"Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                     Bakıdan qaçan Pallone görün nə dedi .....                     İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                     Paşinyan Vatikandan dəstək umur .....                     "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi .....                     “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar” .....                     Ermənistan və Türkiyə diplomatları görüşdü .....                     Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? .....                     Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər .....                     Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi .....                     Təhlükəli proses başlayır, Ermənistan ordusu... .....                     Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi .....                     "Şou əhli qış yuxusuna gedib" .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     İran gizli şəkildə Xamneyinin varisini seçdi .....                     MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir .....                     Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib .....                 

“KİA Servis” verdiyi zəmanətdən imtina etdi - ŞİKAYƏT VAR
Tarix: 1-11-2016, 11:04 | Çap et
“KİA Servis” verdiyi zəmanətdən imtina etdi
Son vaxtlar redaksiyamıza “KİA Motors Azərbaycan” MMC-nin fəaliyyətilə bağlı daxil olan şikayət ərizələrinin sayında bir artım müşahidə olunmaqdadır. Həm də bu şikayətlər daha çox “KİA Servis” mərkəzlərində vətəndaşların aldadılması, müştərilərə qarşı yolverilməz münasibət göstərilməsilə bağlı olur. Artıq qəzetimizin ötən saylarında bu kimi hallara dair aldığımız müraciətlər əsasında bir neçə tənqidi material dərc olunub. Məlum olduğu kimi “KİA Motors Azərbaycan” 2005-ci ildən Cənubi Koreyanın ilk avtomobil istehsalçısı olan Kia Motors korporasiyasının Azərbaycanda rəsmi distribütoru olaraq fəaliyyətə başlamışdır. 2006-cı ildən tam Azərbaycan Respublikasının şəraitinə uyğun istehsal olunan ilk “KİA” avtomobillərinin “Kia Motors Azərbaycan” MMC tərəfindən satışına başlanmışdır. Qeyd etmək lazımdır ki, “Kia Motors Azərbaycan” şirkəti hazırda ölkənin ən böyük satış və servis şəbəkələrindən birinə malikdir. Eyni zamanda da ötən illərin statistikasına görə “KİA” markası ölkəmizdə ən çox satılan avtomobillərin arasındaaparıcı mövqeylərdən birinə sahib ola bilib. Şirkətin servis mərkəzləri isə, bu gün artıq təkcə Bakıda deyil, bir çox bölgələrdə də fəaliyyət göstərirlər. Elə aldığımız növbəti şikayət ərizəsi də Gəncə şəhərində fəaliyyət göstərən “KİA Servis” mərkəzinin yarıtmaz fəaliyyətilə bağlıdır. Beləliklə, redaksiyamıza müraciət edən Qazax sakini, vətəndaş Şamil Əliyev öz ərizəsində başına gələnləri belə təsvir edir: “2012-ci ilin axırlarında Gəncədə yerləşən avtosalondan “KİA Cadenza” markalı avtomobil aldım. Maşının 5 illik zəmanəti var. Bütün bu müddət ərzində də avtomobilə yalnız Gəncə şəhərində fəaliyyət göstərən “KİA Servis” mərkəzində qulluq olunub. Üç gün bundan əvvəl isə, maşın məni gözləmədiyim halda yolda qoydu. Hadisə Ağstafayaya gedərkən baş verdi. Trasla hərəkət edərkən, heç bir səbəb olmadan avtomobilin sürət qutusu sıradan çıxdı. Təbii ki, Gəncəyə, servis mərkəzinə zəng vurdum. Əlaqə saxladığım şəxs servisin Əbdülxaliq adlı əməkdaşı idi. Məsələni ona danışanda, həmin şəxs mənə dedi ki, avtomobillərin sürət qutularının təmirilə yalnız Bakıdakı servis mərkəzində məşğul olurlar. Bunu bəhanə edib, hətta mərkəzin hesabına evakuator göndərməkdən də imtina etdilər. Məcbur qalıb öz hesabıma evakuator çağırdım və nasaz avtomobili Gəncəyə apardım. Buna 100 manat xərcim çıxdı. Hələ bir geri qayıtmağım, Ağstafaya taksi ilə getməyim və bəzi xırda-para xərclər də mənə əlavə 50 manata başa gəldi. Gəncədə avtomobili diaqnostika edib təsdiq etdilər ki, həqiqətən də problem sürət qutusundadır. Həm də qeyd etdilər ki, bu, “Cadenza” modellərində çox yayılmış zavod deffektidir. Bundan sonra isə, avtomobili Bakıya daşımaq üçün məndən daha 200 manat pul istədilər. Əvvəlcə servisin rəhbəri İbrahim müəllimə müraciət etdim. Nəticə olmadı. Bundan sonra Bakıda yerləşən “KİA Servis” mərkəzinə zəng vurdum. Mənimlə danışan şəxs mərkəzin baş meneceri Elnur Seyidəliyev oldu. İlk əvvəl bu şəxs də avtomobilin Bakıya mənim hesabıma daşınmalı olduğunu iddia edirdi. Lakin sonradan, Gəncə servis mərkəzinin rəhbəri İbrahim müəllim mənə dedi ki, Elnur ona zəng vurub və deyib ki, daşınma haqqının 160 manatını şirkət, 40 manatını isə mən ödəməliyəm. Bu təklifi də belə izah edirlər ki, guya Cənubi Koreyalı tərəfdaşları “KİA Motors Azərbaycan”ın servis mərkəzlərinə xarab olmuş avtomobillərin daşınması üçün məhz bu məbləğdə, yəni cəmi 160 manatlıq limit ayırıblar. Onda belə çıxır ki, “KİA” avtomobilləri ilk beş il ərzində yalnız serviz mərkəzlərinin yaxın ətrafında sürülmək üçün nəzərdə tutulub? Lakin mən bütün bunları Elnur Seyidəliyevə başa sala bilmədim. Son sözü də bu oldu ki, hara istəyirsən şikayət edə bilərsən. Əlbəttə, mən burada 40 manatın davasını etmirəm. Amma məsələ bundadır ki, əgər “KİA Motors Azərbaycan” dünya şöhrətli avtomobil markasını ölkəmizdə təmsil etməyə qalxıbsa, onda buyursunlar beynəlxalq standartlara uyğun da iş qursunlar. Bu arada isə, mənim avtomobilim hələ də Gəncə “KİA Servis” mərkəzinin bokslarından birində durmaqdadır...”

Biz yuxarıda da qeyd etdik ki, qəzetimizin ötən saylarında bu kimi hallara dair aldığımız müraciətlər əsasında artıq bir neçə tənqidi material dərc olunub. Həmin materiallardan bir neçəsində isə, bilavasitə “Kia Motors Azərbaycan” MMC-nin rəhbəri Əşrəf Səfərovun öz müştərilərinə qarşı yol verdiyi qanunsuz hərəkətlərlə bağlı ciddi iradlar da yer almışdı. “Balıq başdan iylənər” prinsipinə əsaslansaq, Elnur Seyidəliyevin də vətəndaşlara qarşı sərgilədiyi etinasızlığın haradan qaynaqlandığını görmək elə də çətin olmaz. Digər tərəfdən isə, bu işbazların öz əməlləri ilə ölkəmizi xarici tərəfdaşlar qarşısında da hansısa üçüncü dünyü dövlətlərindən biri kimi təqdim etmələrini də xüsusilə vurğulamaq lazımdır. Ərizədən də göründüyü kimi, Gəncə “KİA Servis”in əməkdaşları “Cadenza” model avtomobillərinin sürət qutularında zavod deffektinin olmasını çox yayılmış hal kimi qeyd ediblər. Belə olduğu halda, hansı səbəbdən bu avtomobillərin ölkəmizdə satışı yenə də həyata keçirilir? Bundan başqa, hansı haqla Cənubi Koreyalılar hələ bir bizə satdıqları deffektli avtomobilin zəmanət servisinə hansısa limit və məhdudiyyətlər də qoyurlar? Görəsən belə fırıldaqları onlar Avropa ölkələrində həyata keçirə bilərlərmi? Əlbəttə ki, yox! Çünki həmin ölkələrdə Əşrəf Səfərov kimi, Elnur Seyidəliyev kimi sapı özümüzdən olan baltalar yoxdur. Əgər varsa da, onları böyük ehtimalla beynəlxalq biznes layihələrinə heç yaxın da buraxmırlar.

Çox ümid edirik ki, “Kia Motors Azərbaycan” MMC-nin yarıtmaz fəaliyyətindən dolayı son vaxtlar getdikcə artan şikayətlərin fonunda, müvafiq qurumlar tərəfindən bu şirkətin fəaliyyəti yaxın vaxtlarda ciddi şəkildə araşdırılacaq. Hələlik isə, yeni avtomobil almaq arzusunda olan vətəndaşları öz seçimlərində daha diqqətli olmağa çağırırıq.

Qarşı tərəfin də münasibətini öyrənmək istərdik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42
İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29
Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21
“Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19
“Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08
“ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03
Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01
“Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54
"Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52
"Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50
Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru