BAŞ HƏKİMİN BAŞI DƏRDDƏDİR
Tarix: 19-07-2012, 13:16 |
Çap et
QAZAXDA KORRUPSİYA HƏBSİ GÖZLƏNİLİR
Qazax rayon Mərkəzi xəstəxanasının baş həkimi Arzu Novruzov həbs oluna bilər.
Bu barədə 7GUN.az-a etibarlı mənbələrdən məlumat daxil olub. Mənbə bildirir ki, son günlər mətbuatda daha çox adı hallanan bir sıra məmurlar artıq nəzarətə götürülüb və onların içərisində Arzu Novruzovun da adı var. Onun sözlərinə görə, Qazax rayon Mərkəzi xəstəxanasında rüşvətxorluq və korrupsiya halları mövcuddur. Həmçinin xəstəxana baxımsızlıqdan bərbad vəziyyətdədir. İnsanlar isə xəstəxanadakı vəziyyətdən narahatdırlar.
Mənbə bildirir ki, bir neçə gün bundan öncə xəstəxanaya bir neçə yaralı gətirilib. Onların qəzada yaralandığı bildirilir. Həmin şəxslərə isə dərman verilməyib. Xəstələrin yaxınları tibbi yardım üçün lazım olan dərmanları elə xəstəxananın yanındakı aptekdən pulla alıblar.
Artıq xəstəxanadakı vəziyyətlə bağlı lazımi dairələrə şikayətlər də verilib. Yaxın günlərdə xəstəxanada antikorrupsiya əməliyytaının keçiriləcəyi söylənilir. Təbii ki, bu əməliyyat baş həkim Arzu Novruzov üçün asan başa gəlməyəcək. Onun həbs ediləcəyi də bu səbəbdən istisna olunmur.