MÜĞƏNNİ OĞRULARIN ƏLİNDƏN DAD DEYİR
Tarix: 19-07-2012, 13:01 |
Çap et
“MƏNİM KİMİ GEYİNİRLƏR Kİ, DİQQƏTİ CƏLB ETSİNLƏR”
Əməkdar artist Elza Seyidcahan gündəlik həyatda ekstravaqantlıqdan uzaqdır.
Day.Az saytı xəbər verir ki, bu barədə müğənni yerli telekanallardan birinə açıqlamasında deyib.
"Elə qadınlar var ki, bir gün ərzində beş paltar dəyişirlər, ancaq mən belə deyiləm. Bacılarım həmişə deyirlər ki, sən ulduzsan, ulduz kimi görünməlisən. Lakin mən bununla razı deyiləm. Gündəlik həyatda sadəliyi sevirəm", - o əlavə edib.
Müğənni ona qarşı olan tənqidlərə də münasibət bildirib və deyib ki, onu tənqid edənlərə əhəmiyyət vermir.
"Dünya ulduzları da geyimlərinə görə tənqid olunurlar. Bir çox gənc müğənnilər mənim ideyalarımı oğurlayırlar. Mənim kimi geyinirlər ki, diqqəti cəlb etsinlər", - müğənni deyib.