Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT .....                     Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... .....                     Müxalifətin aksiyası dağıdıldı .....                     İlham Məmmədova ağır itki üz verib .....                     Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? .....                     2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... .....                     Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək .....                     "Valideynimin səhhətində olan problemə görə buradayam" .....                     Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? .....                     "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." .....                     Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? .....                     “Başıma o boyda faciə gəldi ölmədim, amma... .....                     "Bu proses artıq bir neçə ildir ki, başlayıb" .....                     Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... .....                     SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... .....                     Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı .....                     Rusiya vurularsa: Kim nə qazanacaq? .....                     Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR .....                     Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu .....                     Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır .....                     Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                     Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                     Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi .....                     "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: .....                     Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib .....                     “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                 

Xaricdə təhsil rüsvayçılığı: - “Dil kursunun kağızını universitetə qəbul sənədi kimi təqdim ediblər...”
Tarix: 2-11-2016, 11:23 | Çap et
Xaricdə təhsil rüsvayçılığı:
Dünyada və həmçinin Azərbaycanda xaricdə təhsil almaq gələcəyə inamı olan gənclər üçün prestij sayılır. Ölkəmizdə təhsilin müxtəlif pillələri üzrə dünyanın fərqli ölkələrində oxumaq istəyən və buna nail olan minlərlə tələbələr var. Onlar bu məqsədə çatmaq üçün zamanlarını, bəzən isə pullarını sərf etməyə məcbur olurlar. Necə deyərlər, niyyətin hara, mənzilin ora. Amma...

Bu gün haqqında bəhs edəcəyimiz gənclərin niyyətləri xoş olsa da, çatdıqları mənzillər dəqiq olaraq istədikləri kimi olmayıb. Buna səbəb isə adı bir çox tələbələrə və elə oxuculara yad olmayan "Company of Education & Outsourcing – CEO" və ya eyni şirkətin rebrendinq edilmiş forması hesab olunan "Forens MMC"dir.

Şirkətdən zərər çəkən növbəti gənclər isə Rövşən Quliyev və İlahə Baxşəliyevadır. Hər iki şikayətçi "Forens MMC" şirkəti tərəfindən aldadıldığını və pullarının bu günə qədər geri qaytarılmadığından gileylənir.

"Ötən ilin 9 mart tarixində mən Rövşən Quliyev İlahə Baxşəliyeva ilə birlikdə Aynurə Seyidovanın icraçı direktoru olduğu "Forenc MMC" şirkəti ilə müqavilə imzaladıq. Müqaviləyə əsasən, Aynurə xanım bizə İtaliyanın 3 universitetindən qəbul və təqaüd (5000 avro illik) təşkil edəcəyini vəd elədi. Bunlara Sapienza, Siena və Naples universitetləri idi. Bu universitetlərdən Sapienzaya müraciət haqqının olmadığı üçün, bizə əlavədən Estoniyanın Tartu Universitetinə də müraciət edəcəyini vəd etdi. Eyni zamanda Estoniyanın Azərbaycanlılara ayırdığı aylıq 400 avroluq təqaüdü də həll edəcəyini boynuna götürdü", - deyə Quliyev bildirib.

Müqaviləyə əsasən gənclər ilkin ödəniş olaraq 50% , yəni, 750 Azn ödəniş etdilər, ancaq bir müddət sonra ortada heç bir nəticənin olmadığı məlum olub.

"Bizə endirim edərək ikimizə bir müqavilə hazırladı. Müqavilə mənim adıma rəsmiləşdirildi. İlk olaraq Sapienzadan, ardından Siena universitetindən mənə qəbul aldı. Qəbul məktublarını mənə göndərdi. Bu universitetlərdən qəbul almaq mənim üçün ən asan iş idi. İlahə Baxşəliyevaya isə uzun müddət heç bir yerdən qəbul ala bilmədi. Biz bununla bağlı Aynurə xanımla dəfələrlə gördüşdük. Onda bizə demişdi ki, guya mənə həm İtaliyadakı 3 universitetdən, həm də Estoniyadan qəbul gəlib. Hətta Estoniyadan təqaüd də çıxıb mənə. İlahə xanıma isə Estoniyadan qəbul gəlib, amma təqaüd çıxmayıb. İlahə xanımı Siena universiteti qəbul edib, sadəcə qəbul məktubunu gecikdirirlər", - deyə gənc bildirib.

Uzun proseslərdən sonra 18-20 sentyabr tarixlərində Rövşən və İlahə təhsil almaq ümidi ilə, Aynurə Seyidovanın sözünə əsaslanaraq Siena Universitetinə yollanıblar. Məlum olub ki, sən demə, Rövşən qəbul üçün əlavə imtahan verməlidir, İlahə xanım isə ümumiyyətcə qəbul almayıb.

"Ardından təqaüdlər açıqlananda da öyrəndik ki, İlahə xanımın sənədləri ümumiyyətlə Sienaya göndərilməyib. Mən ayrıca Tartu Universiteti ilə əlaqə saxlayanda da öyrəndim ki, mənim adıma da heç müraciət olunmayıb. Çünki müraciət üçün son tarix 15 martdır, biz isə müqaviləni 9 martda bağlamışıq. Aynurə xanım gecikib. Sonradan bunu boynuna aldı, amma biz Bakıya qayıdana kimi iddia edirdi ki, İlahə xanıma həm qəbul alıb, həm təqaüd sənədlərini doğru göndərib.

Fakt ortadadır ki, bu xanım nə bizim adımızdan Estoniyanın Tartu Universitetinə müraciət edib, nə İlahə xanım üçün əsas qəbul məktubu alıb, nə də təqaüd sənədlərini göndərib. Üstəlik bunların əksini iddia edərək, bizi İtaliyaya göndərib, yad ölkədə xeyli xərcə düşməyimiz, əziyyət çəkməyimizə səbəb oldu. Nəticə olaraq geri qayıtdıq və ilkin ödədiyimiz pulu da geri istəmişik. Hazırda "Forenc MMC" şirkətinin rəhbəri olan Aynurə Seyidova İstanbuldadır", - deyə Quliyev bəyan edib.

Gülnar Məmmədovanın arzusu İtaliyada təqaüdlə təhsil almaq olub, ancaq, onun iddiasına görə, sözügedən şirkətin buraxdığı səhvlər, məsuliyyətsizlik üzündən o, nə təqaüd, nə də tam olaraq təhsil hüququ qazanmayıb.

"Aynurə Seyidova son müraciət tarixindən 16 gün keçdikdən sonra müraciətimi bağlayıb və mənim işimə qeyri-rəsmi baxıb, şərti qəbul göndəriblər. Buna görə mən əlavə 3 imtahan verməli və hər biri üçün 107.50€ ödəniş emtəliyəm. İkinci tərəfdən müqavilənin şərtlərində göstərilməsinə baxmayaraq, mənim təqaüd qazanmağımda əngəl yaradıb. O, müəyyən sənədləşmə proseslərində ciddi nöqsanlara yol verib. Bunlarla yanaşı, mən təqaüd almamaqdan savayı, üstəlik illik təhsil haqqı ödəməliyəm. Bu şirkət mənim üçün heç bir işi normal görməyib", - deyə Gülnar bildirib.

Hazırda Gülnar İtaliyanın Sapienza Universitetində təhsilini davam etdirmək əzmindədir. Təqaüddən məhrum olduğu üçün, hər ay yaşayış üçün ən azı 1000€ pul xərcləməyə məcburdur. Eyni şəxslərin fəaliyyətindən narazı olan vətəndaşlardan biri də Natavan Əfəndiyevadır. Onun bacılarının övladları bu tələnin qurbanlarına çevriliblər.

"Mənim bacım da Aynurə Bayramovanın icraçı direktoru olduğu "Forens MMC" şirkəti tərəfindən aldadılıb. Şirkətin əməkdaşı Orxan Qasımov bacımın övladı Ağayev Mircavid Vasif oğlunu Türkiyənin Sakarya Universitetinə attestatla qəbul etdirəcəyini, ona təqaüd, yataqxanada yaşayış haqqı almaqda kömək edəcəyini söz verib", - deyə Əfəndiyeva bəyan edib.

"Deməli, bir gün Sakarya Universitetində təhsil alan Leyla Əliyeva adlı bacım oğlunun sinif yoldaşı bildirdi ki, onun qohumu təhsil şirkətində çalışır və yalnız attestatla Sakarya Universitetinə qəbul olmağa yardım edə bilər. Bacımın oğlu həmin şəxsin telefon nömrəsini götürüb Orxan Qasımov adlı oğlanla görüşüblər.

Sonuncu isə gəncə xeyli vədlər verib. Bu vədlərə təhsil haqqının aşağı salınması, təqaüd, yataqxanada yaşayış hüquqları və s. daxil idi. Bacım oğlu tək getməsin deyə xalası oğlunu da ona qoşmaq fikrinə düşdük. Deməli, Əliyev İmran İkram oğlu əslində artıq İqtisad Universitetinin II kurs tələbəsi idi. Orxan Qasımov onun Türkiyədə eyni kursda təhsilini davam etdirə bilməsi üçün qəbul haqqını əldə edəcəyinə söz verdi. Hər iki gəncə görə 4000 dollar pul verdik. Lakin Mircavid Ağayev və İmran Əliyevin sözügedən universitetə qəbul məsələsi alınmadı. Orxan Qasımov söyləyib ki, "Gedin Bursa Unuversitetinə, sizi ora düzəltmişəm". Türkiyəyə yollanan gənclər Aynurə Bayramova xanıma zəng vuraraq bildiriblər ki, artıq Bursadadırlar və küçədə skameykanın üstündə gözləyirlər. Aynurə yalandan "gəlirəm" deyib gəlməyib. Məlum olub ki, heç bir sənəd universitetə təqdim edilməyib, qeydiyyat bitib, heç ümumiyyətlə o universitetə bu il attestatla qəbul olmayıb. Orxan Qasımov isə həyasızcasına telefon zənglərinə cavab verməyib.

Uzun sözün qısası, gənclərin boş-boşuna Türkiyəyə uçuşları, qalma xərcləri, üstəgəl 4000 dollar - hamısı bizə ziyandan başqa heç nə vermədi. Və nəticədə pullarımız batdı", - deyə Natavan Əfəndiyeva bildirib.

Müqavilənin imzalanmasına toxunan şikayətçi Natavan Əfəndiyeva bildirir ki, şirkət nümayəndəsi adi vərəqdə heç bir möhür olmadan bir müqavilə təqdim edib.

"Bacım baxıb ki, heç bir möhürü olmayan adi vərəqdi və notarial təsdiqə ehtiyac var. Ancaq onun etibarından sui-istifadə edərək notarius olmadan pulları alıblar. Bacım oğlunun sinif yoldaşı Leylaya görə inanıb", - deyə Əfəndiyeva qeyd edib.

Sənan Heydərli adlı şikayətçi isə ali təhsil müəssisəsindən qəbul məktubu yerinə alman dli kursunun dəvət kağızını alıb.

"2014-cü ilin noyabr ayında Aynura Seyidovanın direktoru olduğu təhsil şirkətinə müraciət etdim. Əsas məqsədim Almaniyada təhsil(mümkün olduqda təqaüd ilə) idi. Buna görə şirkətə 1200 azn ödədim.

Bir müddət sonra mənə Bohum Universitetinə qəbul olduğumu bildirdi. Mən universitet seçərkən əsas Maynts və Kiel Universitetlərini istədiyimi qeyd etmisdim. Uzun zaman heç bir xəbər gəlmədi. Qısa müddət sonra evimizə Bochum-dan poçtla qəbul məktubu gəldi. Açıb oxudum, lakin bu qəbul magistr dərəcəsi üçün yox, sadəcə alman dili kursundan idi. Bunu ondan soruşarkən isə o əsl qəbulun onda olduğunu, narahat olmaq üçün əsas olmadığını dedi və mən yenə inandım. Fevral bitirdi artıq, Mayntsın cavabının niyə gəlmədiyini soruşurdum və o isə gözləməli olduğumu dedi", - deyə Sənan bildirib.

Sənan qeyd edir ki, Aynurə Seyidova sonda Maynts universitetindən qəbul məktubunun gəldiyini söylədi və o Almaniyaya getmək üçün viza almağa hazırlaşırdı. Ancaq mart ayında mətbuatda və sosial mediada bu şirkətlə bağlı çıxan yazılar onu düşünməyə vadar etdi.

"Xəbər portallarında "Company of Education & Outsourcing – CEO" şirkətinin sahibləri Aynura Seyidova və onun həyat yoldaşı Talıb Bayramovun dələduzluqla məşğul olduğuna, həmçinin saxta sənəd düzəltdiklərinə dair xəbərlər paylaşıldı. Müxtəlif müsahibələri oxudum, amma yenə də inanmaq istəmədim. Özündən bu hadisə ilə bağlı soruşanda bunların yalan olduğunu dedi. Bir neçə gün sonra artıq bütün sənədləri toplayıb, onun yanına gedib qəbul kağızımı alıb vizaya müraciət etmək isəyirdim.

Ofisdə sözləşdiyimiz vaxtdan 1-2 saat gecikdi. Ondan qəbul kağızımı istədikdə mənə 1 həftə gözləməli olduğumu bildirdi və qəbulun ona gec göndərildiyini çatdırdı.1 həftə sonra yenə ofisdə məni 1-2 saat gözlətdikdən sonra mənə dedi ki.ş Maynts Universitetində gec apply elədiyim üçün onlar məni yaz semestri üçün yox oktyabrda payız semestri üçün qəbul verə bilərlər. Mən ondan niyə gec müraciət etdiyini, niyə bu problemlərin olduğunu soruşduqda özünün günahı olmadığını, sənədləşmə işinin həmişə belə gec getdiyini söylədi. Onunla sərt danışdım. Mənə "Əgər Apreldə oxumağa getmək istəyirsənsə, Bochum Universitetindən qəbulum var, narahat olma"dedi. Mən isə 3 gün sonra yenidən Bochumdan qəbul kağızımı almaq üçün onun yanına getməzdən əvvəl həm Bochum, həm də Maynts universitetinə qəbul olduğumu dəqiqləşdirmək üçün e-mail yazdım. Onun yanına gedəndə Bochumdan qəbul kağızımı almaq istəyərkən isə o mənə Bochumdan qəbul almaq üçün ilk öncə 3 aylıq pullu alman dili kursunda təhsil almalı olduğumu bildirdi. Bundan sonra hər şeyin əsl fırıldaq olduğunu bildim. Elə həmin gün evə gələndə Bochum Universitetindən gələn cavabda mənim adıma yalnız dil kursuna müraciət olduğunu yazıldı. Maynts Universietindən isə iki mərhələli qəbulun yalnız pre-acceptance mərhələsinin başa vurulduğunu əsas müraciətin edilmədiyini bildirdilər. Bundan sonra pullarımı hissə-hissə geri almağa müvəffəq oldum", - deyə gənc əlavə edib.

Xatırladaq ki, bir müddət öncə yerli mediada Bakı sakini Zeynəb Fərəclinin “Company of Education & Outsourcing – CEO” xaricdə təhsil şirkətinin dələduzluğuna məruz qalması ilə bağlı materiallar yayılmışdı.

Zeynəb Fərəcli şirkətin verdiyi qəbul sənədindən şübhələndiyi üçün birbaşa universitetlə əlaqə saxlamış və universitetdən göndərilən cavab məktubunda bu adda tələbə qeydiyyata almadıqları, göndərilən sənədin onlara məxsus olmadığı bildirilmişdi. Şirkət rəhbəri əvvəlcə bu halı dansa da, sonradan hər şeyi boynuna almışdı. Həmin şikayət dərc olunduqdan sonra Nərminə Aslanova da eyni şirkət tərəfindən dolandırıldığını və ödədiyi 1200 manat hələ də qaytarılmadığını bildirmişdi.

O zaman “Company of Education & Outsourcing – CEO” şirkətinin təsisçisi, Aynirə Seyidovanın həyat yoldaşı, tanınmış təlimçi Talıb Bayramov qeyd olunan iddiaların doğru olmadığını bəyan etmiş və məsələlərin məhkəmə yolu ilə həll ediləcəyini demişdi.

Qeyd edək ki, sözügedən şirkət, özəlliklə onun əsas idarəedici şəxsləri olan Aynurə Seyidova və Talıb Bayramovla bağlı narazılıqlar yuxarıda təqdim etdiyimiz şikayətlərlə məhdudlaşmır.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini yayınlamağa hazırıq.

Ardı var...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36
Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30
Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24
İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36
Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33
2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30
Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23
"Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09
Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04
"Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40
Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34
“Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru