"Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                     Bakıdan qaçan Pallone görün nə dedi .....                     İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                     Paşinyan Vatikandan dəstək umur .....                     "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi .....                     “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar” .....                     Ermənistan və Türkiyə diplomatları görüşdü .....                     Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? .....                     Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər .....                     Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi .....                     Təhlükəli proses başlayır, Ermənistan ordusu... .....                     Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi .....                     "Şou əhli qış yuxusuna gedib" .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     İran gizli şəkildə Xamneyinin varisini seçdi .....                     MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir .....                     Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib .....                     “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən .....                     “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” .....                     “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” .....                     “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” .....                     Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü .....                     “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” .....                     Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub .....                     "Söyüş söydüyünə görə vintaçanla vurdum" .....                     "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı .....                     Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... .....                     Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir .....                     COP29 çərçivəsində hansı sazişlər imzalanıb? .....                     Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub .....                     Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... .....                     Agentlikdə yeni sədr müavini TƏYİNAT .....                     Marketlərdə satılan farş nə ətindən hazırlanır? .....                     "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" .....                     Sülh prosesində iki çətin məsələ hansıdır? .....                     Generalın həyat yoldaşına vəzifə verildi .....                     Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... .....                     Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır .....                     Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir .....                 

Pedaqoji Universitetdə MÜƏMMA - 80 dəqiqəlik dərs sistemi qanunsuzluqdur?
Tarix: 7-09-2016, 10:35 | Çap et
Pedaqoji Universitetdə MÜƏMMA
Təhsil Nazirliyinin rəsmi “feysbuk” səhifəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Yusifovun bir sualı dərc olunub. ADPU-nun müəllimi soruşur ki, “Ali təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə, kredit sistemi ilə tədrisin təşkili qaydalarında, "Ali təhsilin dövlət standartı və proqramları” rəsmi sənədlərində akademik dərs saatlarının iki 45 dəqiqə və onların arasındakf fasilənin 5 dəqiqədən az olmaması qeydi (tələbi) verildiyi halda universitetlər akademik dərs saatlarını 80 dəqiqə, özü də fasiləsiz edə bilərmi?

Yeni rektordan yeniliklər...

Qeyd edək ki, 2006-cı ildən Turizm və Menecment Universitetinn rektoru olmuş tarix elmləri doktoru Cəfər Cəfərov bu ilin iyun ayından ADPU-ya yeni rektor təyin edilib. Yeni rektor gələndən sonra universitetdə edilən dəyişiklərdən biri də dərs saatlarının 80 dəqiqəyə salınması, universitetdə intizam komissiyasının yaradılması (bu mövzuya gələcəkdə toxunacağıq), universitetin korpuslarından birində aparılan təmir işləri və sairdir.

80 dəqiqənin tərəfdarı olan və olmayan tələbələr

Tələbələrin bəziləri dərs saatlarının 10 dəqiqə azaldılmasını əlverişli hesab edir, dərs saatının ikinci 45 dəqiqəsinə tələbələrin maraq göstərmədiyini və vaxta qənaət baxımından da 80 dəqiqəni münasib sayırlar. Amma bəzi tələbələr 80 dəqiqə fasiləsiz dərs saatında yorğun olacaqlarını səbəb gətirib, ənənəvi qaydanın tərəfdarıdırlar.
Onu da bildirək ki, Turizm və Menecment Universiteti də daxil omaqla Azərbaycanda bir neçə təhsil müəssisəsi hazırda 80 dəqiqəlik dərs saatı ilə fəaliyyət göstərir.

Nazirlər Kabineti: “Bütün ali təhsil müəssisələrində akademik saat iki 45 dəqiqə müəyyənləşdirilir”

Baş nazir Artur Rəsizadənin "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında 21 yanvar 2011-ci ildə imzaladığı qərarı var. Nazirlər Kavinetinin həmin qərarın Ali təhsil müəssisəsinin tədris fəaliyyəti adlı 3-cü maddəsinin 7-ci bəndində deyilir: Ali təhsil müəssisələrində dərs növlərinə mühazirə, seminar, nəzəri, praktiki və laboratoriya məşğələləri, yoxlama işləri, elmi tədqiqat işləri, kurs işi (layihəsi) və s. daxildir. Akademik saat - 45 dəqiqədir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır.

