Uşaq xəstəxanasının BÖYÜK PROBLEMİ - İTTİHAM VAR
Tarix: 4-11-2016, 10:51 | Çap et
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun («OMD» xəstəxanası) adı son zamanlar bir sıra xoşagəlməz məqamlarda hallanır. Belə ki, Nəsib Quliyevin direktoru olduğu tibb müəssisəsinin ölkədə uşaqlar üçün ilk xəstəxana olduğunu qeyd edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, 1926-ci ildə əhalidən iyanə hesabına tikilməyə başlayan, 1986-cı ildə Səhəiyyə Nazirliyinin göstərişilə Elmi-Tədqiqat Pediatriya İnstitutu adı verilən, 1992-ci ildən etibarən isə Kübra Fərəcovanın adını daşıyan «OMD» xəstəxanasında uşaqların başına olmazın oyunlar açılır. Beləliklə, ötən ilin oktyabr ayında K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Sabirabaddan olan ölmüş qız körpəsinin valideynlərinə səhvən ölmüş oğlan körpəsinin meyitinin verildiyini iddia edən mənbənin sözlərinə görə, Sabirabad rayonunun Əsədli kəndində yaşayan Əfsanə Əliyeva 13 oktyabrda Sabirabad Perenatal mərkəzdə dünyaya qız uşağı gətirib: «Deyilənlərə görə, uşaqda oksigen çatışmazlığı problemi olduğundan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna əməliyyat olunmaq üçün göndərilib. «OMD» xəstəxanasında qız körpəsinin öldüyünü bildirdikdən sonra uşağın meyitini valideynlərinə təhvil veriblər. Lakin uşağın dəfn mərasimində körpənin qız yox, oğlan olduğu məlum olub. Əliyevlər ailəsi onlara verilən uşağın onların qızı olmadığını bildikdən sonra körpəni dəfn etməkdən imtina edərək polisə müraciət ediblər. Həmin vaxt K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan isə bildirdiblər ki, texniki səhv üzündən qız körpəsinin meyiti Salyandan olan oğlan körpəsinin meyiti ilə səhv düşüb». Bu arada, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyevin əslən Göyçə mahalının Basarkeçər rayonu Aşağı Şorca kəndindən olduğunu, 1994-cü ildən indiyədək «OMD» xəstəxanasına rəhbərlik etdiyini vurğulayan məlumatlı şəxs bildirir ki, adıçəkilən tibb müəssisəsi sanki körpələrin ölüm kabusuna çevrilib. Məsələn, bu ilin yanvar ayında K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 8 aylıq Müşviq Mikayıl oğlu Şamilovun məhz həkim məsuliyyətsizliyi ucbatından vəfat etdiyini deyən mənbə qeyd edir ki, dünyasını dəyişmiş körpənin nənəsi Xanım Şamilova bu işdə məhz «OMD» xəstəxanasını ittiham edib. Belə ki, «Həkim uşağımızı öldürüb bizə verdi. Bizdən icazəsiz uşağı kəsib-doğrayıblar. Ən bahalı dərmanları bizə aldırırdılar. Deyirdilər, özümüz bahalıları yazırıq ki, uşağa yaxşı təsir etsin. Sonra da uşağı bu hala salıb bizə verdilər» deyən Xanım Şamilova nəvəsinin keçən il iyulun 9-da Ağsu xəstəxanasında doğulduğunu və həkimlərin uşağın sağlamlığında heç bir problem olmadığı barədə bildirdiklərini qeyd edib: «Uşaq anadan olanda həkimlər onun sağlam olduğunu bildirdilər. Bu barədə rentgen müayinələri də var. Məndən şirinlik aldılar və hər şeyin qaydasında olduğunu bildirdilər. Səhəri gün uşaq əməliyyat olundu və əməliyyatdan sonra dedilər ki, uşağın bir böyrəyi yoxdur. Elə uşağın böyrəyini özləri götürüblər. Rentgen zamanı məlum olmuşdu ki, hər şey qaydasındadır, ancaq əməliyyatdan sonra böyrək yoxdur. Bunu necə başa düşmək olar? Ağsu həkimləri də işlərinə məsuliyətsiz yanaşıblar. Uşaq anadan olub, evə gətirmişik, amma həkimlər baxmayıblar ki, onun anadangəlmə anus dəliyi yoxdur. Evə gətirəndən sonra baxırıq ki, uşağın qarnı köpür». Daha sonra uşaq müalicə üçün K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib. Burada körpəni Elmi-Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Gündüz Ağayev müalicə etməyə başlayıb: «Yanvarın 25-də uşağı «OMD» xəstəxanasına gətirdik. Müalicəni həkim Gündüz Ağayev apardı. Üç gün sonra uşaq rəhmətə getdi. Bunadək həkim mənə hər şeyin yaxşı olduğunu deyirdi. Uşağın müalicəsinin yaxşılığı üçün ən bahalı dərmanları bizə aldırırdılar. Həkim uşağın bağırsağını əməliyyat edib, bəs qolunu niyə bu günə salır? Əlinin ətini kəsib-doğrayıblar. Əgər problem var idisə, bunu bizə deyərdi. Niyə əməliyyat elədin? Niyə məndən pul istəyirdin? Ölən gün bizi elə tələm-tələsik oradan çıxartdılar ki, elə bil qaçhaqaçdır. Bütün lazımı orqanlara şikayət etmişəm. Bunu belə qoymayacam və sonadək gedəcəm». Mövzu ilə bağlı əldə etdiyimiz məlumatlarda həmçinin, o da qeyd olunur ki, uşaqlar üçün nəzərdə tutulan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun reanimasiya şöbəsində natəmizlik baş alıb gedir: «Burada ən ağır xəstələr və balaca, məsum uşaqlar yatır. Onlar ölüm-dirim mübarizəsi yaşayarkən, anaları sanki hauptvaxta salınıblarmış kimi bir otağa doldurulur. Bir otaqda 30 qadın yerləşdirilir və bir çarpayıda 6-7 nəfər yatır. Onlar üfunət iyli, çirkli, soyuq, mikrob dolu xəstəxana otağında yatmağa məcbur olurlar. Onu da nəzərinizə çatdırım ki, təkcə bu ilin əvvəlindən və yalnız bizə məlum olan uşaq ölümlərinin sayı «OMD» xəstəxanasında artıq 4-ə çatıb. Təbii ki, bu, kifayət qədər böyük göstəricidir. Deyilənlərə görə, məhz elə bu səbəbdən də institutun direktoru Nəsib Quliyev hər dəfə bu ölüm hallarının gizlədilməsi üçün əlindən gələni edir, müxtəlif yollara baş vurur. Bildirilir ki, «OMD»də müşahidə olunan bu vəziyyətin yeganə izahı, direktor Nəsib Quliyevin burada yaratdığı «bazar» ab-havası ilə bağlıdır. Deyilənlərə görə, o, institutun bütün həkimlərindən hər ay ona 500-1000 dəfə «təşəkkür» etmələrini tələb edir. Bir sözlə, hələ 2008-ci ildə ölkəmizdə fəaliyyət göstərən dövlət tibb müəssisələrində tibbi xidmətlərin tam təmannasız, yəni pulsuz olduğuna dair qərar qəbul olunsa da, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda bütün müayinə və müalicələr pulla həyata keçirilir. Yəni bu gün «OMD»də pulsuz nə müayinə olunmaq, nə də ki, malicə almaq mümkündür». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
|