Qədim şəhərimiz Ərdəbildən Quzey Azərbaycana dəstək - “Qarabağ mütləq Azərbaycan xalqına qayıtmalıdır”
Tarix: 19-04-2016, 11:35 | Çap et
DİA.AZ: - Ərdəbil Universitetlərinin Tələbə Bəsicliyi (təşkilatı) Qarabağ müharibəsi ilə bağlı bəyanat verib. DİA.AZ bildirir ki, bu barədə "qafqaz.ir" saytı xəbər yayıb.
dia-az.life olaraq həmin məlumatı olduğu kimi təqdim edirik: "Qarabağ münaqişəsində təsirli rola malik ölkələr siyasi və uzunmüddətli həll yolu təqdim etməklə bu köhnə yaranı həmişəlik sağaltmalıdır. Qafqaz Mədəniyyət Mərkəzi – Ərdəbil Universitetlərinin Tələbə Bəsicliyininmövqelərini izah edən şura Qarabağda son hadisələr barədə bəyanat vermişdir. Sözü gedən şura bəyanatla yanaşı regionda baş verən hadisələri təhlil edib və Qarabağın yaxın gələcəkdə İŞİD-in cövlangahı olacağına toxunaraq deyib: “Son vaxtlarda İŞİD-in Suriya və İraqda məğlubiyyətlərinə diqqət etməklə münaqişələr üçün əlverişli şəraiti olan Qafqaz regionu bu terrorçu qrup üçün münasib yer ola bilər. Vəhabi ideologiyası bu məntəqədə nüfuz etmişdir və ona görə də Suriya, İraq və Liviyada İŞİD-in terrorçu qruplarına qoşulan əsas qüvvələr məhz bu məntəqədəndir. Münaqişə davam edəcəyi surətdə Qafqaz, İŞİD-in yeni hədəfinə çevriləcək. Bu hadisə münaqişə tərəfləri, habelə İran və Rusiya, bəlkə bütün məntəqə üçün böyük təhlükəyə səbəb ola bilər”. Ərdəbil Universitetlərinin Tələbə Bəsicliyinin bəyanatında deyilir: “Bütün dünyanın diqqəti Suriya böhranına və bu ölkədə beş illik müharibəyə son qoymağa yönəldiyi bir durumda Azərbaycan və Ermənistan arasında köhnə yaranın üstü 22 ildən sonra yenidən açıldı, Qarabağ məntəqəsində toqquşmalara səbəb oldu, hamının diqqətini özünə cəlb etdi. Belə ki, dünyada yeni böhranın başlanması narahatlığını artırdı. Azərbaycan və Ermənistan ölkələri arasında iyirmi ildən çoxdur ki, atəşkəs mövcud idi. Lakin son toqquşmalar göstərdi ki, iki ölkə arasında ixtilaflar bu zaman fasiləsində kül altında qalmış köz kimi imiş“. Bəyanatda həssas Qafqaz regionunda bu köhnə yaranın açılmasında və toqquşmaların kəskinləşməsində Amerika, Türkiyə və Qüdsü işğal edən sionist rejimin birbaşa və dolayısı ilə dəstək və müdaxilələri xatırlanaraq deyilir: “Qarabağ münaqişəsində diqqəti çəkən və şübhəli məsələ belə bir zamanda həssas Qafqaz regionunda bu köhnə yaranın açılmasında və toqquşmaların kəskinləşməsində Amerika, Türkiyə və Qüdsü işğal edən sionist rejimin birbaşa və dolayısı ilə dəstək və müdaxilələridir. Aydındır ki, Qafqazda sabitsizliyin genişlənməsinin bir müddətdən sonra məntəqə ölkələrinin, xüsusilə də İran və Rusiyanın, hətta Türkiyənin təhlükəsizliyi üçün mənfi nəticələri ola bilər. Ona görə də böhranın qarşısını almaq üçün region güclərinin aktiv diplomatik hərəkətlərə keçməsi lazımdır”. Qarabağ münaqişəsi təkfirçilərin regiona qayıtması üçün əlverişli imkan yaradır Ərdəbil Universitetlərinin Tələbə Bəsicliyinin mövqelərini izah edən şura öz təhlilində deyir: “Qarabağda toqquşmaların kəskinləşməsindən daha önəmli narahatlıq, İŞİD terrorçularının bu məntəqəyə daxil olmalarıdır. Qafqaz məntəqəsi etnik və din müxtəlifliyinin çoxluğuna rəğmən, təkfirçilərin bura cəzb edilməsi üçün əlverişlidir və Qarabağda toqquşmaların kəskinləşməsi, təhlükəsizlik boşluğunun yaranması ilə təkfirçilərin bu məntəqəyə qayıdışı üçün yaxşı imkan yaranacaq. Çünki İŞİD-in Suriya və İraqda məğlubiyyətlərinə diqqət etməklə Qarabağda gərginliyin yaranması təkfirçilər üçün imkan yaradır ki, Rusiyanın maraqlarına yaxından zərbə vura bilsinlər və İranın sərhədlərində əngəllər törətsinlər. Ona görə də hazırkı zamanda gözlənilmədən Qarabağ münaqişəsinin kəskinləşməsi Amerika və İsrail kimi transregional güclərin böhranı Qafqaz regionuna, Rusiya və İranın sərhədlərinin yaxınlığına köçürmək istəmələri gümanını artırır. Digər tərəfdən Azərbaycan Respublikası son illərdə sionist rejimin neftini təmin edən əsas ölkələr sırasında olub, iki tərəf arasındakı münasibətlər ən yaxşı və ən yüksək səviyyədədir. Azərbaycan, sionist rejimindən milyardlarla dollar həcmində silah-sursat almışdır və bu vasitə ilə İsrailə böyük mənfəət vermişdir. Bu üzdən sionist rejim Azərbaycanı özündən asılı etmək, ona daha çox nüfuz etmək, öz iqtisadi mənfəətlərinin kəsb etmək, xüsusilə də silah şirkətlərinə qazanc gətirmək üçün Qarabağ münaqişəsinin davam etməsini zəruri bilir. Belə ki, sionist rejimin Haaretz qəzeti açıq-aydın bildirdi ki, Qarabağ münaqişəsinin həllində sionist rejimin maraqlı deyil”. Qarabağ mütləq Azərbaycan xalqına qayıtmalıdır Tələbə Bəsicliyinin mövqelərini izah edən şura artırıb: “Qarabağ, İslam torpağıdır və Azərbaycanın dövlət adamlarının bacarıqsızlığı üzündən Ermənistan tərəfindən işğal edilmişdir. Ermənistan dövləti BMT-nin TŞ-nın Qarabağı Azərbaycana qaytarmaq haqqında qətnamələrinə məhəl qoymamışdır. Qarabağ mütləq Azərbaycan xalqına qayıtmalıdır. İşğalın davam etməsi və zamanın ötməsi bu ərazinin Azərbaycandan ayrılmasına səbəb ola bilməz. Amma bu iş qonşu ölkələrin və beynəlxalq təşkilatların daha artıq təlaşını tələb edir. Acılar olsun ki, indiyə kimi Qarabağın Azərbaycana qaytarılması, münaqişənin həll olunması, bu həssas zamanda yeni böhran və sabitsizlliyin qarşısının alınması üçün lazım qədər siyasi təzyiqlər olunmayıb”".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|