BTV bildirir ki,Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayev haqqında dəfələrlə sahibkarlar narazılıqlar edib,aidiyyatı qurumlara şikayət məktubları ilə müraciət ediblər.Onları narahat edən isə bir məsələdir lazim olan məbləğdə kredit ala biləmələri və faizlərin həddən artıq çox olması.... Adından da məlum olduğu kimi bu kreditləri ancaq sahibkarlara və sahibkarlıqla məşğul olmaq istəyənlərə verirlər. Sahibkarlar deyir ki, fondun verdiyi kredit müddəti həm azdır, həm də kreditin faiz dərəcəsi olduqca çoxdur və bu krediti də hər sahibkara vermirlər. Alınan kreditlərin Faiz dərəcəsi də artıqdır...Belə ki, kreditin faiz dərəcəsi 4 faiz olmalı halda 6-7 faizdir. Əməkdaşlarımız ölkənin cənub bölgəsindən olan sahibkarlarla görüşdükləri zaman onlar bildiriblər ki,Əgər bir sahibkara 100 min lazımdırsa ondan ilkin olaraq “şapka”kimi 20 min istənilir ki əvəzində 100 min kredit götürmək olsun... Qeyd edək ki,Ş.Abdullayev 3 il bundan öncə də Saatlı rayonun fermerlərini kredit verilməsi adı ilə aldatmışdı. Həmin vaxt Ş.Abdullayevin iclasına qatılan fermerler tədbirin sonuna qədər gözləmişdilər. Ancaq onlara kredit verilməsi barədə bir kəlmə də vəd verən olmamışdı. Ümumiyyətlə fermerlər deyir ki, Şirzad Abdullayev onları dəfələrlə aldadaraq ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması məqsədi ilə yetişdirilən məhsulların vaxtında əkilib-becərilməsinə və toplanmasına əngəllər yaradıb və yaratmaqdadır. Məlumdur ki,Prezident İlham Əliyev dəfələrlə sahibkarlara dəstəyini ifadə edib. Məmurlardan bunu tələb edib. Onların işinə maneə yaratmamağı tapşırıb. Lakin Görünür, Şirzad Abdullayev prezidentin tövsiyyələrinə əməl etdiyi barədə görüntü yaratmaq üçün saxta "forumlar" təşkil etməkdən başqa heçnə bacarmır.