Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun vəzifədən azad olunduğu xəbəri yayılıb. Gundelik-baku.com-un məlumatına görə, yaxın saatlarda bununla bağlı sərəncam imzalanacaq.
Qeyd edək ki, Bağırov Rövşən Elmidar oğlu 2007-ci ildən Lerik rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.