“MƏNİM QIZIM, ŞÜKÜR ALLAHA, TƏMİZDİR”
Tarix: 22-07-2012, 11:48 |
Çap et
RƏQSANƏ QIZINI NİYƏ DÖYÜR?
Rəqsanə İsmayılova böyük qızının şəxsi həyatından və onu necə tərbiyə etməsindən danışıb.
Day.Az bildirir ki, yerli telekanallardan birinin efirində müğənni Rəqsanə böyük qızı Aysunun bir oğlana qoşulub qaçması barədə şayiələri şərh edib.
"Şayiələrə inanmaq lazım deyil. Mənim qızım, şükür Allaha, təmizdir. İndiyədək kimsə onun özünü pis apardığını, yaxud hansısa oğlanla şəkil çəkdirdiyini görməyib. Mən onun tərbiyəsinə ciddi yanaşıram. O, böyük olmasına baxmayaraq, hələ də onu döyürəm. Heç vaxt ona pis məsləhət vermərəm. İstəyirəm ki, Aysun həmişə düz yolda olsun. Ərə getmək, yaxud kiməsə qoşulub qaçmaq onun üçün tezdir. Əgər bu doğru olsaydı, indi o, ərinin evində olardı", - Rəqsanə deyib.
R.İsmayılova həmçinin bildirib ki, qızını tanımadığı birinə ərə verməyə hazırlaşmır. Çünki sonunda hamısı satqın çıxır.