Nazir oğlu ilə bağlı ilginc iddia... - Təlim-məşq bazası özəlləşdirilir
Tarix: 8-04-2016, 12:50 |
Çap et
Milli olimpiya komandalarının təlim-məşq bazası (könhə “Neftçibaza”) özəlləşdirilir
Bu barədə Gənclər və İdman Nazirliyindəki mənbə məlumat verib.
Məlumata görə, yaxın 2-3 ayda bazanın özəlləşdirilməsi nəzərdə tutulub. Artıq bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsində layihə hazırlanır. Tezliklə özəlləşdirməyə çıxarılacaq bazanın satışı nəzərdə tutulub.
Hələlik könhə “Neftçibaza”nın kimə satılacağı dəqiq bilinmir. Mənbənin sözlərinə görə, böyük ehtimalla baza gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun nəzarətinə veriləcək.
Təbii ki, nazir bazanın rəsmi şəkildə oğlunun adına rəsmiləşdirərək özünü “yandırmaz”. Böyük ehtimalla özəlləşdirmə Arif Rəhimova yaxın şəxslərdən birinin adına olacaq və bazaya rəsmi şəkildə o rəhbərlik edəcək.
Qeyd edək ki, Arif Rəhimovun rəhbərlik etdiyi “Baku Grand Prix” şirkəti bu il Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin – “Formula-1″in “Qran Pri” yarışının təşkilatçısıdı.(xalqxeber.tv)