Nazirliyin mövqeyi: “Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi”

Pedaqoji Universitetin 80 dəqiqəlik dərs sistemi qanunsuzluqdur?Məsələ ilə əlaqədar Fəxrəddin Yusifovun özü ilə əlaqə saxladıq. Fəxrəddin Yusifov dedi ki, sualına Təhsil Nazirliyindən hələ cavab verilməyib. Müvafiq sualı nazirliyin poçtuna biz də ünvanladıq. Amma hazırda nazirliyin sağlam təhsil-sağlam millət adlı bir layihəsi icra olunur ki, həmin layihəyə görə I sinifdən başlyaraq dərslər daha çox oturaq həyat tərzində deyil, hərəkətli, ayaqüstü icra olunur. Hətta məsələ ilə bağlı nazirlik Rusiya istehsalı olan “Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi” filmini də Azərbaycan dilinə tərcümə edib orta məktəblərdən tutmuş aliyə qədər bütün məktəblərə paylayıb. Belə bir mövqe sərgilədiyi halda, Təhsil Nazirliyinin də gənclərin fasiləsiz olaraq ardıcıl vəziyyətdə 80 dəqiqə hərəkətsiz təhsilini təqdir edəcəyi ağlabatan görünmür.

“Bu hüquqi, psixoloji, gigiyenik baxımdan doğru deyil”

Fəxrddən Yusifovsa bizimlə söhbətində bildirdi ki, Azərbaycanda müıəllim hazrlığı ilə məşğul olan ali məktəblərin pedaqoji, psixoloji problemləriylə ilə bağlı geniş məqaləylə mətbuatda çıxış etmək niyyətindədir. Akademik dərs saatlarına gəlincə, müəllim hesab edir ki, 90 dəqiqənin 80 dəqiqə ilə əvəz olunması hüquqi, psixoloji və gigiyenik baxımdan da düzgün deyil: “Hüquqi baxımdan Nazirlər Kabinetinin “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi" qərarına zidd getmək doğru deyil. Eləcə də "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın təsdiq edilməsi haqqında, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında" qərarlara, həmçinin Təhsil Nazirliyinin "Ali təhsil müəssisələrində kredit sistemilə tədrisin təşkili” haqqında əsasnaməsinə uyğun deyil. 80 dəqiqənin tətbiqi gigyenik baxımdan tələbələrin qidalanma, tualet ehtiyaclarını ödəmək problemilə üzləşdirə, 80 dəqiqədən sonra tualetlərin qarşısında basabas yarana bilər, tələbə bufetdən bir bulka almağa macal tapmaz. Müəllim də dərs arası tələbə çoxluğuna dərsdən çıxmaq üçün icazə versə, bu dərsi prosesinə mane olar, buna görə müəllim də tənbeh olunar. Psixoloji baxımdan da ilk 15-20 dəqiqədən sonra onsuz da yorğunluq yaranır, müəllim çalışır ki, dərsi maraqlı etsin, tələbənin diqqəti qalan vaxt ərzində yayınmasın”.

Dünya təcrübəsində 75 dəqiqə də tətbiq edilib, amma...

Hazırda dünya təcrübəsində də akademik dərsin iki 45 dəqiqə təşkil etdiyini deyən pedaqoq vaxtilə 75 dəqiqəlik dərsin də tətbiq edildiyini və bu təcrübənin özünü doğrultmadığını bildirdi: “80-ci illərdə Gürcüstanda hətta 75 dəqiqəlik dərs tətbiq edildi, özünü doğrultmadı, dayandırıldı. Digər tərəfdən, biz Avropa təhsil məkanına inteqrasiya edirik. Avropa təhsil sistemində akademik dərs iki 45 dəqiqədir. Boloniya prosesinə qoşulan bütün ölkələrdə də vahid qaydadır”.

“90 dəqiqə hesablanıb, 80 dəqiqənin tətbiqi maliyyə itkisidir”

F.Yusifov müəllimin dərs saatlarını 90 dəqiqə ilə hesablayıb, 80 dəqiqə ilə reallaşdırmağı da düzgün hesab etmir: “80 dəqiqəlik dərsdə 10 dəqiqə itirilir. 45 dərsdə bu 450 dəqiqə deməkdir. Yəni 10 dərs itkiyə gedir. 500 fənn üzrə bu iş davam etsə, bu xeyli maliyyə itkisinə səbəb ola bilər ki, bu da maliyyə baxımdan universitetlərin fəaliyyətinə ziyandır. Əgər 80 dəqiqənin tətbiqi məqbul sayılırsa, bunun daha əlverişli elmi sübutu varsa, əsaslandırılsın və bütün təhsil müəssisələrində akademik dərs saatı 80 dəqiqə elan edilsin. Amma bunun üçün respublikanın vahid təhsillə bağlı qanun və qaydalarında bütünlükdə dəyişiklər edilməlidir. Əks halda Prezident və Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarların icrası aşağı instansiyalar üçün məcburidir”.

Pedaqoq hazırlığında Pedaqoji Universitetin mühüm görəvi

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev Hurriyyet.org-a açıqlamasında bildirdi ki, ADPU-nun yeni rektoru Cəfər Cəfərovu inkişafa təkan vermək üçün yeniliyin tərəfdarı olan bir şəxs kimi tanıyır. O, sözügedən məsələ ilə bağlı belə mövqe bildirdi: “Pedaqoji kadr hazırlığında və təhsilin inkişafı zəminində həlledici yeri olan Pedaqoji Universitetin düzgün xətt tutmasında çox ümidliyəm ki, Cəfər Cəfərov bütün bacarıq və imkanlarından istifadə edcək. Bir çox ali məktəblərin, o cümlədən də Pedaqoji Universitetin muxtariyyat hüququ var. Bu da imkan verir ki, yeni rektor təhsil sahəsində qazandığı əlverişli səriştəni tətbiq etsin. Amma 90 dəqiqə Nazirlər Kabinetinin müəyyən etdiyi normadır. Nazirlər Kabinetinin tələbi müzakirə mövzusu ola bilməz”.

Pedaqoji Universitetdən cavab: “Öncə tələbələrin mənafeyi nəzərə alınıb”

Məsələ ilə əlaqədar ADPU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur İbrahimovla əlaqə saxladıq. Mansur İbrahimov dedi ki, bu qərar universitetin rektoru tərəfindən yox, Elmi Şuranın iclasında qəbul edilib: “Qərar qəbul edilərkən tələbələrin mənafeyi nəzərə alınıb. Qış mövsümündə Sumqayıtda və digər şəhərdən kənar ərazilərdə yaşayan tələbələrimiz nəqliyyat sarıdan çətinlik çəkirlər. Bu qərarı dekanlar da dəstəkləyib. Elmi Şura öz səlahiyyətləri çərçivəsində qərar verib. Elmi Şura universitetin kollegial idarəetmə orqanıdır və verdiyi qərar və sərəncamlar icra olunmalıdır. Qərarın icrasına dair yenidən müzakirəyə ehtiyac olarsa, o zaman müəllimlərin də təklifləri nəzərə alına bilər”.

Fəaliyyətdə olan qanuni aktın əleyhinə gedilə bilməz

Təhsil eksperti Nabatəli Qulamoğlu da hesab edir ki, Nazirlər Kabinetindən aşağı instansiyaların bu qanun və qaydaları dəyişmək hüququ yoxdur: “Əslində bu mövzu hüquqşünaslar üçün predmetdir. Amma məlumdur ki, ali məktəblərdə hər bir dərs üçün iki akademik saatın(45dəq) müəyyənləşməsivə fasilənin 5 dəqiqədən az olmaması fəaliyyətdə olan qanuni aktdır. Bu, Nazirlər Kabinetinin müəyyən etdiyi normadır və Nazirlər Kabinetinin qərarını Elmi Şura dəyişə bilməz”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42
İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29
Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21
“Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19
“Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08
“ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03
Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01
“Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54
"Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52
"Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50
Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48
Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46
COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37
Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33
Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31
Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21
Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20
"Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18
Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01
Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48
Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46
Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36
“Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34
Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32
“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21
ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04
“İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57
Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49
Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48
Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru