Nəqliyyatda "İntellektual korrupsiya" - İTTİHAM VAR
Tarix: 28-10-2016, 08:16 | Çap et
2005-ci ildə neft pullarının böyük axınınından sonra ölkədə modern infrastrukturun qurulması istiqamətində bir neçə layihəyə start verildi. Milyonlarla dəyəri olan bu layihələrdən biri də Nəqliyyatı İntellektual İdareetmə Mərkəzi oldu. Böyük kapital tələb edən, bir çox avropa dövlətlərində olmayan Nəqliyyatı İntellektual İdareetmə Mərkəzinin təməlinin qoyuluşundan sonra burada baş verən ciddi qanun pozuntularının-yeyintilərin olduğu barədə tutarlı ittihamlar səsləndirilməyə başladı. 2010-cu ildə mərkəzin tikintisinə başlanarkən heç bir tender keçirilmədən tikinti işləri ölkənin ən böyük holdinqlərindən olan "ZQAN” holdinqə verildi. Qeyd edək ki, 2013-cü ildə qəfil adını dəyişərək "QARANT” holdinqə çevrilən "ZQAN” holdinq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova aiddir. Ona görə də, Nəqliyyat nazirliyinin tikintisinə nəzarət edəcəyi dəyəri ilk zamanlar 77 sonra isə 94 milyon manat olan (o zamankı ekvivalentlə 120 milyon dollar) nəhəng layihənin Nəqliyyat nazirinin oğlunun şirkətinə verilməsi ciddi şübhələrə əsas yaratdı. İctimaiyyətdə yaranmış bu şübhələrə o zaman nəqliyyat nazirliyinin səlahiyyətli nümayəndəsi mətbuat vasitəsilə layihənin tikintisi üçün ən yaxşı təklifin "ZQAN” holdinqdən gəldiyini söyləyərək cavab vermiş, əslində bu cavabı ilə şübhələri daha da dərinləşdirmişdi. MDB ölkələrindən olan Ukraynanın paytaxtı Kiyev şəhərində 30 milyon manata ərsəyə gələn layihənin Bakıda 77 milyona tikilməsi layihənin dəyərinin şişirdilməyini açıq-aydın göstərirdi.Ancaq tikintini aparan Nəqliyyat nazirliyi isə bu məbləğlərin səmərəli xərcləndiyini, ayrılan vəsaitin heç də çox olmadığını, gələcəkdə paytaxtın avtobus dayanacaqlarında quraşdırılacaq avtobusların hərəkət istiqamətini müəyyənləşdirəcək manitorların hər birinin 10 min dollara başa gələcəyini deyirdilər. Nəqliyyat nazirliyinin yetkililəri bu monitorların bahalılığını isə onun çoxfunksiyalı olması ilə izah edərək, sərnişinlərə nəinki dayanacağa gələn marşrutların vaxtını və adlarını, hətta şəhərdəki bütün avtobusların siyahısını təqdim etməklə yanaşı, paytaxtın xəritəsini əks etdirəcəyini, bayram və ya mühüm dövlət tədbirlərinin canlı yayımlanacağını deyirdilər. Qeyd edək ki, o zaman paytaxtın xəritəsinin hazırlanmasına da əlavə olaraq 1.2 milyon manat, 700-ə yaxın dayanacaqda quraşdırılacaq monitorlarına isə 7 milyon manata yaxın vəsait xərcləndi... Beləliklə 2011-ci ilin dekabr ayında 100 milyon manata qədər dövlət vəsaiti xərclənmiş NİİM-nin Respublika Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə təntənəli açılış mərasimi oldu. Mərkəzin rəsmi açılışında geniş çıxış edən dövlət başçısı çıxışını "Sizə tövsiyəm bundan ibarətdir ki, bu mərkəzi yaxşı idarə edəsiniz. Burada mövcud olan avadanlığa uyğun olan xidmət və menecment yaradasınız, əminəm ki, belə də olacaq.”- sözləri oldu. Ancaq NİİM-in sonrakı fəaliyyəti heç də ölkə başçısının tövsiyyəsinə uyğun olmadı. Mərkəzin iş mexanizminin düzgün qurulmaması, dayanacaqların keyfiyyətsiz materiallardan və əksər hallarda uyğunsuz yerlərdə inşa edilməsi,dayanacaqlardakı on minlik (!!!) monitorların işləməməsi, çox vaxt rəqəmləri səhv göstərməsi və sonradan şəhər ətrafı qəsəbələrdəki dayanacaqlardan manitorların sökülərək aparılması mərkəzin effektiv və şəffaf fəaliyyətinə olan ümidləri öldürdü. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi fəaliyyətə başladıqdan sonra paytaxt yollarında nəinki nəqliyyatın idarəedilmısi asanlaşdı, əksinə, bir çox hallarda xaos daha da böyüdü. Mərkəz tərəfindən əsaslı və ciddi optimallaşdırma yox, maraqlar çərçivəsində tədbirlər həyata keçirildi. Bu da ki, sahibkarların və sərnişinlərin narazılığını daha da böyütdü. Paytaxtın ictimai nəqliyyat şəbəkəsinin müasir səviyyədə qurulması istiqamətində nailiyyət əldə olunmadı. Qeyri-sabit hava şəraitlərində və günün pik saatlarında tıxacların aradan qaldırılması yönündə mərkəz tərəfindən heç bir uğurlu iş aparılmadı. Xərclənən milyonlarla dövlət vəsaitinə və illərlə zamana rəğmən hələ də NİİM-in marşrut xəttlərinin seçimi və trayektoriyasının müəyyənləşdirilməsi üçün optimal variantları təhlil edə xüsusi ekspert qrupu yoxdur. Əgər belə bir ekspert qrupu yaradılıbdırsa da çox zəif fəaliyyət göstərirlər. NİİM-nin bu gün gördüyü iş sadəcə yollardakı "probka”nı efirlərdən bəyan etməkdir ki, bu da vətəndaşlarda sadəcə ikrah doğurur. Qlobal.az-a verilən daha bir ilginc məlumatda isə deyilir ki, NİİM-in rəhbərliyinə yaxın şəxslər tez-tez xarici ölkələrə təcrübə toplamaq üçün göndərilir. Böyük vəsaitlər hesabına NİİM-in "seçilmiş” əməkdaşları xaricə etdikləri bu səfərlər çərçivəsində təcrübə toplamaqdan əvəzinə daha çox şəxsi istirahətlərinə zaman ayırırlar. Digər məlumatda isə NİİM-nin bir çox maxinasiyaları var ki, bunlardan biri də Bakı Nəqliyyat Agentliyi ilə edilən "əməkdaşlıqdır”. Belə ki, guya fəaliyyətləri- mexanizmləri NİİM tərəfindən təhlil olunaraq "nöqsanlar” aşkarlanan sərnişindaşıma ilə məşğul olan şirkətlərin adları Bakı Nəqliyyat Agentliyinə ötürülür. Sonuncu isə həmin şirkətin ünvanına-qarajlarına gedərək mütəmadi "yoxlamalar” aparırlar. Mənbəmiz qeyd edir ki, burada məqsəd əslində qismən zəif qorunan sərnişindaşıma ilə məşğul olan sahibkarların bu sektordan sıxışdırılaraq çıxarılmasıdır. Məlumata görə, əslində paytaxt sərnişinlərində ən çox narazılıq doğuran marşrut xəttlərində (202, 133, 49, 225 və s.) fəaliyyət göstərən şirkətlərdə isə indiyədək heç bir monitorinq aparılmayıb. Səbəb isə bu şirkətlərin arxasında daha böyük vəzifə sahiblərinin olmasıdır.
Əldə etdiyimiz məlumata görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin daha bir maxinasiyası işə qəbulla bağlıdır. Etibarlı mənbədən verilən məlumata görə, dövlətin 100 milyon vəsaiti hesabına ərsəyə gəlmiş bu müəssisədə işə qəbul qaydaları əslində "adət-ənənə”lərə uyğun aparılır. Sadəcə görüntü xatirinə vakant yerlər üçün işə qəbul olmaq istəyən şəxslərdən CV tələb olunur. Fəaliyyətə başladığı 5 il ərzində hələ heç bir kəsin "tanış-biliş”siz NİİM-ə işə düzəldiyinə rast gəlinməyib. Saytımıza verilən məlumata görə, illərdir ki, vətəndaşlardan qəbul olunan CV-lər sadəcə hesabat üçün NİİM-in məlumat bazasına daxil edilir. Anormal olan hal isə nəinki ölkəmizdə hətta regionda yeganə olan bu müəssisənin işə düzəlmək istəyənlərdən vəzifələrindən asılı olaraq 1 ildən 3 ilədək iş stajı tələb etməsidir...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|