Yasamalın icra başçısı başqa rayonlarda obyekt sökdürür? - İbrahim Mehdiyevə qarşı ittiham
Tarix: 16-02-2016, 11:13 | Çap et
Bəzən elə bir vəziyyət yaranır ki, bütün lazımi sənədlər, hətta məhkəmə qərarı ola-ola, sizə icazəsini aldığınız obyektin tikintisi və fəaliyyəti üçün heç bir şərait yaratmırlar. Həm də bu maneəçilik təkcə yaşadığın rayonun icra hakimiyyəti tərəfindən deyil, birbaşa başqa rayonun icra başçısı tərəfindən törədilir. Ən maraqlı məqam da odur ki, maneəçilik törədən şəxslər də, bir neçə il əvvəl bu sənədlərə imza atan, möhür vuran şəxslərdir. Qafqaz Xəbər Agentliyi olaraq, bu cür “maraqlı” və absurd halları daim araşdırmış, vətəndaşların şikayətləri və tərəflərin dinlənilməsi əsasında ictimaiyyətə təqdim edirik.
Bu il fevralın 11-də Xətai rayonu S.Vəzirov 11 ünvanında, “KAT” MTK şəhərciyində Xətai RİH-in əməkdaşları tərəfindən Sevinc Oqtay qızı Hacıyevaya məxsus avtomobillərə xidmət məntəqəsi (“moyka”) söküldü və yüngül konstruksiyalı tikilinin bütün avadanlıqları müsadirə edilərək aparılıb. Lakin Sevinc Hacıyevanın sözlərinə görə, bu söküntü işi ilə bağlı ona heç bir rəsmi sənəd göstərilməyib.
O, Qafqaznews.az-a bildirib ki, bu obyektin inşası və fəaliyyətinə icazə 2005-ci il martın 9-da, Xətai RİH tərəfindən verilib. “O vaxt Xətai RİH başçısı İbrahim Mehdiyev idi və sərəncamda onun adı var. 2010-cu ildə isə Xətai RİH-in memarı Vadim Surxayev tərəfindən avtomobillərə texniki xidmət məntəqəsinin eskizi təsdiq olunub. O zaman biz bu obyekti inşa etdik, 40 min manata qədər vəsait xərclədik. Lakin təzə açılmışdı ki, Telman adlı şəxs (sakinlərlə söhbət zamanı onun “Təmiz Şəhər ASC-də işləyən Telman Teymurov olduğu, həmin vaxtlar bu şəhərcikdə yaşadığı məlum oldu – red.) dedi ki, “əgər “moyka” işlətmək istəyirsinizsə, ayda mənə 300 manat verəcəksiniz, mən də “yuxarı”lara verəcəyəm”. Sonra Telman guya “sakinlərə narahatlıq” bəhanəsi ilə qapı-qapı düşüb imza topladı, bu ərizə RİH-ə getdi. Hətta bəzi əcnəbi vətəndaşlardan da imza almışdılar. Əksər qonşular sonra dedilər ki, “biz nəyə imza atdığımızı bilmirdik, bizə burda abadlaşdırma və yaşıllaşdırma olacağını deyiblər”. Beləliklə, bir neçə il əvvəl obyekt söküldü.
2015-ci il iyul tarixində Xətai Rayon Məhkəməsi bizim həmin ərazidə yüngül konstruksiyalı məntəqə açmağımıza icazə verdi, bu işin icrasına nəzarət isə Ədliyyə Nazirliyi Xətai Rayon İcra Şöbəsinin icraçısı Rüstəm İbrahimova tapşırıldı. O bizə dedi ki, narahat olmayın, yenə sökməyə gəlsələr, mənə bildirin. Bundan 15 gün əvvəl R.İbrahimovun nəzarəti ilə həmin “moyka”nı bərpa etdik. Lakin fevralın 11-də Xətai RİH-dən gəlib heç bir sənəd göstərmədən sökdülər. İcraçıya zəng etdim, dedi mənim bu məsələdə işim bitib, siz 102-yə yığın. Sahə inspektoru Valeh Səfərli isə gəldi, həmin adamlarla dedi-güldü, zarafatlaşıb getdi. Daha sonra adı Füzuli olan RİH əməkdaşı mənə dedi ki, “RİH-in memarı Vadim müəllimlə danışın, o desə, söküntü dayanar”. Mən getdim Vadim müəllimlə görüşdüm (Vadim Surxayev – red.), o isə bildirdi ki, “siz yenidən icazə almalısınız”. Beləliklə, bu məsələdə biz tək qaldıq. Vəkilim sənədləri hazırlayıb, prokurorluğa və məhkəməyə müraciət edəcəyik”. Qafqaznews.az olaraq, obyektivlik naminə Xətai RİH-ə zəng etdik, adı keçən şəxslərin heç biri yerində yox idi. Bizə dedilər ki, “Vadim müəllimin qəbulu 2-ci və 5-ci günlərdir, onda gəlib danışarsınız”.
Yazıda adı hallandırılan məhkəmə icraçısı Rüstəm İbrahimovla əlaqə saxladıq. O, Sevinc xanıma dediklərini nə təkzib, nə təsdiq etdi: “Mən telefonda sizə heç nə deyə bilmərəm. Xahiş edirəm, Ədliyyə Nazirliyi İctimaiyyətlə Əlaqələr Şöbəsinə zəng edəsiniz”. Biz Ədliyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səyyad Məcidovla əlaqə saxladıq. “Mənim bu məsələdən tam məlumatım yoxdur, araşdırmadan tam fikir bildirə bilmərəm. Amma onu deyə bilərəm ki, məhkəmə qərarının icrasının təminatında icraçı məsuliyyət daşıyır. İcraçı məsuliyyət daşıyır ki, orda daş üstündən daş əksik olmasın”.
