LAVROVDAN HİLLARİ KLİNTONA SƏRT İFADƏLƏR
Tarix: 17-07-2012, 12:57 |
Çap et
DÖVLƏT KATİBİ ƏDƏBSİZLİKDƏ İTTİHAM OLUNDU
Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Hillari Klinton haqqında kəskin ifadələr istifadə edib.
SalamNews-un “Hürriyet”ə istinadla verdiyi xəbərə görə, Lavrov Klintonu ədəbsiz adlandırıb: "Bəşər Əsədi deyil, "Annan Planı"nı dəstəkləyirik. Təzyiq və şantaja boyun əymərik. Xanım Klinton bu yaxınlarda “Suriya ilə bağlı tutduğu mövqeyə görə Rusiya cəzalandırılmalıdır” ifadəsini istifadə edib. Bu bəyanat diplomatiya əxlaqından kənara çıxıb, hətta iki insan arasında belə ədəbsizlik sayılır. Heç kim bizimlə təzyiq və şantaj dili ilə danışa bilməz”.