Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? .....                     “Başıma o boyda faciə gəldi ölmədim, amma... .....                     "Bu proses artıq bir neçə ildir ki, başlayıb" .....                     Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... .....                     SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... .....                     Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı .....                     Rusiya vurularsa: Kim nə qazanacaq? .....                     Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR .....                     Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu .....                     Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır .....                     Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                     Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                     Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi .....                     "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: .....                     Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib .....                     “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                     Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır .....                 

İxtiyarların ixtiyarında olan AMEA... - “ölü canlar” və səmərəsiz elmi laboratoriyalar…
Tarix: 19-08-2016, 10:50 | Çap et
İxtiyarların ixtiyarında olan AMEA...
«Təzadlar»ın ötən sayında Azərbaycan MEA-nın Aşqarlar Kimyası İnstitutunun bir qrup əməkdaşının redaksiyamıza göndərdikləri şikayət məktubundan bəhs etmişdik… Əslində, şikayətçi alimlər bütövlükdə AMEA-da gəncləşmə siyasətinin aparılmamasından gileylənirdilər. Hətta onların yazdıqlarına görə, hazırda AMEA-nın strukturlarındakı alimlərin və digər personalın 60 faizdən çoxunun yaşı 70-75-i, hətta bir çoxu 80-i keçmişdir. Alimlərin sırasında isə gənclər 15-20 faizdir ki, onların da məşğul olduqları sahələrdə və elmi nailiyyətləri baxımından faydalı iş əmsalı çox aşağıdır. Bəs niyə belədir? Axı Azərbaycanda gənc alimlərə dövlət qayğısı ilə bağlı yetərincə diqqət vardır, qrant layihələr var, Prezident Yanında Elmin İnkişafı Fonduna hər il külli miqdarda vəsait ayrılır və gənclərə meydan verili və s. Amma…

AMEA-nın qocalar siyasətini kim dəstəkləyir?

Yazıya başlamamış bir məsələni diqqətə çatdırmaq istəyirəm. Araşdırmalarım zamanı dünya elminin tarixinə baş vurdum və öyrənmək istədim ki, ən böyük elmi kəşfləri etmiş alimlərimizin həmin kəşfləri edərkən neçə yaşı olub? Hər halda bircə faktı deyim ki, böyük kəşfləri etmiş alimlər bu kəşflərini 70-80 yaşında etməyiblər. Bu kəşflər onların məhz gənc yaşında edilib…
***
Beləliklə, Azərbaycan prezidenti İlham Əliyev elm və təhsilə xüsusi diqqət, qayğı ilə yanaşır. Bu məqsədlə təhsilə və elmə hər il dövlət büdcəsindən yetərincə vəsait ayrılır. Dövlət büdcəsindən təkcə 2016-cı il üçün elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, bədən tərbiyyəsi və gənclər siyasəti xərcləri üçün 5 milyard 139 milyon manat vəsait ayrılıb ki, bu da ötən illə müqayisədə 211.0 milyon manat və yaxud 4.3 faiz çoxdur. Bəs bu vəsaitlər Azərbaycan elmini həyatımıza gətirə bilirmi və elmimiz dünya elminə hansı töhfələr verir?
Və nəhayət, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) dövlət siyasətinə uyğun olaraq, gəncləşmə siyasəti niyə gözə dəymir? Gözə dəyən, elmi potensialı və kəşfləri olan gənclərin isə, niyə qabağına kötük dığırlayırlar?

Ali təhsili olmayan alim?

