Siyəzəndə saraydaxili çəkişmə - İlginc iddialar
Tarix: 2-06-2016, 10:47 | Çap et
Siyəzən rayon İcra Hakimiyyətində gərginlik yaşanır. TİA.AZ-ı məlumatlandıran mənbənin sözlərinə görə, icra başçısının müavinləri arasında nüfuz savaşı gedir. Zəfər Əliyev və Təhminə Bəxtiyarovanın bir-birini həzm etmədikləri bildirilir. Mediaya kim xəbər sızdırır? Siyəzən icra başçısı Asif Hüseynovun əsas adamına çevrilmək uğrunda gedən qarşıdurmada T. Bəxtiyarovanın hələ ki daha çox istəyinə çatmaq üzrə olduğu iddia edilir. Başçı müavininin A.Hüseynovla xeyli sıx əlaqələrə malik olduğu bildirilir ki, bu da köhnə kadrlardan olan Z.Əliyevin ürəyincə deyil. Qaynağımızın TİA.AZ-a qeydlərinə görə, Z.Əliyev A.Hüseynova xanım müavin barəsində müxtəlif məlumatlar çatdırıb. Hətta onun haqqında mediaya sızan xəbərlərin onun əli ilə ötürüldüyünü dediyi bildirilir. 35 yaşlı gənc icra başçısı isə RİH-də baş verən bu qalmaqalda hələ ki neytral mövqedədir və müşahidə aparır. Başçı müavini barışacaqmı? Bununla belə, xanım müavinin icra başçısına nisbətən daha yaxın olduğu və qərarlarda, işlərin icrasında nüfuz etdiyi iddia olunur. Qeyd edək ki, Siyəzən rayon İcra Hakimiyyətində kifayət qədər xanım əməkdaş çalışır. Bu əməkdaşların Bəxtiyarovanın kurasiyasında olduğu deyilir. Amma Z.Əliyev də Siyəzən RİH-də təcrübəli və köhnə kadrlardan biri sayılır. Onun bu prosesdən necə çıxacağı maraqlıdır. Onu da bildirək ki, Siyəzən RİH-nin 2015-ci illə bağlı hesabatında dövlət başçısına danışılan yalan və maliyyə mənimsəmələri barədə məqamlar var. Bu barədə araşdırmalarımız da davam edir. Yada salaq ki, onlara tapşırılan işləri lazımi səviyyədə icra edə bilmirlər. Məlumat üçün deyək ki, Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) başçısı bir neçə ay əvvəl dəyişdirilib. Ölkə başçısının 12 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Asif Hüseynov təyin edilib. Asif Hüseynov 25 aprel 1981-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub. Azərbaycan Texniki Universitetini iqtisadçı, Bakı Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. Sakinlər təzə başçını axtarır Əmək fəaliyyətinə başladığı dövrdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft emalı zavodunda və Sosial inkişaf idarəsində müxtəlif vəzifələrdə çalışıb. Sonuncu iş yeri ARDNŞ Sosial inkişaf idarəsinin rəis müavini vəzifəsi olub. Asif müəllimin tərcümeyi-halında diqqət çəkən əsas məqam onun hərbi xidmət keçib-keçməməsi haqda məlumatın qeyd edilməməsidir. Ehtimallara görə, icra hakimi hərbi xidmətdə olmayıb. Media üzərindən yayılan məlumatlardan aydın olub ki, artıq 7 aydır Siyəzən rayonuna rəhbərlik edən başçı yerli camaatla mülayim münasibət qurmağa bir o qədər də həvəsli deyil. Müxtəlif problemlərlə üzləşən sakinlər dərdlərini heç kimə deyə bilmirlər. İcra hakimi vətəndaşları qəbul etmir. Ümumiyyətlə, Asif müəllim camaatın arasına nadir hallarda çıxır. Sonuncu dəfə onu bu ilin yanvar ayında Siyəzəndə baş verən məlum hadisələr zamanı görmüşük. Bu adam vaxtının çox hissəsini Bakıda keçirir. Siyəzən camaatı icra hakimindən heç bir diqqət və qayğı görmür. Onun gəlişindən sonra rayonda heç bir müsbət dəyişiklik baş verməyib. Əksinə problemlərin sayı daha da artıb, insanların dolanışıq səviyyəsi aşağı düşüb. Hazırda Siyəzəndə işsizlik böhranı yaşanmaqdadır. Əhalinin banklara külli miqdarda kredit borcu var. İş tapmaq müşkül məsələyə çevrilib. Qarşı tərəfi dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
• Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23 |
|
|
|
• "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21 |
|
|
|
• Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16 |
|
|
|
• Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15 |
|
|
|
• Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13 |
|
|
|
• Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11 |
|
|
|
• Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10 |
|
|
|
• Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08 |
|
|
|
• Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00 |
|
|
|
• Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56 |
|
|
|
• Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53 |
|
|
|
• Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52 |
|
|
|
• "Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." - NARAZILIQ VAR...
Bu gün, 08:51 |
|
|
|
• Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... - İLGİNC YANAŞMA...
Bu gün, 08:43 |
|
|
|
• Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24 |
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
|