şəkildə açılan “xəstəlik tarixləridir”. Sonra, cərrahiyyə şöbəsində, uşaq xəstəxanasında feldşer çatmadığı halda, təcili tibbi yardım şöbəsində süni yolla feldşer bolluğu yaradılıb.

Bu da ona görədir ki, təcili tibbi yardımda əmək haqqı çox olduğu üçün digər şöbənin feldşerini qarşılıqlı maraq əsasında ora göndərirlər. Yəni, digər şöbələrdə feldşerə ehtiyac olduğu halda, təcili yardımda 3 feldşer ola-ola birini də artıq göndəriblər. Hansı ki, təcili tibbi yardımda bir gündə üç həkim personalına ehtiyac olur. Burada dördüncü feldşer artıqdır. Daha bir fakt, əksər rayon xəstəxanalarında olduğu kimi, bizim də rayonda həkim çatışmamazlığı var. Təxminən 40-dan çox həkim çatışmır. Bu da həkimlərə əlavə olaraq yarımoklad da işləməyə imkan yaradır. İş orasındadır ki, bu məsələdə də ögey-doğmalığa yol verilir.

Məsələn, hansısa şöbənin müdirinə öz işindən əlavə təcili tibbi yardım şöbəsində yarımoklad iş verildiyi halda, təcili tibbi yardımın öz həkimlərinə bu iş verilmir. Guya Səhiyyə Nazirinin göstərişi belədir. Bir sözlə, bizim rayonun səhiyyəsində qeyri-qanuni görülən işlər kifayət qədərdir. Bu gün xəstəxanadakı “xəstəlik tarixləri” araşdırılsa çox şeylər üzə çıxar. Onların böyük əksəriyyəti saxta açılıb. Yəni, hər hansı bir kəsin adı xəstəxanada getsə də, faktiki özü orada olmayıb. Və bu üsulla da ərzaq və dərmanları silərək mənimsəyirlər. Bunu isə tenderdə udmuş təşkilatlar vasitəsi ilə həyata keçirirlər.

Bu belə. Yaxşı, indi mənim sizə bir sualım var. Deyin görək hansı xəstəxanada daha çox xəstə ola bilər - rayon mərkəzi xəstəxanasında, yoxsa kənd xəstəxanasında? Sizcə, kənd xəstəxanasında dərman çox işlənər, yoxsa mərkəzi xəstəxanada? Yəqin ki, mərkəzi xəstəxanada. Amma mərkəzi xəstəxanada işləyən həkimlərin bir neçəsi dərmanların silinməsi üçün yazılan saxta sənədlərə imza atmaqdıqlarına bunun üçün kənd xəstəxanaları daha əlverişlidir. Bu gün rayon səhiyyəsinə alınan dərmanların silinmə sənədləri araşdırılsa məlum olar ki, kənd xəstəxana və məntəqələrində dərmanlardan əldə olunan qazanc mərkəzi xəstəxanadan əldə olunandan daha çoxdur və asandır.

Əslində isə onların heç birində xəstələr yatmır. Sadəcə, saxta olaraq sənəddə hər gün guya 15-20 xəstə yatdığı göstərilir. Bunun da arxasında ərzaq, dərman və s. müxtəlif xidmətlərə görə silinən vəsaitlərin mənimsənilməsi durur. Eləcə də “ölü ştat”lar. Təsəvvür edin, mərkəzi xəstəxanada infeksiya şöbəsi var, amma həmin şöbənin harda yerləşdiyini, işçilərinin kimlər olduğunu rayonda bilənlərin sayını barmaqla saymaq olar. Və ya uşaq xəstəxanası, bizim rayon uşaq ölümünə görə ölkədə ön sıralarda gedənlərdən biridir. Bəs, necə olur ki, həmin xəstəxanada bir nəfər də olsun uşaq yatmır? Çünki bu şöbədə də bütün işlər kağız üzərində qurulub...

Bundan əlavə, kadrların yerləşdirilməsində də saxtakarlığa yol verilir. Təsəvvür edin, əgər həkim bir il işləməzsə qanunvericiliyin tələbinə əsasən o, yenidən işə götürülərsə hökmən kursa getməlidir. Amma bizdə elə həkimlər var ki, işə götürülərkən bu tələblər ona şamil edilmir. Məsələn, həkim var ki, il yarım rayonda olmur, geri qayıdan kimi xəstəxanaya işə çıxır...

Xəstəxanada faktiki iki qadın ginekoloq həkim var. Səhiyyə Nazirinin göstərişi ilə həmin həkimlər növbəli şəkildə üç aydan bir stasionar və poliklinikada işləməlidirlər. İş orasındadır ki, bu göstəriş də ciddi şəkildə pozulur və həkimlərdən biri artıq on birinci aydır ki, poliklinikada çalışır. Rəsmiyyətdə isə burada üç ginekoloq çalışır. Amma onlardan biri aybay maaş alsa da, onu işlədiyi üç ildə xəstəxanada “gördüm” deyən çətin tapılar. Hələ bu harasıdır, bir il bundan əvvəl həkimlərin yarımoklad üçün almalı olduqları vəsaiti bilərəkdən altı ay yubadaraq, sonradan mənimsəyiblər. Yəni, həkimlərin adına sənədləşdirilən yarımokladların əməkhaqqısı hansısa razılaşmaya əsasən özlərinə verilməyib, rayon səhiyyəsinin rəhbərliyi tərəfindən mənimsənilib. Daha dəqiqi, hansı həkimə əlavə yarımoklad sənədləşdirilibsə onunla əvvəlcədən razılaşıblar ki, həmin yarımokladın altı aylıq maaşı götürüləcək. Belə ki, həmin ilin iyul ayında yanvar ayı üçün əmr verilib və altı aylıq əməkhaqqı birdəfəlik mənimsənilib. Bundan əlavə, ezamiyyət üçün ayrılan vəsaitlər də saxtalaşdırılır”...

Qarşı tərəfi də dinləməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19
Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Dünən, 11:18
Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Dünən, 11:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru