Səlim Müslümovun işçisi şəhid ailəsinin haqqına girib... - Prezidentə şikayət olundu
Tarix: 14-05-2016, 11:27 | Çap et
Bərdə rayonu, Mustafaağalı kəndində yaşayan şəhid anası Muradova Əsli Həmid qızı üzləşdiyi problemlə bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Şəhid anası qeyd edir ki, onu bu məktubu yazmağa vadar edən səbəb bir sıra məmurların ona və şəhid oğluna qarşı göstərdikləri hörmətsizlik, ədalətsiz və qanunsuz münasibətdir.
Ə.Muradova yazır: "Mən həyat yoldaşımı erkən itirmişəm və öz halal zəhmətimlə 9 uşaq böyütmüşəm. Lakin həyatda heç nə məni övladımı itirməyim və uğrunda şəhid olduğu vətənində məmurların ona qarşı heç bir qanuna, etikaya sığmayan hərəkətləri qədər yaralamayıb. Bu münasibət məni həyatımdan belə küsdürüb. Amma qərara gəlmişəm ki, son nəfəsimə qədər şəhid balamın haqqını yeyənlərə qarşı mübarizə aparım".
Şəhid anası başına gələn faciəni yazır: "1995-ci ilin 27 dekabrında oğlum Mübariz Muradovun əsgərlikdən cənazəsini üstümə gətirdilər. Hərbi hissənin zabit heyəti, rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndələri, “oğlunuz şəhiddir”, deyə mənə təskinlik verdilər. O, günlərdə tək təsəllim oğlumun məhz şəhidlik zirvəsinə yüksəlməsi idi. Hərbi hissənin verdiyi arayışda da oğlumun Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olduğu göstərilmişdi. Bərdə Rayon İcra Hakimiyyətindən mənə oğlumun şəhid statusunu təsdiq edən şəhid ailəsinin vəsiqəsi verilmişdir. “Təkcə mənim övladım şəhid olmayıb ki, elnən gələn qara gün toy-bayramdır” - deyə özümə təsəlli verirdim. Amma Bərdə rayon ƏSMM mənim yaramın üstünə duz tökdü, balamın şəhid adını şübhə altına aldı. Əlbəttə nə şəhid adı, nə hansısa fəxri ad, nə milli qəhrəman statusu, nə də hər hansı imtiyaz, vəsait mənim balamı geri gətirmək qüdrətində deyil. Əgər verə bilirlərsə, balamı geri versinlər. Çünki məndən ötrü dünyada balamdan qiymətli heç nə yoxdur. Əgər balamı geri verə bilmirlərsə, heç olmasa onun ruhunu incitməsinlər, onun anasının, doğmalarının heysiyyatı ilə oynamasınlar".
Ə.Muradova yazır ki, oğlu 1995-ci ilin iyulunda hərbi xidmətə çağrılıb, həkim komissiyasından keçirilib, xidmətə yararlı sayılıb. Hərbi xidmət müddətində bir gün olsun belə hospitalda olmayıb: "Oğlum Murovdağda ön mövqedə xidmətə cəlb olunub. Ölümündən sonra da hərbi hissənin komandiri şəraiti, vəziyyəti əks etdirən arayış verib. Ölümün səbəbi barədə çox aydın şəkildə yazılıbki, Azərbaycanın ərazi bütövlüyü uğrunda Murovdağ bölgəsində xidməti borcunu yerinə yetirərkən həlak olub. Bu o vaxt idi ki, o, zaman nə AXC-Musavat hakimiyyətdəydi, nə də könüllü batalyonların dövranıydı. Cənab Prezident! 2006-cı ilin dekabrında “Şəhid Ailələrinin Sosial müdafiəsini gücləndirmək” məqsədilə verdiyinız fərmana uyğun olaraq, 2007-ci ilin yanvarından dekabrına qədər hər ay 100 manat olmaqla prezident təqaüdü almışam. 2008–ci ildən isə Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən mənə bu vəsaitin dayandırıldığı bildirilib. Prezident təqaüdünün verilməsi üçün Hərbi Komissarlıqdan şəhid statusu barədə arayış tələb ediblər.Hərbi Komissarlığa müraciət etsəmdə, Komissarlıq Hərbi hissənin arayışında “ölümün səbəbi barədə aydın yazılmadığını”bəhanə gətirərəkoğlumun şəhid olmasını təsdiq edən arayışı verməkdən imtina edib. Hərbi Komissarlıqoğluma şəhid statusunun verilməsi üçün bizəməhkəməyə müraciət etməyi məsləhət görüb.
Həmin vaxt, yəni 2008-ci ilin fevralında Sizin adınıza məktub yazıb kömək istədim. Bir surəti Bərdə Hərbi komissarlığına, digəri mənə aid olmaqla məktub göndərildi. Həmin məktubda da mənim statusla bağlı Hərbi komissarlıqdan arayış ala bilmədiyim, mənə verilən prezident təqaüdünün dayandırıldığı göstərilmişdi.
Bu münasibətdən incidiyim üçün bir daha nə Hərbi komissarlığa, nə də Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon ƏSMM-ə müraciət etmədim.Buna heç səhhətimdə yaranan problemlər də imkan vermədi. Hazırda hepatit virusunun daşıyıcısı kimi müalicə alır, baş ağrılarından əziyyət çəkirəm. Üstəlik gözlərimdə də ciddi problemlər var. 2014-cü ilin noyabrında isə Bərdə rayon ƏSMM-dən mənə şəhid statusunu təqdim etmək üçünməktub göndərildi. Burada qeyd olunmuşdu ki, oğlumun şəhid olması barədə Hərbi komissarlıqdan arayış təqdim edim. Yenədə Hərbi komissarlıqdan arayış ala bilmədim. 2015-ci ilin iyun ayında bildim ki, Bərdə rayon ƏSMM-də mənim adımdan 2008-ci ildən üzü bəri bütün təqaüdlər alınıb. Şəhid anasına dayandırılan vəsaitin kim tərəfindən alındığını aydınlaşdırmaq məqsədilə Bərdə rayon ƏSMM-in direktoru Raquf Məmtiyevə ərizə ilə müraciət olunub.Bu əsasla Bərdə RPŞ-nın müstəntiqi A.Mehdiyevin apardığı təhqiqat işi, cinayət əməli kimi qiymətləndirməyərək rədd edilib. Hansı ki, şəhid anasına çatmalı olan ümumilikdə 11350 manat pulun kim tərəfindən mənimsənildiyini aşkar etmək lazım idi. Bu vəsaiti faktiki olaraq mən almamışam. Çünki əlimdə fakt olaraq, bu vəsaitin dayandırılması barədə Prezidentə ünvanladığım məktub var. Məntiqlə,o pulu ala bilmək üçün Hərbi Komissarlıq mənə oğlumun şəhid olması barədə arayışı verməli idi. Axı Hərbi Komissarlıq onu verməkdən imtina edib. Bəs necə olub ki, ƏSMM tələb olunan arayış ona təqdim edilməmiş mənə vəsait ayırıb?
2015-ci ilin 2 noyabrında Bərdə rayon Prokurorluğuna edilən müraciət əsasında RPŞ-nın qərardadı ləğv edilərək yenidən polis təhqiqatına göndərilib.O vaxtdan bəri xeyli müddət keçsə də, hələdə təhqiqatdan bir xəbər yoxdur.
Mən neçə aydı xəstə canımla yollarda, məmurların qapılarında qalmışam. Mən nəinki övladımın şəhidlik statusunu məmurlara qəbul etdirə bilirəm, üstəlik mənə çatacaq vəsaiti mənimsəmiş o məmurların şərinə, böhtanına məruz qalıram. Hələdə DSTX-nin Bərdə rayon ƏSMM və Azərbaycan Respublikasının Hərbi Səfərbərlik, Xidmətə Çağırış Xidməti mənim şəhid ailəsi statusumu təmin etmir. Onlar qanunsuz yollarla mənimsədikləri pullarıda utanmadan mənim üzərimə atırlar".
Şəhid anası yazır: "Cənab Prezident, bir şəhid anasının məmurlar tərəfindən incidilməsinin, alçaldılmasının, təhqirə, şərə, böhtana məruz qalmasının, hüquqlarının tapdanmasının qarşını almaq Sizə düşər! Şəhid anasının adından sui-istifadə edərək ona dövlət tərəfindən ödəniləcək vəsaitlərin mənimsənilməsi cinayət əməlidir. Hüquq-mühafizə orqanlarının araşdırmaqdan, günahkarları taparaq cəzalandırmaqdan imtina etməsinin qarşısını da yalnız Siz ala bilərsiz. Çünki bunun üçün sizin əlinizdə geniş səlahiyyətlər və nüfuzunuz var. Bir şəhid anası olaraq, Sizdən, dövlətimizin başçısından mənim məmurlar tərəfindən tapdanmış hüquqlarımın bərpasına yardım etmənizi xahiş edirəm! Ümid edirəm ki, Siz bir şəhid əsgər anasına bunları rəva görməzsiz və bu əməllərin torpaqları işğal altında olan, müharibə vəziyyətində yaşayan Azərbaycan dövlətinə baş ucalığı gətirmədiyini də məndən daha yaxşı bilirsiz.
Sizdən, vətəndaşınıza, rəhmətlik atanız, ümummilli lider Heydər Əliyevin əsgəri Mübariz Muradova və onun anasına sahib çıxmanızı istəyirəm. Onların haqlarının bərpasına, günahkarların isə cəzalandırılmasına yardım etməyinizi xahiş edirəm!"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|