Gəncəli Edison qalmaqalında İsmayıllının icra başçısının adı hallandı... - İDDİA
Tarix: 3-03-2016, 11:58 |
Çap et
DİA.AZ: - Redaksiyamıza Gəncə şəhər Kardioloji Xəstəxanasının Reanimasiya şöbəsinin müdiri Edison Nəzirovla bağlı yeni iddialar daxil olub.
DİA.AZ-a xəbər verən mənbə bildirir ki, Edison Nəzirovun bu günə qədər toxunulmaz qalmasının nədəni onun yerli səhiyyə idarəsinin rəhbəri Əlikram Məmmədovla anlaşmasıdır. Mənbə yazır: "Gəncə Səhiyyə İdarəsi sədri Əlikram Məmmədovla danışığa gedərək toxunulmazlıq təminatı alıb. İşinə əvvəlki qaydada davam etməsi ilə bağlı anlaşma əldə edib:
Mənbənin dia-az.life-a bildirdiyinə görə, Edison Nəzirovun dərman biznesini ört-basdır etmək üçün yerli qurumlara edilən zəng və tapşırıqların arxasında isə İsmayıllı rayonu icra hakimiyyətininbaşçısı Mirdaməd Sadıqov dayanır: "Edison Nəzirovla dost olan Mirdaməd Sadıqovun "dosta zəng" etməsi Edison Nəzirovu arxayın edib".
Qarşı tərəfi də dinləməyə hazırıq...