Tikilinin yüngül konstruksiyalı olduğunu xatırlatdıq, S.Məcidov isə öz növbəsini fikrinə düzəliş etdi: “Hər halda, icraçı bu tikilinin yenidən sökülməsi ehtimalına görə məsuliyyət daşıyır”. “Qafqaz Hüquq Mərkəzi”nin baş direktoru Samir İsmayılov isə bildirib ki, 2005-ci ilin martında verilən sərəncamın 10 il iddia müddəti keçən il bitib: “Əgər Xətai RİH özünün 10 il əvvəlki qərarını ləğv etməyi qərara alıbsa, o zaman Xətai Rayon Məhkəməsinin qərarından appelyasiya şikayəti verməli, bu qərarın qüvvədən salınmasına nail olmalıdır. Xətai RİH-in hüquqları pozulursa, bunu da məhkəmədə əsaslandırmalıdır. Daha yüksək məhkəmə instansiyasının qərarı olmadan, hər hansı fiziki və ya hüquqi şəxs orda gəlib obyekti sökə bilməz. O ki qaldı hansısa tikilini sökməyə, lap qanunsuz olsa belə, tikinti başlamamışdan rəsmi xəbərdarlıq göndərilməli idi”. Sahə inspektoru, polis mayoru Valeh Səfərliyə zəng etdik. O, Sevinc Hacıyevanın dediklərini təkzib etmədi: “Gəldim, gördüm ki, söküntü gedir.
Yaxınlaşdım, RİH-dən Füzuli müəllim və 110 saylı MİS-in rəisi Səbuhi müəllim var idi orda. Dedilər ki, “sökmək tapşırılıb”, tikili qanunsuzdur. Sevinc xanım qərar göstərdi, mən də onlara bildirdim ki, “axı vətəndaşda qərar var”. Dedilər ki, bizdə təsdiq edilməyib. Mən nə edə bilərəm, icra başçısına nə deyə bilərəm?”. Biz vətəndaşın mülkiyyət hüququnu və asayişin təminatında polisin rolun sahə inspektoruna bir daha xatırlatdıq, RİH nümayəndələrinin hər hansı sənəd göstərib-göstərmədiyini soruşduq… lakin yenə eyni cavab aldıq: “Axı mən icra başçısına nə deyə bilərəm?”. 110 saylı MİS-in rəisi Səbuhi müəllim isə bizimlə danışmaqdan imtina etdi: “Bu mənim şəxsi telefonumdur. Danışmamaq hüququmdan istifadə edirəm, bu barədə sizə heç nə bildirmək istəmirəm”. Məsələ ilə bağlı sakinlərin də fikirlərini soruşduq. Məlum oldu ki, Xətai RİH-in sabiq icra başçısı, hazırda Yasamalın icra başçısı olan İbrahim Mehdiyev bu şəhərcikdə (S.Vəzirov 11H, mənzil 13-14) yaşayır, iki mənzili alıb birləşdirib. Və “moyka”nın sökülməsində də məhz İbrahim Mehdiyevin rolunun olduğu deyilir. Sakinlərin sözlərinə görə, Telman adlı şəxslə İbrahim müəllimin yaxın münasibəti olub. “Obyektin birinci dəfə sökülməsi də məhz İbrahim Mehdiyevin sifarişi ilə olmuşdu, bunu özü də dəfələrlə sakinlər arasında etiraf edib. On beş gün əvvəl bu obyekt tikiləndə İbrahim Mehdiyev gəlib soruşmuşdu, ona demişdilər ki, məhkəmə qərarı var. O isə “baxarıq” deyərək getmişdi”, – deyə sakinlərdən biri qeyd edib. İbrahim Mehdiyevin hələ fəaliyyətə başlamayan obyekti sökdürməkdə əsas səbəb kimi “səs-küy olmasını” göstərdiyi deyilir.
Lakin onunla qonşu olanlar isə deyir ki, “İbrahim müəllimin nəvələrinin səs-küyündən rahatlığımız yoxdur”. Maraqlıdır ki, İbrahim Mehdiyevin yaşadığı bina ilə “moyka”nın yeri arasında 100-150 metr məsafə, o cümlədən bir bina var. O da maraqlıdır ki, rəhbərlik etdiyi Yasamal rayonunda binalara bitişik obyektlərin, yuyucuların işləməsinə heç bir maneə törətməyən, hətta şərait yaradan icra başçısı yaşadığı şəhərcikdə belə obyektin fəaliyyətinə niyə razı deyil? Görəsən, Yasamal rayonu ərazisində uzun illərdir fəaliyyət göstərən, binalarda sakinlərin rahatlığına əngəl törədən “moyka”larla bağlı da, bu cür “tədbirlər” görülürmü?
Məhz sözügedən obyektin söküntüsü üçün ciddi səbəblər varsa, 2005-ci ildə sözügedən sərəncama möhür vuran, imza atan şəxslərin (o cümlədən, İbrahim Mehdiyevin) fikrini dəyişməsinə səbəb nə oldu? Bu səbəblərə aydınlıq gətirmək üçün, qarşı tərəfi də dinləməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.
P.S.Yasamal rayonunda İbrahim Meydiyevə aid olduğu barədə məlumat aldığımız bəzi avtoyuyucuların fotolarını oxuculara təqdim edirik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
|