Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                     Bakıdan qaçan Pallone görün nə dedi .....                     İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                     Paşinyan Vatikandan dəstək umur .....                     "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi .....                     “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar” .....                     Ermənistan və Türkiyə diplomatları görüşdü .....                     Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? .....                     Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər .....                     Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi .....                     Təhlükəli proses başlayır, Ermənistan ordusu... .....                     Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi .....                     "Şou əhli qış yuxusuna gedib" .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     İran gizli şəkildə Xamneyinin varisini seçdi .....                     MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir .....                     Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib .....                     “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən .....                 

Gədəbəydə hesab ondan sorulur... - Azər Bayramova söykənən özbaşınalıq
Tarix: 24-11-2016, 10:39 | Çap et
Gədəbəydə hesab ondan sorulur...
Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədov uzun illərdir ki, bu vəzifədə təmsil olunmasına baxmayaraq, hələ də rayonun maliyyə sisteminin inkişafı üçün elə də ciddi addım atmayıb. Belə ki, dövlət büdcəsindən rayona ayrılan maliyyə vəsaitlərinin xərclənməsinə nəzarəti əlində cəmləyən Namiq Məmmədovun geniş biznes imkanlarına sahib olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, o, məhz maliyyə nazirinin birinci müavini Azər Bayramovun dəstəyi nəticəsində üzləşdiyi bir sıra problemləri asanlıqla yoluna qoymağa müvəffəq olub. Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovun qanundankənar əməllərindən şikayətçi olan şəxslərdən biri də adıçəkilən rayonun sakini, 20 Yanvar küçəsi, ev 14-də qeydiyyatda olan Oqtay Qara oğlu Əliyevdir. Belə ki, o, bir müddət öncə Gundelik-Baku.com-a etdiyi müraciətində bildirib ki, Namiq Məmmədov rayonun büdcəsindən istədiyi kimi istifadə edir: «Əlimizdə faktlar var ki, rayonda mədəniyyət evi indiyədək 3 dəfə təmir olunub. Namiq Məmmədov Gədəbəyin büdcəsindən istədiyi kimi istifadə edir. Elə bil şəxsi büdcəsidir, nə istəyir onu da edir. Namiq Məmmədovun bu gün rayonda apteki, villaları var. Bildiyimə görə, o, Çin səfirliyinin yanında 16 mərtəbəni boya-boy götürüb, Sumqayıtda, Gədəbəydə Slavyanka kəndində məktəbin həyətində dayısı oğlunun adına villalar tikdirib. Namiq Məmmədov bunları hansı pulla, hansı gəlirlə əldə edib?» Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi ilə bağlı əlində kifayət qədər faktın olduğunu vurğulayan şikayətçinin sözlərinə görə, Namiq Məmmədov rayonun büdcəsini dağıdıb yeyir: «Odur ki, müvafiq qurumlardan onun fəaliyyətinin ciddi şəkildə araşdırılmasını xahiş edirəm. Yalnız bundan sonra Gədəbəy əhalisi azadlığa çıxa bilər. Qeyd edim ki, o, rayonun mədəniyyət evlərini də pis hala salıb. Əksər mədəniyyət evlərində sovet illərindən qalmış mebellər var. Əgər bununla bağlı yoxlama aparılsa, onda mədəniyyət evlərinə ayrılan vəsaitlərin taleyi bəlli olar. Bundan başqa, rayonun mərkəzi xəstəxananasının yaxınlığında Namiq Məmmədovun «Nur» kafesi, «Nur» marketi mövcuddur. Eyni zamanda, xəstəxananın əsas giriş qapısı dəyişidirilərək onun yerində özləri üçün kabinetlər düzəltdirib. Bir sözlə, o, ürəyi nə istəyirsə, onu da edir». Bütün bunlar bir daha onu deməyə əsas verir ki, hazırda Gədəbəy rayon sakinləri ciddi problemlər, sosial qayğılar məngənəsində boğulur. Bunun əsas səbəbkarı kimi maliyyə idarəsinin rəisini göstərən məlumatlı şəxs iddia edir ki, rayonun əksər kəndlərində məktəblər, klublar, kitabxana və mədəniyyət evləri, uşaq bağçaları, kənd xəstəxanaları fəaliyyətlərini ancaq kağız üzərində aparırlar: «Deyilənlərə görə, rayona ayrılan vəsaitin böyük bir hissəsi köçürüldüyü andaca maliyyə idarəsinin rəisi Namiq Məmmədov tərəfindən mənimsənilir. Bura abadlığa ayrılan vəsaitlərdən alınan «şapka»ları və əməkhaqqından tələb olunan min bir adda «ödəniş»in məbləğini əlavə etsək, maliyyə rəisinin aylıq gəliri təxminən, 100-120 min manat, illik gəliri bir milyon iki yüz və bir miyyon dörd yüz min civarında olar. İş o yerə çatıb ki, bu gün Namiq Məmmədov icra başçısından heç də az səlahiyyətlərə malik deyil. Deyilənlərə görə, rayonda sahibkarların baş bəlasına çevrilmiş Namiq Məmmədov maliyyə naziri Samir Şərifovu da saymır. Bildirilir ki, onun Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi üçün əsas fiqur nazirin müavini, əslən gədəbəyli olan Azər Bayramovdur. Qeyd olunur ki, yalnız onun təlimatlarını və tapşırıqlarını eşidən Namiq Məmmədov yerli iş adamlarına göz verib, işıq vermir, onları əlavə problemlərlə üz-üzə qoyur». Bu arada, əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, rayonun ən imkanlı şəxslərindən birinə çevrilən Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədov milyonların mənimsənilməsini rəsmiləşdirməkdə, ayrı-ayrı iş adamlarının əmlaklarının ələ keçirməkdə iştirak edib: «Deyilənlərə görə, Namiq Məmmədovun fəaliyyəti son dərəcə narazılıq doğurur və maliyyə nazirinə saysız-hesabsız şikayətlər ünvanlanır. Lakin bu müraciətlər nazirin birbaşa ünvanına gəlib çatmır. Belə ki, Gədəbəyin maliyyə rəisinin kuratoru, həmyerlisi olan nazir müavini Azər Bayramov məktubların nazirin əlinə keçməsinə imkan vermir. Bu iyerarxik mərhələdə nazir müavini Gədəbəydən gələn şikayət məktublarını qəhətə çıxarır. Odur ki, Namiq Məmmədov Gədəbəydə sahibkarlara «qan uddurmaqda»da davam edir. Deyilənlərə görə, Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi bir müddət əvvəl Əli Abdullayevə məxsus obyekti ələ keçirib. Belə ki, əvvəlcə həmin obyekt uçurdulub. Atılan belə bir addımdan sonra Əli Abdullayevin apardığı haqlı mübarizənin nəticəsi o olur ki, icra başçısının tapşırığı ilə rayonun Heydər Əliyev prospektində, ona yeni bir obyekt də tikilir. Lakin hələ Əli Abdullayev sağ ikən tikilmiş obyektə Namiq Məmmədov göz dikir. Elə ki, o, dünyasını dəyişir, həmin andan da bir çox proseslər cərəyan etməyə başlayır. Yəni, çox keçmir ki, inşası başa çatdırılmış obyekt icra hakimiyyəti tərəfindən satışa çıxarılır və ilk olaraq qeyd olunan obyekt, Məzahir adlı şəxsə 100 min manata təklif olunur. Bir qədər söz-söhbətdən sonra o, belə bir xəbər əldə edir ki, ona təklif olunan obyekt mərhum Əli Abdullayevə verilmək üçün tikilən obyektdir. Dərhal Məzahir adlı şəxs, qeyd olunan obyekti almaq fikrindən “vaz keçir”. Bu şəxsin belə bir yanaşmasının varlığına baxmayaraq, yaranmış fürsətdən yararlanmağa qərar verən Namiq Məmmədov 65 min manata obyekti ələ keçirə bilir. Maliyyə şefinin obyekti 500 manata icarəyə verdiyi bildirilir. Baxmayaraq ki, icarəyə verilən obyektin girişində “Uşaq Yaradıcılıq Mərkəzi” lövhəsi asılıb. Amma iş bununla bitmir. Rayonun Heydər Əliyev adına parkındakı çay evi də Namiq Məmmədova məxsusdur. Nazirin isə xəbəri yoxdur ki, idarə rəisi rayonda çayxana işlədir. Deyilənlərə görə, bütün bu obyektlər Namiq Məmmədov tərəfindən başqalarının adlarına sənədləşdirilib…»

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlardırmağa hazırıq.

P.S. Növbəti sayımızda Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovla bağlı əldə etdiyimiz daha ilginc bilgiləri diqqətinizə çatdıracağıq. Məhz o zaman biləcəksiniz ki, hazırda Gədəbəy rayonundakı obyektlərin böyük əksəriyyəti milyonçu, oliqarx məmur Namiq Məmmədova məxsusdur.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42
İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29
Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21
“Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19
“Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08
“ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03
Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01
“Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54
"Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52
"Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50
Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48
Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru