RƏHİM RƏHİMLİ NADİRDƏN MAHNISINI NİYƏ ALDI
Tarix: 16-07-2012, 15:55 |
Çap et
MÜĞƏNNİ ÖZÜ BELƏ İZAHAT VERİR
Azərbaycan estradasının ən modern müğənnilərindən olan Rəhim Rəhimli yeni klip çəkdirib. Müğənninin Milli.Az-a verdiyi eksklüziv məlumatda ekranlaşdırılan klipin maraqlı bir tarixcəsi üzə çıxdı. Məlum oldu ki, sözləri və musiqisi Rəhimin özünə məxsus “Yeter” adlı mahnı 6 ay öncə məşhur müğənni Nadir Qafarzadənin ifasında səslənirdi.
Mahnının daha lirik formasını həmkarına hədiyyə edən Rəhim indi onun remiksinə ekran həyyatı verib: “Nadir Qafarzadə, Röya və mən Moskvaya gedirdik. Təyyarədə Nadir mənə dedi ki, bu mahnı sənin övladındır. Təklif etdi ki, onu özüm ifa edim. Mən də Bakıya dönən
kimi mahnını verdim Eminə və o mənim üçün remiks variant hazırlayıb, aranjman etdi. Nadirdən isə bir daha halallığını aldım”.
Rejissorluq üçün Anar Hüseynova müraciət edən Rəhim klipin uğurlu alınğını dilə gətirib: “Burada rejissor “white party”ni (“ağ əyləncə”) canlandırıb. Yaxın dostumun bağında çəkilən klipdə 80 nəfər aktyor yer alıb. Onların sırasında zənci xanımlar və hind qızları da var”.
Yeni işi haqda ağızdolusu danışan Rəhim klipin məbləğini də açıqlamaqdan çəkinmədi. Müğənnin sözlərinə görə, “Yetər” klipi ona 16 min manata başa gəlib.