Məsələn, heç bir ali təhsili olmayan, ancaq Fizikadan, Dilçilikdən, Psixologiyadan elmi kəşfləri olan və bu kəşflər AMEA-nın mərhum prezidenti Mahmud Kərimovun sayəsində ingilis dilinə tərcümə edilərək, beynəlxalq aləmə çıxan Cabbar Məmmədova Akademiya bu gün niyə sahib çıxmır? Hələ 2008- ci ildə bir qrup alimin ökənin birinci xanımı, UNESCO və İSESCO-nun xoş məramlı səfiri, millət vəkili Mehriban Əliyevaya yazdıqları xahiş məktubundan sonra Ali Attestasiya Komissiyasının birbaşa Plenumunda məsələyə baxılmış və C.Məmmədov keçmiş SSRİ-də ilk dəfə orta təhsil bazasında elmi işin müdafiəsinə buraxılan yeganə insan olmuşdur. Düzdür, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və vitse-prezident, akademik Xoşbəxt Yusifzadə gənc, potensiallı elmi kadr kimi ona sahib çıxıblar, işlə təmin ediblər, amma keçən bu 8 ildə bəzi “alimlər” böyük qüvvə sərf edərək, C.Məmmədovun elmi işinin müdafiə etməsinə əngəl olublar. Artıq Rusiya, Polşa, Almaniya, İsrail, Rumıniya, Macarıstan, Çexiya, Amerika və digər ölkələrdə elmi işləri, kitabları dərc olunur, Fizikada A.Eynşteynin nisbilik nəzəriyyəsini alt-üst edən yeni nəzəriyyəsi Avropa alimlərini heyrətə salır, cümlə üzvlərindən tamamlığın artıq olduğunu elmi cəhətdən sübut etdiyinə görə, orta təhsilli C.Məmmədovu xaricdə müasir Azərbaycan linqivistikasının banisi hesab edirlər. Psixologiyanın işlənməmiş sahəsi olan təlqin nəzəriyyəsini inkişaf etdirən “Diplomatik Psixologiya” kitabı respublikada əl-əl gəzir və hörmətli akademik, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev öz kitabında ondan sitat gətirir, lakin AMEA sanki belə bir gəncin varlığından xəbərsizdir. Sonra da deyirik elmimiz niyə inkifaf etmir?
***
O da var ki, AMEA-da çoxsaylı akademiklər, müxbir və həqiqi üzvlər var. Bu akademiklərin, el dilində desək, alimlərin son illər hansı kəşfləri var? Dünyaya hansı yeni elmi nailiyyətləri ilə çıxıblar? Prezident cənab İlham Əliyevin onlara göstərdiyi qayğı və etimadı doğruldublarmı?

Gənc elmi kadrların yolunu kəsən əmək qabiliyyətsiz ahıl alimlər…

Göründüyü kimi, suallar çoxdur, amma cavablar yetərincə deyil. Birmənalı olaraq, demək olmaz ki, Azərbaycan elmi əlini yanına sallayıb oturub. Tək-tük alimlərimiz var ki, dünyada tanınırlar, qəbul edilirlər və onların elmi mülhahizələri ilə razılaşırlar. Amma gəlin etiraf edək ki, elmimiz “qocalıb”. Yəni elmdə gəncləşmə siyasəti düzgün aparılmır. Adlı-sanlı, titullu alimlər, gənc, bacarıqlı, elmi potensialı olan insanları nəinki qabağa çəkirlər, onlara bacarıqlarını göstərmək üçün şərait yaratmırlar, hətta belə gəncləri qəbul etmək istəmirlər. Bu barədə ara-sıra dövrü mətbuatda fikirlər səslənib. Ancaq bu günlərdə redaksiyamıza daxil olan bir şikayət və həmin şikayət əsasında apardığımız araşdırma bu qənaətimizi bir az da möhkəmləndirdi.
AMEA-da niyə gəncləşmə siyasəti aparılmır?
Aşqarlar Kimyası İstitutunda “ölü canlar” və səmərəsiz elmi laboratoriyalar…

İstəyirəm ötən sayımızda qısa məlumat verilmiş həmin yazı barədə bir az ətraflı məlumat verim. Ötən sayımızdan da məlum olduğu kimi, AMEA-nın Aşqarlar Kimyası İnstitutundan şikayət daxil olmuşdur. Şikayətin məzmunu ondan ibarətdir ki, bu institutda “ölü canlar” var. Yəni, bəzi işçilərin adları var, özləri yoxdur və ya kefləri istəyəndə həftədə bir dəfə işə gəlib-gedirlər. Şikayətdə həmçinin bildirilirdi ki, institutun laboratoriyalarında heç bir elmi təcrübə aparılmır və dövlətin bu institut üçün ayırdığı vəsaitlər göyə sovrulur. Şikayətdə qeyd olunurdu ki, institutun son 20 illik fəailiyyətini araşdırsaq, bircə samballı elmi işin olmadığı aşkara çıxar. Yalnız institutun direktoru akademik Vaqif Fərzəliyevin 2013-cü ildə Avropa Birliyinin hansısa ictimai qurumu tərəfindən Keyfiyyət Diplomu almasını qeyd etmək olar. Bəs bütövlükdə Aşqarlar Kimyası İnstitutunun digər alimləri nə iş görüblər? Bu barədə müəyyən araşdırmalar apardıq. Məlum oldu ki, ştatda institutun 230 işçisi var. Bunlardan 14 nəfər elmlər doktoru, 2 akademik və 46 nəfər kimya üzrə fəlsəfə doktorudur. İnstitutun bər-bəzəkli adı olan 15 laboratoriyası və 5 şöbəsi var.
Laboratoriyalar bunlardır:
1. Motor yağlarına çoxfunksiyalı aşqarlar laboratoriyası;
2. Mühərrik yağlarına yuyucu-dispersiyaedici aşqarlar laboratoriyası;
3. Transmissiya və sənaye yağları üçün aşqar və aşqar kompozisiyaları laboratoriyası;
4. Korroziya inihibitorları laboratoriyası;
5. Aşqarların texnologiyası laboratoriyası;
6. Polimer aşqarlar laboratoriyası;
7. Yanacaqlara aşqarlar laboratoriyası;
8. Yağlayıcı- soyuducu mayelərə aşqarlar laboratoriyası;
9. Aşqarların sintez və təsir mexanizminin nəzəri əsasları laboratoriyası;
10. Yeni üzvi birləşmələrin, aşqarların və müxtəlif kompozisiyaların fiziki-kimyəvi tədqiqi laboratoriyası;
11. Motor yağlarına aşqar kompozisiyaları laboratoriyası;
12. Mühafizəedici aşqarlar laboratoriyası;
13. Potent tədqiqatları və aşqarlar kimyası sahəsində elmi işlərin proqnozlaşdırılması laboratoriyası;
14. Aşqarların, sürtkü yağlarının, sürtkülərin və xüsusi mayelərin tətbiqinin elmi əsasları laboratoriyası;
15. Tarixi-kimyəvi tədqiqatlar laboratoriyası.
Nəhayət, intitutun 5 şöbələri isə aşağıdakılardır:
1. Ümumi şöbə;
2. Xüsusi şöbə;
3. Standartlaşdırma şöbəsi;
4. Kadrlar şöbəsi;
5. Motor-sınaq stansiyası “Aşqar” Təcrübi İstehsalı ilə Xüsusi Texnoloji Büro.
Göründüyü kimi, institutun yaşayıb, fəaliyyət göstərməsi üçün dövlət tərəfindən hər cürə şərait yaradılıb. Nəticə isə, yuxarıda dediyimiz kimi, yoxdur. Tamamilə yoxdur demək də olmaz. Gözdən pərdə asmaq üçün heç bir əhəmiyyəti olmayan, yəni yenidən velosiped kəşf etmək kimi işlər görülür. Məsələn, institutun internet sayında görülən işlər barədə verilən bölümdə bir abzasa diqqət kəsilək:
“Bakı baza yağları və institutda sintez edilmiş yeni aşqarlardan və digər müasir aşqarlardan istifadə etməklə respublikada geniş istifadə edilən “B2” və “Q2” qruplara daxil olan bir sıra motor yağları, müxtəlif transmissiya, hidravlika və konservasiya yağları, tormoz mayeləri və həmçinin və bəzi yağlayıcı-soyuducu mayelər yaradılmış və sənayedə tətbiq üçün tövsiyyə edilmişdir”.
Maraqlıdır, elmdə tövsiyyə olmur, tətbiq olur. Bəs elə isə, “tövsiyyə edilmişdir” nə deməkdir? Bu, gözdən pərdə asmaq demək deyilsə, bəs nədir? Belə çıxır ki, indiyə qədər bütün sürtkü və motor yağları, tormoz mayeləri yox imiş və Aşqarlar Kimyası İnstitutu bunları yaradaraq, tətbiqini tövsiyyə edib. Mən deyərdim ki, mənasız və heç bir konkret kəşf sayılmayan belə işlərlə baş qatmaq, dövləti aldatmaq deməkdir. İqtisdiyyatımızın indiki çətin durumunda bu səmərəsiz laboratoriyaların saxlanmasına büdcədən “n”qədər vəsait sərf olunur. Elə buna görədir ki, prezident tərəfindən Fizika İnstutundakı laboratoriyalar ləğv edilmişdir. Çünki heç bir elmi fəaliyyəti olmayan və dövlətə xeyir gətirməyən belə laboratoriyaları saxlamağın tamamilə mənası yoxdur. Sual olunur, dövlətin bu qədər vəsait sərf etdiyi institutda niyə dünyaya səs salan bircə elmi nailiyyət yoxdur? Elə redaksiyamıza daxil olan şikayətin əsasında araşdırmamız zamanı bunun da səbəbini aşkar etmişik.

Laboratoriya müdiri Pərvin Məmmədova 78 yaşlı Dilarə Quliyevanın həftədə bir dəfə işə gəlməyini necə ört-basdır edir?

Gözdən-könüldən uzaqda, Böyükşor şossesi, 2062-ci məhəllədə yerləşən institutda, qeyd etdiyimiz kimi, 230 nəfər işçi var. Ancaq bu rəqəm də müəmmalıdır. Çünki institutun saytının bir bölümündə işçilərin sayı 230, digərin də isə 213 nəfər göstərilir. İndi biz bunların hansına inanaq? Şikayət edənlər də elə onu bildirirlər ki, bu 230 işçinin çoxusu yaşlı insanlardır və bu səbəbdən də ayda 3-4 dəfə işə gəlib, gedirlər. Bəlkə elə buna görə institut rəhbərliyi işçilərin sayını dəqiq hesablaya bilmir. İşçilərin çoxsunun yaşlı olmasıdır ki, onların heç bir elmi araşdırma aparmaq gücləri yoxdur. Məsələn, Yağlayıcı- soyuducu mayelərə aşqarlar laboratoriyasınin işçisi, kimya elmləri namizədi Quliyeva Dilarə Məmmədrza qızının 78 yaşı var. Lakin o, həftədə bir dəfə işə gəlir, ya gəlmir. Bəs necə olur ki, o hər gün işdə hesab olunur? Bunu da araşdırıb üzə çıxarmışıq. Deməli, D.Quliyevanın qızı İsmayılova Ruhəngiz Məsim qızı da bu institutun işçisidir. Hər gün anasının kartını özü ilə götürür, qeydiyyatdan keçirir. Beləliklə, məlum olur ki, 78 yaşlı Dilarə Quliyeva guya hər gün işə gəlib-gedir və laboratoriyada elmi təcrübə aparır. Nəticədə Yağlayıcı- soyuducu mayelərə aşqarlar laboratoriyasının müdiri Pərvin Məmmədova ona hər gün iş günü yazır, bu günlər əsasında mühasibatlıq əmək haqqı hesablayır və evdə otura-otura D.Quliyeva dövlətdən hər ay 300 manatdan yuxarı əmək haqqı alır. Görün nə qədər insan institutda qanunsuzluğa yol verir və belə “ölü canlar” institutda bir deyil, beş deyil, laboratoriyaların hamısında var. Hətta bu və ya digər faktları öz gözümüzlə görüb müşahidə aparmaq üçün iki gün ardıcıl olaraq institutun qarşısında dayanıb (səhər saat 09-00-dan 11:00-a kimi, bir də axşamüstü saat 17:00-dan 19:00-a kimi) müşahidə apardıq. Səhər işə gələnlərlə axşamüstü işdən çıxanların sayı üst-üstə düşürdü və say 230 deyil, cəmi 25-30 nəfər idi!
***
Yeri gəlmişkən, onu da öyrəndik ki, D.Quliyevanın qızı R.İsmayılovanın II qrup əlildir. Maraqlıdır, çox əsəbi olan belə bir xəstənin hər hansı elmi təcrübə aparmaq imkanı ola bilərmi? Ümumiyyətlə, qanunvericilikdə R.İsmayılovanın elm sahəsində belə bir xəstəliklə işləməsinə icazə verilir, ya yox? Hər halda bu suala AMEA-nın səlahiyyətli qurumları yəqin ki, cavab verəcək. Amma Dilarə Quliyevanın “işlədiyi” laboratoriyanın müdiri, professor Pərvin Məmmədovanın da cavab verməsi yaxşı olardı ki, niyə D.Quliyeva həftədə bir dəfə işə gəlir? Öyrəndik ki, Pərvin xanımın da yaşı artıq 70-ə yaxındır. Deməli, bu yaşlı insanlar bir-birlərini “yaxşı” başa düşürlər ki, bir-birilərini “yaxşı” da yola verə bilirlər. Elə bu fakt göstərir ki, institutda başlı-başını saxlasındır.

