Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                     Naxçıvan MSK-nın üzvləri seçilib .....                     “Makron niyə Bakıya gəlmədi?... .....                     "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                     Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” .....                     "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" .....                     MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                     Dağlıq ərazilərdə qar yağacağı gözlənilir .....                     Azərbaycanda iki kollecə təyinat olub .....                     10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət .....                 

ƏMƏKDAR ARTİST BORCA UN ALIR
Tarix: 19-07-2012, 13:06 | Çap et
ƏMƏKDAR ARTİST BORCA UN ALIR

GƏNCƏ TEATRINDAN UTANCVERİCİ MƏNZƏRƏLƏR

Gəncə Azərbaycanın ikinci böyük şəhəridir, bu, hamımıza məlumdur. Gəncə həm tarixi, həm də qədim mədəniyyəti olan şəhərdir. Bu da bəllidir. Gəncə Dram Teatrının da tarixi və ənənələri var. Bu teatr Bakıya zaman-zaman sənətkarlar idxal edib. Doğma teatrını tərk etməyən yeganə aktyor Ələddin Abbasov olub. Yeri gəlmişkən, bizim Gəncə teatrına səfərimiz onun 90 illik yubileyi keçirilən günə təsadüf etdi.

Qaranlıqda işıq

Bizi teatrın gənc baş rejissoru Gümrah Ömər qarşıladı. Gümrah “Yuğ” teatrında çalışıb, Vaqif İbrahimoğlunun öz yerini etibar edə bildiyi yetirməsidir, Mədəniyyət və Turizm Nazirliyinin bölgələrə göndərdiyi gənc rejissorlardandır. Artıq iki ildir ki, Gəncə Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərir. Bu teatra səfərimdən sezdiyim və sevindiyim bir məqam da elə onunla bağlı idi ki, bu layihə özünü doğruldub. Əyalət teatrına gənc baş rejissorun gəlişi qaranlıqda işıq axını kimi bir təsir gücünə malik olub: “Adi rejissor işləməklə, baş rejissor olmağın fərqi böyükdür. Rejissor kimi harda olur-olsun, sənin işin tamaşa hazırlamaqdır. Sənsən, beynindir, bir də hazırladığın məhsul üçün əlində olan alətlərdir, fərqi yoxdur texniki imkanlar nə dərəcədədir, əlindən çıxan işə cavabdehsən. Baş rejissor olmağın məsuliyyəti daha ağırdır, burda yalnız öz qoyduğun tamaşaya deyil, teatrda hazırlanan bütün tamaşalara cavabdehsən. Üstəgəl gənc rejissorlar, aktyorlar hazırlamaq, yetişdirmək, düzgün yönləndirmək missiyan var. Olmasa, çox pis, sənin əlindən tutub irəli çəkiblər, səni yetişdiriblər, sən də kimisə yetişdirib o borcu qaytarmalısan. Vaqif İbrahimoğlu mənim arxamca Estoniyaya, qoyduğum tamaşaya baxmağa gəlirdi. Ustad öz şagirdi üçün bundan artıq nə etməlidir? Bunu bizim üçün ediblər, biz də bu ənənəni davam etdirməliyik.”

Molyerin “Skapenin kələkləri” tamaşası üzərində işini bitirmək üzrədir. Bu, baş rejissorun iki ildə üçüncü tamaşasıdır. Teatr mövsümü bu tamaşanın premyerası ilə bağlanacaq.

Gənc rejissor Elşad Əhmədov, Gümrah Ömər Gəncə teatrına gələndə teatrda aktyor kimi çalışırmış, amma Bakıda “Yuğ” teatrında birgə layihələri də olub. Burdakı əməkdaşlıqları da uğurlu nəticələr verib. Gümrah Ömər teatrın baş rejissoru kimi ona müstəqil tamaşa hazırlamaq üçün imkanlar yaradıb. O da etimadı doğruldub, indi baş rejissor onun haqda - gənc, perspektivli və qeyrətli rejissordur-deyir:

“Kamal Abdullanın “İstintaq” hekayəsi əsasında “Sərgərdan” adlı tamaşa hazırladı, 2011-ci ildə Bakıda Eksperimental Tamaşalar Festivalının diplomunu aldı”. Baş rejissorun dediyinə görə Gəncə kimi qədim mədəniyyəti olan şəhərdə tamaşaçı qıtlığı ola bilməz. Deyir yerli televiziya ilə müqavilə əsasında işləyirik, əhali məlumat alıb gəlir: “Əsas məsələ odur ki, biz tamaşaçılara nə göstəririk. İşimizin mükəmməl olması üçün texniki imkanlarımız nə səviyyədədir? Səhnə işıqları, başqa texniki avadanlıqlarımız çox bərbad vəziyyətdədir. Plana görə 2014-cü ildə Gəncə teatrı üçün yeni teatr binası tikiləcək, inşallah, o ümidlə işləyirik ki, yaxın illərdə ən yüksək texniki avadanlıqlarla bahəm yeni, avropasayağı teatr binamız da olacaq. Bu gün başqa bir mühüm problemimiz odur ki, təhsilli gənclər teatrlara işləməyə gəlmirlər, daha gəlirli sahələrə üz tuturlar. Paytaxt teatrında son bir-iki ildə bu problem ərimək üzrədirsə, əyalətdə hələ qüvvədədir. Ona görə də özümüz teatr studiyası yaratmışıq, aktyor təhsili olmayan, amma bu sənətə böyük həvəsi olan gənclər toplaşıblar, onlardan seçib istedadı olanlar üzərində iş aparırıq. Artıq hazırladığımız o gənclər yeni tamaşalarımızda rol oynayırlar.”

Gənc aktyor-rejissor Elşad Əhmədov İ. Əfəndiyevin “Tənha iydə ağacı”nı tamaşaya hazırlayıb, Gümrah Ömərin fikrincə tamaşa uğurlu alınıb.
Elşad Əhmədovun dediyinə görə onun uğurlarının altında baş rejissorun da imzası var: “Biz nə ediriksə, bir-birimizdən ruhlanıb edirik. Gümrahın bu teatra gəlişi bizdə inanılmaz ruh yüksəkliyi yaratdı, o, həm də bizə yaradıcılıq imkanları verdi. Hər uğurlu işimiz növbəti iş üçün stimul yaradır, həvəslə çalışırıq”.

Baş rejissorun həvəslə danışmağından belə məlum olur ki, hələ Gəncədə qalıb işləmək fikrindədir: “Əlbəttə qalıb işləyəcəm. Biz Axundovu, Qoqolu hazırlamışıq burda. Yaxşı planlarımız var. Çünki mən Gəncəni, Gəncə tamaşaçılarını, bu teatrı sevdim. İşləyə bilirəm, burda çalışmaq mənə maraqlıdır.”

Sevgi nələrə qadir deyil!?

Bu sevgi məsələsinə qayıdacam, yadıma düşmüşkən onu deyim ki, Qoqolun “Evlənmə” əsərini Gəncə teatrında səhnəyə gənc rejissor İradə Sayya qoyub. İradə müstəqil rejissordur, Mingəçevirdə, Bakının Heydər Əliyev adına Sarayında da işləri meydana çıxır. Gəncədə “Evlənmə”si isə rejissorun özünün evliliyi ilə nəticələnib. Teatrın aktyoru İlhamla aralarında başlanan sevgi toyla özünün pik nöqtəsinə çatıb. Bu da bir xoşbəxt sonluq, yaxud başlanğıcdır. İndi keçək Gümrah Ömərlə kollektivin sevgisinə.

Hə... deməli, Yusif bibini sevir. Bəs, görəsən, bibi də Yusifi sevir? Bunu və məni maraqlandıran nə varsa, öyrənmək üçün kollektivlə görüşmək lazımdır. Kollektivi isə məşqdən sonra tamaşaya qədərki bir-neçə saatda harda tapmaq olar? Təbii ki, teatrın bufetində, ora yollandıq. İçəri keçən kimi siqaret tüstüsü üstümüzə necə hücum çəkdisə, üzümüzdə əyri ifadələr yarandı. Aktyorlar bunu hiss edib kimisi pəncərələrin pərdələrini araladı, kimisi tüstünü əlləri ilə qovub çıxartmağa cəhdi etdi. Əyləşdik, avtobusla beş saat yol gəlmiş adamların qarşısına çay gələ, o da çayı içmək əvəzinə məcbur olub müsahibələr apara, necədir sizin üçün? Söhbət edə-edə arabir çaydan bir qurtum alırdım, hələ üstəlik şirniyyatın da dadına fürsət tapıb baxa bildim.

Təəccüblənirdim ki, heç vaxt səhnəsində tamaşaya baxmadığım Gəncə Teatrının aktyorlarının əksəriyyətini simalarından tanıyırdım. Sonradan başa düşdüm ki, bu, əslində Sovet sisteminin zəhmətinin bəhrəsidir, çünki bir vaxtlar Gəncə, Şəki, Lənkəran, ümumiyyətlə, bölgə teatrlarının tamaşaları lentə alınıb dövlət televiziyası ilə nümayiş olunurdu. O teatrlarda çalışan aktyorlar televiziyaya, kinoya çəkilməyə dəvət olunurdular.

Adı Sovet Ensiklopediyasına düşən aktyor

Novruz Cəfərovu lap çoxdan tanıyıram, amma deyəsən o vaxt Şəki teatrında işləyirdi : “Hə, 21 il Şəki teatrında işləmişəm. O vaxt bir qrup aktyor İncəsənət İnstitutunu bitirib Şəki teatrına yollanmışdıq. Azərbaycan teatrının qızıl dövrü idi. Şəki teatrı ilə beş dəfə Moskvada qastrolda olmuşuq, heç o vaxt Akademik teatr o qədər Sovet paytaxtında çıxış etməmişdi. Oradan Gəncə teatrına gəldim. Özüm bu tərəflərdə böyümüşəm, ona görə doğma yerlər məni özünə çəkdi. Həm də Şəki iqlimi ilə Gəncə iqlimi çox fərqlidir. Orda səhhətimdə problemlər yarandı, həmin problemlər bura gələn kimi öz-özünə çözüldü. İşləyən üçün fərqi yoxdur, hansı teatrdasan. O ki, problemlər var ha teatrda, onlar aktyordan, teatrdan asılı olmur, ölkənin ictimai-siyasi həyatından asılıdır, sosial məsələlərlə bağlıdır. Heç kim yolumuzu kəsmir ki, işləməyin, əksinə, kömək edirlər ki, işləyin.”

Novruz Cəfərov çoxdanın aktyoru olduğundan, onun rollarını hələ Şəki teatrında oynadığı vaxtlarda televiziya ilə gördüyümdən, sonradan uzun illərdir Gəncə teatrının səhnəsində oynamasından çıxış edərək soruşdum ki, fəxri adınız varmı? Gülümsədi və maraqlı bir cavab verdi : “Yox, heç bir fəxri adım yoxdur, amma Sovet Ensiklopediyasına adım düşüb.”

Deyir fəxri ad heç eynimə də gəlmir: “91-ci ildə səhnə kateqoriyası məsələsi ilk dəfə yaradılanda Şəki teatrında səsvermə yolu ilə bu kateqoriya mənə verildi, yəni yüksək kateqoriyalı aktyor oldum. O mənim üçün çox əzizdir, çünki həqiqi səsvermə ilə bu, mənə verilmişdi. Bu il yüksək kateqoriyalı aktyorun məvacibinin üstünə gələn pulu azaldıblar, özü də kimin ki, fəxri adı yoxdur, məhz onun 20 manatını kəsdilər. Məsələ o 20 manatda deyil, burda dərin mənəvi məsələdən söhbət gedir, çox sarsıldım. Şükür ki, işimiz o sarsıntıdan çıxmağa təkan verir. Hər gələn rejissor teatra yeni nəfəs, yeni iş gətirir. Gümrah bu teatrda yeni etapa start verib, ona görə çox ruhlanmışıq. Özü də yaxşı insandır, ustadı da hamımızın ustadımız hesab olunur, Allah rəhmət eləsin, onun yetirməsi belə də olmalıdır.”

Əməkdar artistin narazılığı

Ramiz Vəliyev də teatrın çoxdankı aktyorlarındandır: “1974-cü ildən işləyirəm. Bizim teatrda tamaşaçı problemi olmayıb. Həmişə işləmişik, tamaşaçımız da olub. Sadəcə, bir söz var e, deyir necəsən, qanmayım atan yansın, biz ruhsal insanlarıq, ruhumuz söndüsə, işləmək çətin olur. Məvacibimiz çox aşağıdır, əməkdar artistəm, 182 manat məvacib alıram. İncəsənət Universitetində Şəfiqə Məmmədovanın kursunu qırmızı diplomla bitirmişəm. Səhnə danışığı müəllimim Səməndər Rzayev olub. Buranın mühiti əsl sənət mühitidir, amma teatrdan başqa qazanc yerimiz yoxdur. Əlimizdən başqa iş gəlsə, gedib işləyərdik, 10 ildir başqa iş axtarıram, tapa bilmirəm. 182 manata indiki zamanda ailə saxlamaq olar? Əməkdar artist nə qədər mağazadan adını borc siyahısına yazdırıb alver edəcək ki, un ver maaşda pulunu verərəm? Nə deməyi özümüzə sığışdıra bilirik, nə də deməmək olmur, nə qədər ac olub qürurla yaşamaq mümkündür? İlk növbədə teatrşünaslardan narazıyam. Bizə diqqət lazımdır, tamaşamıza baxıb fikir yazan teatrşünasa ehtiyacımız var. Teatrların diqqətdən kənarda qalmasının ilkin günahkarı teatrşünaslardır. Bir vaxtlar İlham Rəhimli yazırdı, indi daha o, da yazmır, yazanda da çox yumşaq, loyal yazır. Bu, bir başqa söhbətdir. Başqa bir məsələ sosial problemlərdir. 87-ci ildən bəri Gəncə teatrının bir sosial problemi öz həllini tapmayıb. Bir aktyora ev verilməyib. Ona görə də gənclər Gəncə teatrına gəlmir. Gərək onun təminatı olsun ki, burda işləməyə meyli də yaransın. Bakının bir teatrında 22 adam prezident təqaüdü alır, bizdə cəmi bir aktyor. Maddi-texniki bazamız yoxdur, səhnənin işıqları yoxdur, bunu deməyək, deyəndə olursan pis adam. Bununla belə biz başımızı aşağı salıb işləyirik. Hər il deyirlər ki, bu il məvacibimiz qalxacaq, 10 manat qalxır, adamın qalan ruhu da ölür. Ağlınız Bakı toylarına getməsin, Gəncə toylarında masabəyi getmək kəfəni boynuna salmaq kimi bir şeydir. Mədəniyyət və Turizm Nazirliyindən çox narazıyam, bir dəfə gəlib qapımızı açıb dərdimizi soruşan yoxdur ki, Gəncə teatrı, nə dərdin var? Nə vaxt bunlar həll olunacaq? Neçə illər idi repertuarda yox idim, ruhdan düşmüşdüm. İndi Gümrah müəllimin həvəsinə “Skapenin kələkləri”ndə rol almışam, oynayıram.”

Eldəniz Tağıyev “Müsyo Jordan Dərviş Məstəli Şah”da Hatəm xan ağanı oynayır. Uzun illər teatrdan uzaqlaşıb, Moskvada yaşayıb. Özünün də dediyi kimi dözə bilməyib, qayıdıb və teatra gələn yeni rejissor və yeni etap onu teatra işləməyə qaytarıb: “Bu sənətə məni gətirən həvəs, sənət eşqi yenidən geri qaytardı. Çox sevinirəm ki, qayıtmışam. Hazırladığımız “Müsyo Jordan və Məstəli Şah” tamaşası göstərdi ki, həqiqətən yeni dövr başlanıb. İradə xanımın hazırladığı “Evlənmə” də bunu təsdiqlədi. Ümidim böyükdür, sadəcə olaraq bir az çətinliklərə dözmək lazımdır. Mənim üçün bütün problemlər sənətin yanında xırda məsələlərdir, səhnəyə çıxanda hər şeyi unudursan.”

Fuad Poladovun Gəncəyə bəxşeyişi

Elxan Abbasovu indi hamı tanıyır, çünki “Pərvanələrin rəqsi” seriyalında Murad rolunu oynayır: “Həqiqətən artıq hamı küçədə tanıyır, görünür, serialın reytinqi yüksəkdir. Şəxsiyyətinin və sənətinin qarşısında baş əydiyim Fuad Poladovun kursunu bitirmişəm. 92-ci ildən Gəncə teatrında işləyirəm. Burdan- teatr dərnəyindən getmişdim, bura da gəldim. Arada bir balaca aralandım teatrdan, küsdüm. Başqa sahələrdə işlədim, kinostudiyada kaskadyorluq elədim, sonra yenə qayıtdım. Çünki tez-tez Fuad Poladovun sözləri yadıma düşürdü, o, deyirdi sən səhnə adamısan, səhnədə olmalısan, əzab çəkirdim, elə bilirdim ona xəyanət edirəm. Bizə elə tərbiyə verib ki, masabəyi ola bilmirik. “Xaltura” öyrətməyib bizə, sənət öyrədib.” Qayıdan kimi Gümrah Ömər ona Dərviş Məstəli Şah rolunu verib, fərqli, maraqlı obraz alınıb. Elxan Abbasova baxanda adamda teatrın gələcəyinə də, həyata da inam, ümid yaranır. Elxan deyir:

“Mənim bir dostum deyir ki, mən işləyən aktyoru üzündən tanıyıram, çünki işləyən aktyorun simasında işıq olur. İşləməyən aktyorun üzündən zəhrimar tökülür. Burda məşqlər, Bakıda çəkilişlər, mənim işim çoxdur, çox yaxşıdır.”

Gümrahın kəşf etdiyi aktrisa

Könül Kazımova ixtisasca müəllimədir, teatr studiyasından seçilib aktrisa olan gənclərdəndir: “Bu, mənim uzaq xəyalım idi. Günüm kinolara, seriallara baxmaqla keçirdi. Sınaqla studiyaya götürüldüm, Gümrah müəllim mənimlə işlədi. Qısa zamanda mənə sənətin əsasını öyrətdi. “Müsyo Jordan”da Şərəfnisəni oynadım, indi “Skapenin kələkləri”ndə də rolum var, “Tənha iydə ağacı”nda da. Ən böyük arzum həyata keçir.” Deyir maddiyyat məni maraqlandırmır, yetər ki, aktrisa olum, hələ öyrənirəm. Oynamaq istədiyim obraz yoxdur, nə versələr, oynamağa hazıram. Bütün xarakterləri oynamaq istəyirəm. Gümrah müəllim bizimlə səbrlə məşğul olur. İçimizdəkiləri üzə çıxartmayınca çalışır. Gənclərə çox böyük köməyi var, onun sayəsində biz gənclər səhnəyə gəldik.”

Bayaq dediyim kimi bizim teatra gəlişimiz teatrın qocaman aktyoru, xalq artisti Ələddin Abbasovun 90 illik yubileyi ilə üst-üstə düşdü. Söhbətlərdən, teatrı gəzib baxandan sonra nahar eləyib saat 17.00-da başlayan yubiley tədbirinə qatıldıq. Bakıdan bizdən başqa da qonaqlar var idi, amma onlar yalnız həmin saatda yubileydə iştirak etmək üçün gəlmişdilər- Xalq artisti, əslən gəncəli olan Amalya Pənahova, bu teatrdan pərvazlanıb Bakıya gedən aktyorlardan biri Telman Əliyev, “Azərbaycanfilm”dən Şeyx Əbdül Mahmudbəyov, ATV kanalından jurnalist İlham Tumas.

“Cahandar ağa”nı səhnəyə taxt-tacda gətirdilər

Yubileydə rayonun icra hakimi də iştirak edirdi. Ələddin Abbasovu çoxdandır xəstə yatdığından çıxmadığı səhnəyə taxt-tacda gətirdilər. Gecənin aparıcısı, Xalq artisti Pərvanə Qurbanova tamaşaçıları korifey sənətkarı alqışlamağa səslədi, sonra da irəliləyib Ələddin Abbasovun əllərindən öpdü. Bu, çox təsirləndiyim bir səhnə idi, qalan tədbir bütün yubiley tədbirləri kimi cansıxıcı təbrik nitqləri, vəzifəli şəxslərin təbrik-diplomlarının oxunması ilə keçdi. Hər birinin də xüsusi paketini Ələddin Abbasov şövqlə cibinə qoyurdu. İcra başçısının “dövlət sənə hər formada diqqət və qayğısını göstərib, dilə məndən nə dilərsən” təklifinin qarşısında ondan bir mənzil rica etdi. İcra başçısı da hamının qarşısında “günü sabah mənzilin açarı səndə olacaq”-dedi. Qəribədir, sən demə, insan 90 yaşında da mənzil problemi ilə üzləşə bilər.

Yadımdan çıxmamış bir az Pərvanə Qurbanovadan danışım. Bayaq dediyim kimi aktrisa Azərbaycanın xalq artistidir. Rejissorun rəyinə görə gözəl aktrisadır. Tamaşaçılar onu “Pərvanələrin rəqsi”ndən Yaqut xanım kimi tanıyırlar. Gəncə teatrında da yaxşı obrazlara imza atıb. Həyat yoldaşı da həmin teatrın aktyoru olub, iki ildir həyatdan köçüb. İki qızları var. Pərvanə xanım gənc nənədir, nəvəsi var.

Azərbaycanın Cahandar ağasının “Dəli Kür” filmindəki məşhur mahnı ilə başlayan yubiley mərasimi eyni sədalar altında da tamamlandı. Tədbirdə şəhərdə keçirilən bu qəbil mərasimlərdə görmədiyimiz istilik vardı. Heç kim mərasimi yarımçıq tərk etmədi, hamı elə bil Ələddin Abbasova hörmətini, sevgisini büruzə verməyə çalışırdı.

Mərasimdən sonra teatrın direktoru Əli Qasımov və tədbirin rejissoru olan qocaman rejissor Vaqif Şərifov qonaqları daha bir tədbirə, teatrın nəzdində fəaliyyət göstərən studiyanın yeni tamaşasına baxmağa dəvət etdi, dəvəti qəbul edib gedənlər də az olmadı. Biz isə geri- Bakıya qayıtmalı idik.

Ramilə Qurbanlı
Bakı-Gəncə-Bakı (olaylar)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru