Naxçıvanın yolları niyə burma-burma idi? - Vəli Ələsgərovun istəyi və yalnış hədəfi…
Tarix: 14-07-2016, 11:59 | Çap et
Naxçıvana gedib-gələndən sonra hamı mənə maraqlı sualla müraciət edir: Nə yaxşı getmişdin? Səfərim barədə maraqlı sualın yaranmasına müasir dövrdə günümüzün və məişətimizin ayrılmaz parçasına çevrilən sosial şəbəkələrdə paylaşdığım şəkillərin səbəb olduğunu bilirəm. Əslində, insanların təəccübünü anlayıram və bilirəm ki, hər Naxçıvana gedən naxçıvanlı əsilli adama təəccüblə mənə verilən sual ünvanlanmır. Bəli, bəzi obyektiv səbəblərə görə, uzun illər idi ki, doğulub boya-başa çatdığım Naxçıvana gedə bilmirdim. İnsafən deyim ki, mənə muxtar respublikaya səfər etməyi heç kim qadağan da etməmişdi. Ancaq son illər ərzində Naxçıvan barədə bəzi sabiq səlahiyyət sahiblərinin yaratdığı informasiya blokadası həmin məkan barədə bizim kimi müstəqil mövqeli jurnalistlərdə bir növ xof da yaratmışdı. Xüsusilə də Naxçıvan əsilli ictimai-siyasi fəallar, jurnalistlərin hər dəfə ora səfər edəndə bir sürprizlə qarşılaşması “getməsəm daha yaxşıdır” devizini vacib normaya çevirmiş olurdu. Bəli, adam qorxurdu ki, heç nədən şərlənə bilər. Fikirləşirdim ki, “Naxçıvan barədə bütün mənfi informasiyaları mətbuata bu ötürür” kimi boyumuza “biçilən” şər-böhtan növbəti ittiham kimi hər an doğma diyarda bizi yaxalaya bilər. Bunu edə biləcək adamın səlahiyyətləri çox böyük idi. Mən Bakıda ola-ola oxşar bir “ittihamla” rastlaşdığım səbəbindən deyilən şəri yaxa biləcək adamdan özümü sığortalamağa çalışırdım. Qohumları üz-üzə qoymaqla öz maraqlarını təmin edən sabiq nazir Ad çəkməyəcəm, amma günlərin birində çox yaxın qohumumdan mənə gələn bir ismarıca təəccüblənməyə bilməzdim. Hazırda həbsdə olan sabiq MTN-nin Naxçıvandakı sabiq naziri Vəli Ələsgərov bəzi qohumlarımı inandıra bilmişdi ki, vəzifəli şəxs kimi onların marağına toxunan yazıların mətbuatda yazılmasını mən təşkil edirəm. Onlar Vəliyə çox inandıqları üçün, mənə həmin rakursdan baxmağa başladılar. Amma bilmirdilər ki, deyilən proses “nurçu ovu” dalğasında getdiyi üçün proseslərin miqyası mənim hansısa formada təkan verə biləcəyim həddə deyildi. Yəqin bir faktoru da ağıllarına gətirmək istəmirdilər ki, mən öz qohumlarımdan donos yazmaq səviyyəsinə enə bilməzdim. Amma onların səlahiyyət sahibinə inanmaqdan başqa çarələri qalmamışdı. Həmin proseslərin fonunda regional mahiyyət daşıyan böyük həbslər dalğası həyata keçirildi. Aydındır ki, belə hadisələrə dünyanın aparıcı KİV-ləri belə böyük diqqət və maraq göstərir. Məlumatlar senasion əhəmiyyət kəsb etdiyi səbəbindən şok xəbərin hazırlanması həvəsi bizim ölkənin KİV-lərinin də diqqətini cəlb etmişdi. Vəli Ələskərovun istəyi və yalnış hədəfi…
Detallarına varmayacam, Naxçıvanla bağlı anoloji və yalnış mahiyyət daşıyan oxşar bir hadisə baş vermişdi. Bizim yerli mətbuat həmin informasiyaya göstərilən maraqdan kənarda qala bilmirdi. Amma Vəli Ələsgərov hər bir mövzudan öz xeyiri üçün şou düzəltməyi xoşladığı səbəbindən bu məsələ ətrafında da, digərlərində olduğu kimi problemi yaradıb, sonra onu həll “etməklə” gözə girmək istəyirdi. Bizim apardığımız araşdırmadan sonra məlum olub ki, həmin proseslərdə Vəli Ələsgərovun birbaşa marağı olub. Onun “nurçuların” Naxçıvandakı açar fiquru sayılan şəxslə Naxçıvan hüdudlarından kənarda hansı oyunlardan çıxmasına dair də faktlara malikik. Təbii ki, belə qaranlıq fəaliyyəti pərdələmək üçün diqqətləri başqa istiqamətə fokuslamaq lazım idı. Hətta bir neçə dəfə onun ifasında bu rol gözəl də alınmışdı. Gəldik əsas mətləbə. Naxçıvana getməməyimin səbəblərindən biri də bu idi. Vəli Ələsgərovun ssenarisində qurbanlı rolunu almaq istəmirdim. Naxçıvana vacib bir işlə bağlı səfər etdim. Həm də, öz analizlərim nəticəsində gəldiyim qənaəti nəzərdən keçirmək istədim. Demək ki, yanılmamışam. Belə süni və miqyasca kiçik problemlərin yaradılması muxtar respublika rəhbərliyinə heç də lazım deyilmiş. Əksinə, ordakı müşahidələrimdən sonra bu qənaətə gəldim ki, Naxçıvanda tamamilə fərqli siyasətin yürüdülməsində maraqlıdırlar.
“AZAL” blokada faktorundan necə yararlanır? Hər bir naxçıvanlı kimi mən də öz doğma yurduma təyyarə ilə getməli oldum. İğdırdan İstanbula, 2000 kilometr məsafəni getmək üçün tələb olunan 50 manatlıq biletlə Bakıdan 600 kilometr uzaqlıqdakı Naxçıvana uçmaq üçün Heydər Əliyev adına Hava Limanına gəldim. Yay tətili başladığı üçün Naxçıvana gedənlərin sayında çoxluq müşahidə olunurdu. Biletlərin qiymətindən hamının narazı olduğunu gördüm. Çünki blokada şəraitində yaşamaq kimi acı taleyi muxtar respublika sakinləri özləri üçün könüllü seçməyiblər. Ona görə də, “Azal”ın müqəddəs borcudur ki, yerli reyslərə, xüsusilə də Naxçıvana satılan biletlərin qiymətini yenidən nəzərdən keçirsin. Ucuşum İstanbul hava limanında baş verən terror hadisəsi dövrünə təsadüf etdiyi üçün Bakıdakı aeroportda yüksək təhlükəsizlik tədbirlərinin həyata keçirildiyini müşahidə etdim. Mənə ilk maraqlı gələn bu oldu ki, proseslərə bir qədər tez etiraz edən region mənsubları kimi tanınan naxçıvanlılar həmin tədbirlərə adi norma olaraq baxırdılar. Belə dəqiq profilaktikaya məruz qalan ağsaqqal dindar sərnişinin “belə lazımdır, yaxşı yoxlayın, camaatımız yazıqdır” kimi işlətdiyi ifadə mənim gözümdə yeni bir baxış bucağı formalaşdırdı (bu barədə sonra bəhs edəcəyik-M.Q.) “Azal”ın Naxçıvana uçan təyyarələrində xidməti personalın Azərbaycan və ingilis dillərində verdikləri elanlarla bağlı da iradımı bildirməyə bilməzdim. Doğma dilimizdə verilən elanlar başqa dilin daşıyıcıları tərəfindən səsləndirildiyi səbəbindən məzmun çətin başa düşülürdü. Naxçıvana uçanların çoxu həmin elanları ingilis deyil, məhz Azərbaycan dili kontekstindən anlamaq zorunda olduqları səbəbindən heç nə başa düşmürdülər. Hiss etdim ki, təyyarədə səslənən vacib elanları sərnişinlər haqlı ironik gülüşlə qarşılayırlar. Mənim təəccübümə nələr səbəb oldu?
Bir saata yaxın olan uçuşdan sonra təyyarəmiz Naxçıvan Beynəlxalq Hava Limanına eniş etdi. “Trap” deyilən xüsusi pilləkənın təyyarəyə yan alacağını və təyyarənin bortundakı bir neçə xidmətin bizi yoxlayacağına hazırlaşırdım. Təyyarənin çıxış qapısına yaxınlaşanda məlum oldu ki, hava terminalı ən müasir standartlara cavab verir. Təyyarədən “trapa” deyil, birbaşa binaya çıxdıq. Bunu mən dünyanın ən müasir şəhərlərində gördüyümdən, sanki özümü London, İstanbul, Paris aeroportunda hiss etdim. Enərkən heç bir sənəd yoxlanışına məruz qalmadım. Gecə saat üç radələrində eniş etdiyim səbəbindən gözlədim ki, çıxan kimi taksi sürücülərinin “Şərura, Ordubada bir nəfər” deyərək üstümə hücum edəcəkləri mənzərə ilə rastlaşacam. Çünki əvvəllər belə idi, taksi sürücüləri adamı aeroportun qapısından “oğurlayırdı”. Çox səliqəli şəkildə sıra ilə düzülmüş eyni rəngli taksiləri gördüm. Hər birinin də yanında xüsusi geyim və qalstukda olan sürücülər dayanmışdı. Sürücülər yalnız onlara yaxınlaşan sərnişinlərə cavab verirdilər. Onlardan birinə əyləşib mənə lazım olan istiqaməti sifariş etdim. Taksi sürücüsünün dərhal təhlükəsizlik kəmərini taxdığını gördüm. Avtomobilin aşağı sürətlə hərəkət etdiyi məni təəccübləndirdi. Sürücü təəccübümə səbəb olanları belə izah etdi : “Burada kimliyindən asılı olmayaraq, hamı təhlükəsizlik kəməri taxır, avtomobilini işıqforun qırmızı işığında durdurur və şəhərin daxilində 40-dan yuxarı sürətlə hərəkət etmir. Buna hətta ən böyük vəzifəlilər riayət etdiyi üçün, biz nə çarəyik ki, etməyək”. Tanıyanlar bilir ki, Naxçıvan hava limanından şəhərə gedən yolda Koroğluya ucaldılan bir abidə var. Həmin abidə SSRİ dövründə düzəldilmişdi. Diqqətimi bir qədər fəqli formatda çəkdi. Taksi sürücüsü dedi ki, atı dəyişiblər. Doğrudan da, əvvəlki at qəhrəman kimi mifə çevirdiyimiz adama yaraşmırdı. Çünki çox balacaydı. Hiss etdim ki, heykəl adına layiq olan əzəməti özünə qaytarıb. Gecə saatları olmasına baxmayarq, Naxçıvan şəhərinin çil-çıraq içərisində olduğu məni təəccübləndirdi. Bunun səbəbi də sadə imiş. Məlum oldu ki, bir vaxtlar elektrik enerjisi təminatı sarıdan əziyyət çəkən Naxçıvan hazırda öz tələbatını tam daxili resurslar hesabına ödəyir və üstəlik xarici dövlətlərə enerji satır. Şəhərin işıqlandırlmasında istifadə olunan xüsusi lampaların alınmasına isə, xüsusi fikir verilib. Paytaxtdan fərqli olaraq, orda daha çox işıq verən, lakin az enerji məsrəf edən xüsusi işıqlandırma sistemlərindən istifadə olunub. Bu da qənaət adı ilə işıqların gecə saatlarında söndürülməməsini şərtləndirir. Naxçıvandan Şərura olan 60 kilometrlik məsafədə hərəkət etdiyimiz yolda bir dənə də olsun çalaya-çökəyə rastlaşmadığımız səbəbindən, yol mənə layla çalırdı… (ardı var)Məhəmmədəli QƏRİBLİ azinforum.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|