Hamlet İsaxanlının qardaşıoğlu turizm fırıldağında ittiham olunur – ARAŞDIRMA
Tarix: 12-08-2016, 11:34 | Çap et
Avqustun 2-də “Vətəndaşlar “MSN Tour” şirkətini fırıldaqçılıqda ittiham edir” başlıqlı yazı dərc olunmuşdu.
Yazıda bildirilirdi ki, bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən Bakı sakini Anar Eldar oğlu Salayev bildirib ki, “MSN Tour” MMC-nin dələduzluq əməlləri üzündən onun ailəsinə maddi zərər dəyib və hazırda həmin şirkəti heç yerdə tapa bilmir. Anar Salayev Qafqaz Xəbər Agentliyinə yazdığı ərizəsində bildirib: “2015-ci il aprelin 12-də anam Səltənət Mirhəsən qızı Salayeva ilə “MSN Tour” MMC-nin direktoru Cəmalə Əfqan qızı İsayeva arasında müqavilə imzalanıb.
Qeyd edim ki, həmin şirkətin VÖEN nömrəsi 1301614511-dir. Həmin müqaviləyə görə, şirkət özünün “Holidays & Miles” istirahət proqramı üzrə 3 il ərzində xidmət göstərməyi öhdəsinə götürürdü. Müqaviləni imzalayan tərəf kimi, Səltənət Mirhəsən qızı Salayeva şirkətə 3200 manat ödəməklə, 3 il ərzində 3 dəfə (və yaxud 21 gün) müxtəlif xarici ölkələrdə iki nəfərlik istirahət imkanı qazanacaqdı. Anam öz öhdəliyini yimg242erinə yetirərək, 3200 manatı şirkətə tam ödədi. Anama şirkətdən plastik üzvlük kartı da verildi. İlk səfər qaydasında keçdi və 2015-ci ilin dekabr ayında valideynlərim ikilikdə BƏƏ-nin Dubay şəhərində bir həftə istirahət edib qayıtdılar”. Onun sözlərinə görə, Dubay səfərinin üstündən üç-dörd ay keçəndən sonra, valideynləri yayda Türkiyədə istirahət etmək üçün də detalları razılaşmaq məqsədi ilə şirkətə müraciət ediblər. “Müqaviləyə görə, istirahətə müştəri “MSN Tour” şirkətini 30 gün əvvəldən xəbərdar etməli idi. Həmin vaxt “MSN Tour” şirkəti Nobel prospekti 15 ünvanında.
“Azure” Biznes Mərkəzində yerləşirdi. Şirkətdən anama bildirdilər ki, “hazırda başqa ofisə köçmək üzrəyik, mobil telefon vasitəsilə əlaqə saxlayarsınız, sizə yeni ünvanı bildirərik”.
Onlar anama bir neçə mobil nömrə vermişdilər. Lakin bir həftə sonra şirkətə aid nömrələrin heç biri işləmirdi. Bir müddət sonra anam Turan İsayev adlı şirkət nümayəndəsinə zəng etdi, həmin şəxs isə dedi ki, guya Gürcüstandadırlar, daha bir həftə sonra Bakıya gələcəklər. Lakin üstündən üç aydan çox vaxt keçib və “MSN Tour”un internet ünvanı da, mobil və şəhər nömrələri də işləmir. Çox axtarsaq da, şirkətin ofisini tapmadıq. Əminəm ki, sözügedən şirkətin qurbanları tək biz deyilik və onlarla, hətta yüzlərlə insan bu fırıldaqçıların toruna düşüb”, – deyə A.Salayev qeyd edib.
Vətəndaş Qafqaz Xəbər Agentliyi vasitəsilə Respublikanın Baş Prokuroru Zakir Qaralova və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə də üzünü tutub. “Zakir Qaralovdan və Kamran Əliyevdən bu şirkətlə bağlı təcili araşdırma aparmalarını, problemi nəzarətə götürmələrini xahiş edirəm”, – deyə şikayətçi vurğulayıb.
Avqustun 11-də Qafqaznews.az araşdırmanı davam etdirərək, həmin şirkətin “izini tapmağa” çalışdıq. Həqiqətən də, şirkətə aid bütün stasionar və mobil nömrələrin, eləcə də “msntour.az” saytının işləmədiyinə əmin olduq. Şirkətin vizit kartında ünvan olaraq qeyd olunan Azure Biznes Mərkəzi ilə əlaqə saxladıq. Xanım əməkdaşın sözlərinə görə, “MSN Tour” şirkəti bir ilə yaxındır biznes mərkəzində icarələdiyi ofisdən çıxıb, əlaqə nömrələri və ya ünvan qoymayıb. Sözügedən şirkətin ofisi dəyişdikdən sonra “Babək Plaza”ya köçdüyünü öyrəndik.
“Babək Plaza”dan bizə bildirdilər ki, “MSN Tour” artıq bir neçə aydır orda icarədar deyil. Bəs Mədəniyyət və Turizm Nazirliyinin bu şirkətin fəaliyyəti ilə bağlı xəbəri varmı? Nazirlik “MSN Tour” şirkətiylə bağlı hər hansı qaranlıq məqama aydınlıq gətirə biləcəkmi? Bu suala cavab tapmaq üçün Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov ilə əlaqə saxladıq. M.Qəhrəmanov bizə bildirdi ki, sözügedən “MSN Tour” vaxtilə uzunmüddətli müqavilələrlə kampaniyalar təşkil edərkən, şirkət rəhbərliyini yanına çağıraraq xəbərdarlıq edib.
“Bir türklə kampaniya edirdilər. Çağırıb yanıma dedim ki, siz bu işlə məşğul olmayın, sizin yeriniz türmədir. Vətəndaşlar bizə zəng edib narahatlıqlarını bildirirdilər. Mən öz təcrübəmdən bilirəm ki, belə kampaniyaların axırı yoxdur. Onlara xəbərdarlıq etdim, dedim sizin gələcəyiniz yoxdur. Amma dinləmədilər. Bu şirkətin işi qalıb prokurorluğa, məhkəməyə. 2015-ci ilin noyabrında Prezidentin sərəncamından sonra, otel və turizm şirkətlərinə lisenziya vermirik. Əvvəl monitorinq aparırdıq, fəaliyyətlərinə nəzarət edirdik. İndi isə yox, yeni yaradılan şirkətlər var ki, bizim onlardan heç xəbərimiz yoxdur… Təəssüf ki, bəzi şirkətlər onlara yaradılan bu imkanlardan sui-istifadə edirlər” , – deyə M.Qəhrəmanov vurğuladı.
Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə şirkət tərəfindən aldadıldığını düşünən vətəndaşlara hüquq mühafizə orqanlarına müraciət etməyi məsləhət gördü. “Hüquq mühafizə orqanlarına müraciət etsinlər. Araşdırma zamanı cinayət faktı ortaya çıxarsa, şirkətin rəhbərliyi məsuliyyətə cəlb oluna bilər. Amma vətəndaşlar əvvəlcə müraciət etməlidirlər”, – deyə E.Sultanov Qafqaznews.az-a qeyd etdi. Biz internetdə araşdırma apararkən, Anar Salayevin adını çəkdiyi Cəmalə İsayeva və Turan İsayevin ər-arvad olduğunu öyrəndik.
Modern.az saytının yazdığına görə, Turan İsayev Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qardaşı oğludur. 2016-cı ilin may ayında modern.az-da dərc olunan yazıdan çıxarışı oxuculara təqdim edirik: “Hamlet İsaxanlının qardaşı oğlu Turan Suddar oğlu İsayevlə bağlı Modern.az-a daxil olan şikayəti Abşeron rayon sakini Kəmalə Məhərrəmova yazıb.
K.Məhərrəmova bildirib ki, Turan İsayev 2013-cü ildə onun adına “VTB bank”dan 18 min dollar kredit götürüb. Bildirib ki, anası xərçəngdir və Türkiyədə müalicəyə aparmalıdır. “Dedi ki, adına müxtəlif banklarda kredit olduğu üçün ona pul vermirlər. Bir yerdə işlədiyimizdən ona inandım və adıma kredit götürülməsinə razılıq verdim. Turan əvvəllər “Bank of Baku”, sonra “Nikoilbank”da işləyib. Daha sonra MSN Tour adlı turizm şirkəti yaradıb”. Turan İsayev kreditin ödənişini vaxtında etmədiyi üçün bank Kəmalə Məhərrəmovanı məhkəməyə verib və pulu geri tələb edir. Bundan sonra şikayətçi Turan İsayev barəsində Xətai rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Hazırda işi baş müstəntiq Vüsal Şahbazov araşdırır.
Araşdırmalar nəticəsində məlum olub ki, Turan İsayev Gürcüstan vətəndaşıdır və 2016-cı il yanvarın 3-də Azərbaycanı tərk edib. Kəmalə Məhərəmmova deyir ki, onu dolandıran şəxsin əmisi Hamlet İsaxanlı ilə əlaqə yaratmaq istəsə də, qəbuluna düşə bilməyib.
Turanın Xəzər Universitetində işləyən digər əmisi İsaxan İsaxanlı isə bildirib ki, qardaşı oğlu barəsində artıq polisə şikayət etdikləri üçün onlara kömək etməyəcək. Turan İsayevin xanımı Cəmalə İsayevanın atası da Xəzər Universitetində işləyir. Ona müraciət etdikdə isə bildiriblər ki, artıq evli deyillər, boşanıblar və bu məsələnin həmin ailəyə aidiyyatı yoxdur. “Tək anama baxıram. O qədər pulum yoxdur ki, ödəyim. O vaxt “VTB bank”dan kredit verən şəxs də vaxtilə Turanın işçisi olub. Ona görə bankda bizim işimiz 5 dəqiqə çəkdi və bizə kredit tez bir zamanda verildi. Mən bunu bilmirdim.
Məhkəmə zamanı öyrəndim. Ona görə hər şey belə tez oldu, bütün işləri əvvəlcədən ediblərmiş”. Şikayətçi Gürcüstana, Turanın atasının yanına da gedib. Lakin atası bildirib ki, oğlu Türkiyədə olmalıdır və bu məsələnin ona aidiyyatı yoxdur. K.Məhərrəmova məhkəmə prosesi zamanı Turanın 30-dan çox insanı bu cür yolla aldatdığını öyrənib. “Onun artıq bir çox banklara və insanlara borcu var”, deyə şikayətçi bildirib (modern.az).
Təəssüf ki, Hamlet İsaxanlı ilə əlaqə saxlamaq imkanımız olmadı. Adıkeçən şəxslərin münasibətini də dərc etmək, məsələyə aydınlıq gətirmək istərdik. Araşdırmamız davam edir…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|