İnstitutda neçə işçi var, 230, 213 yoxsa 110?

Biz günümüzün bir neçə saatını həsr edib instituta işə gələnlərin sayını hesablamaq istədik. Bu, heç 30-4-ı ötmədi… Ola bilər elmi ezamiyyətdə, məzuniyyətdə olanlar da var. Buna sözümüz yoxdur. Amma institutun əməkdaşlarının 65-70 faizinin işdə görünməməsi sual doğurur… Və institutun qapı keçidində Dilarə xanımı jurnalist kimi yox, tanış kimi soruşduq. Dedilər ki, o hərdən bir işə gəlir. Digərləri də elə… Axı Aşqarlar Kimyası İnstitutunda da yetərincə perspektevli gənc alimlər var. Hətta onlardan ibarət institutda “Gənc alimlər və mütəxəssislər” Şurası da fəaliyyət göstərir. Şuranın sədri Əfsun Sucayev, katibi Natavan Talışovadır. Üzvləri isə, Aysel Rəhimova, Sevinc Qocayeva, Şəhanə Əzimova, Kənan Yusifzadə və Lalə Mahmudovadır. İndiki zamanda bu gənc elmi kadrları hec kəs tanımır. Ancaq bu yaşı 70-80-i keçmiş alimlər onların yollarını kəsməsə, dinəndə “hələ siz uşaqsınız, biz elmdə saç ağartmışıq” deməklə, ağızlarından vurmasalar, həmin gənclər bəlkə də dünyaya səs salan kəşflərə imza atarlar.

Akademik V.Fərzəliyev suallardan niyə qorxur?

Bildiyimiz kimi, prezident cənab İlham Əliyev dövlət qulluğunda işə qəbul zamanı gənclərə böyük üstünlük verir və yuxarıda da qeyd etdik ki, gənclər siyasətini inkişaf etdirmək üçün büdcədən yetərincə pul da ayırır. Belə çıxır ki, hörmətli prezidentin bu siyasəti Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev üçün keçərli deyil. Elə bütün bunlara aydınlıq gətirmək üçün V.Fərzəliyevlə mobil telefon vasitəsilə əlaqə saxladıq. Əvvəlcə 77 yaşlı V.Fərzəliyevin hal-əhvalını soruşduq… Məlum oldu ki, V.Fərzəliyev Şamaxıda dincəlir. Ona xoş istirahət arzulayıb, daxil olan şikayətə münasibətini öyrənmək istədik. Bura qədər sakit əhvalda danışan V.Fərzəliyevi sualdan sonra, sanki birdən-birə laboratoriyadakı kolbada qaynatdılar. Akademik hirsləndi, nə hirsləndi: “Sən kimsən ki, bu barədə araşdırma aparırsan, prokurorsan, müstəntiqsən, kimsən?”. Cavab verdim ki, hörmətli Vaqif müəllim, cənab prezident İlham Əliyevin imzaladığı “KİV haqqında qanun”a görə jurnalistin araşdırma aparmaq səlahiyyəti var. Vaqif müəllimə deyəsən, Şamaxının sərinliyi də təsir göstərə bilməmişdi. Ona görə də bir az da qəzəbləndi: “Mən heç bir qanun-zad tanımıram, sizə də heç kəs bu ixtiyarı verməyib ki, mənimlə bu tonda danışasınız! Sizin kimi jurnalistləri çox görmüşəm”. V.Fərzəliyevin diqqətinə bir daha çatdırmaq istədik ki, institutda adı olub, işə gəlməyənlər var, məsələn, Quliyeva Dilarə Məmmədrza qızı...
Akademik sözümü ağzımda kəsərək, hirsli tonda bildirdi ki, “Bəli, onlarda belə bir işçi var və onun heç kəsə dəxli yoxdur, get nə istəyirsən yaz”- deyib, telefonu qapatdı. Mən də akademikin tövsiyyəsinə əməl edərək, olanı yazdım.

Dünənki işinə görə çox sağ ol, bugünkünə cavab ver

Bu, bir daha göstərir ki, 29 ildir direktor işləyən hörmətli akademik Vaqif Fərzəliyevin artıq elmlə yox, nəvə-nəticələri ilə məşğul olan vaxtıdır. Məlum olduğu kimi su da bir yerdə çox qalanda keyfiyyətini itirir. Bu səbəbdən 29 il, yəni 1987-ci ildən eyni vəzifədə işləməsi, akademiki deyəsən əməlli-başlı çaşdırıb. V.Fərzəliyevin adi bir sualımıza belə əsəbləşməsi, özündən çıxması onu göstərir ki, qəlbi çox kövrəlib və hər söz onun xətrinə dəyir. Deməli, belə çıxır ki, hörmətli akademik V.Fərzəliyevə dünənki işinə görə “çox sağ ol” deyib, bugünkü işinə görə hesab sora bilmərik? Yəqin ki, Akademik məhz yaşa görədir ki, Aşqarlar Kimyası İnstitutunda gizli və ya aşkar baş verən qanunsuzluqları tam nəzarətində saxlaya bilmir. Amma onun yerinə hansısa gənc, orta yaşlı elmlər doktoru və ya elmlər namizədi, professor təyin olunsa, institutda inanırıq ki, qayda-qanun da yaranar və elmi nailiyyətlər də üzə çıxar. Əgər Azərbaycan sürtkü yağlarını kənardan alırsa, bəs bu boyda institutut nəyə lazımdır?
V.Fərzəliyev telefonda bir alim kimi onu dünyanın tanıdığını bildirdi. Təbii ki, akademik haqlıdır. Onu biz də bir alim və gözəl insan kimi yaxşı tanıyırıq. Ancaq onun alim və gözəl insan olması, hələ yaxşı təşkilatçı, yaxşı idarəçilik qabiliyyətinin olması demək deyil. Deməli, nəsil dəyişikliyi baş verməlidir ki, elm də inkişaf etsin. Necə deyərlər, elmə təzə nəsil lazımdır. Əlləri əsən, şəkərdən, qan təyiqindən və müxtəlif xəstəliklərdən əziyyət çəkən ahıl insanlar istirahətə getsələr pis olarmı? V.Fərzəliyevin idarəçilik qabiliyyətinin olmamasıdır ki, o istirahətdə olarkən, institutun 514-96-12; 514-96-10; 514-96-50 saylı telefonlarına gün ərzində cavab verən tapılmadı. İnstitutun elmi işlər üzrə müavini Mirzə Mövsümzadə, müavini Elman Zülfüqarov, elmi katib Mehparə Səfərova yəqin ki, direktor Vaqif Fərzəliyevin qaydalarından kənara çıxa bilmədiklərinə görə, onlar da qayda-qanuna nəzarət edə bilmirlər, yaxud etmək istəmirlər.
Məcbur olub AMEA-nın bir çox bölmələrinə zəng edib V.Fərzəliyevin koordinatlarını axtarmışıq. Nəticədə, akademiki Şamaxıda tapmışıq. “Səmimi” telefon danışığımız isə, artıq sizə məlumdur. Bizə elə gəlir ki, yaşı 70-i ötüb, 80-i haqlamış bu insanları təntənəli şəkildə istirahətə yola salmaq doğru olar… Ümumiyyətlə, AMEA-da belələri yüzlərlədir və bu savab işi kim görməlidir? Yaxşı olar ki, AMEA-nın aidiyyəti qurumları Aşqarlar Kimyası İnstutunda ciddi yoxlamalar aparsınlar, adı olub, özü olmayan qocaman alimləri, yəni “ölü canlar”ı tez aşkar etsinlər və onları xoş istirahətə yola salsınlar ki, dövlətin büdcəsinə də qənaət olunsun. İnanırıq ki, AMEA rəhbərliyi Aşqarlar Kimyası İnstitutuna nəzarəti bir az da güclənədirəcək və “ölü canlar”ın dövlət büdcəsindən qidalanmasına son qoyulacaq. Prezident cənab İlham Əliyevin dövlət qulluğunda gəncləşmə siyasəti nəhayət, AMEA-nın strukturlarına da sirayət edəcək ki, bu da Azərbaycan elminin inkişafına təkan verəcək.
Elçin MƏMMƏDLİ
P.S. Qarşı tərəfin hər hansı mövqeyi, şifahi və ya yazılı müraciəti olarsa, onları da dərc etməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34
“Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru