Onun ayağında 100 milyon manat da var... - Pul ayrılsa da, iş görülməyib...
Tarix: 20-07-2016, 11:58 |
Çap et
Artıq bir müddətdir ki, Nəqliyyatın Intellektual Idarəetmə Mərkəzi faktiki olaraq fəaliyyət göstərmir. Bunun səbəbi isə bəlli deyil. Bu qurum yarandığı ilk günlərdən özünü doğrultmamışdı. Xüsusilə sürücülər sistemin düz işləməməsindən narazılıq edirdilər.
Onlar bildirirdilər ki, dayanacaqlarda qurulan monitorlar vaxtı düz göstərmir. Indisə həmin monitorlar ümumiyyətlə işləmir. Qeyd edək ki, Nəqliyyatın Intellektual Idarəetmə Mərkəzinin yaradılmasına 100 milyon manat vəsait sərf edilib. Dayanacaqlarda qurulan monitorların hər birinə 10 min manat verildiyi bildirilir.
Beləliklə, 100 milyon manat faktiki olaraq havaya sovrulub.