Vergilər Nazirliyində Fazil Məmmədovdan da sözü kəsərli var imiş... - ŞİKAYƏT VAR
Tarix: 5-12-2016, 10:41 | Çap et
Nicat Müqabil oğlu Həsənov Teref.info-ya Vergilər Nazirliyində üzləşdiyi problemlə bağlı müraciət edib.
Oxucumuz bildirir ki, 20 dekabr 2013-cü ildə vergilər naziri Fazil Məmmədovun Sumqayıt şəhərində vətəndaşlarla görüşü zamanı qəbulunda olaraq işsizlik probleminin həlli üçün müraciət edib. Vergilər nazirinin 10 fevral 2014-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamentinin Operativ-nəzarət şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi vəzifəsində çalışmağa başlayıb: “Lakin Fazil Məmmədovun 26 fevral 2016-cı il tarixli əmri ilə işdən azad olundum. İşdən azad olunmağıma səbəb, Azərbaycan Respublikası Vergilər Nazirliyi Daxili Təhlükəsizlik Baş İdarəsində aparılmış araşdırma və onun gəldiyi nəticəyə əsasən həmin baş idarənin keçmiş rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri cənab İlqar İsmayıl oğlu Əhmədovun Fazil Məmmədova ünvanladığı 22.02.2016-cı il tarixli, aparılmış araşdırma barədə qərəzli xidməti məruzəsinə əsasən qəbul edilmiş qərar olub. Aparılmış həmin qondarma araşdırma, onun gəldiyi yanlış, qərəzli nəticə və müvafiq olaraq qəbul edilmiş qərarla razı deyiləm. Mənim günahım yoxdur. Araşdırma dövründə həqiqiliyi ciddi suallar doğuran faktlar əsas götürülmüş və onlara müvafiq qərəzli “nəticə” formalaşdırılmışdır. Araşdırma zamanı mənim günahsızlığımı sübuta yetirəcək çoxsaylı məqamlar qəsdən araşdırmanın diqqətindən kənarda saxlanılıb və bununla da mənim hüquqlarım ciddi şəkildə pozulub”.
Şikayətçi teref.info-ya bildirir ki, onunla Azərbaycan Respublikası Vergilər Nazirliyi arasında imzalanmış əmək müqaviləsinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30-cu, 31-ci maddələrinin, Vergilər Nazirliyinin 01.08.2014-cü il tarixli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında məlumatların təhlükəsizliyinin qorunması və iş yerlərindən təhlükəsiz istifadənin təmin edilməsi” Qaydalarının 3-cü, 4-cü, 5-ci, 6-cı bəndlərinin, 09.12.2015-ci il tarixli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış” Qaydalarının 3.1.2-ci, 3.2.1.-ci, 3.11.2-ci, 3.12.1-ci, 3.12.3-cü bəndlərinin tələblərinin mənim tərəfimdən pozulması əsas gətirilərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında əsasnamə”-nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilməsi, mənim iş tapmaq və gələcəkdə karyera qurmaq imkanlarımı sıfıra endirib. Mənimlə Azərbaycan Respublikası Vergilər Nazirliyi arasında imzalanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas gətirilən, yuxarıda qeyd olunan maddələr və bəndlər üzrə özümü qəti olaraq günahkar hesab etmirəm. Son aylarda bütün iş tapmaq cəhdlərim, məlum səbəbdən uğursuzluqla nəticələnib. Günü-gündən kəskinləşən sosial-maddi sıxıntı və mənəvi-psixoloji gərginlik içindəyəm. İnzibati idarəetmə ixtisas istiqaməti üzrə aldığım ali təhsil və bu illər ərzində çəkdiyim misilsiz əzab və əziyyətlər yekunda puç olub. Baş vermiş sifarişli hadisə mənim tək bir gənc kadr kimi deyil, eyni zamanda içində olduğum acınacaqlı sosial-maddi durumun diktəsi ilə bir gənc elmi tədqiqatçı olaraq da fəaliyyətimin sonu deməkdir. Yaranmış vəziyyətlə əlaqədar olaraq Vergilər Nazirliyinə ünvanladığım müraciətlərin cavablandırılması ilə bir azərbaycanlı olaraq razı deyiləm”.
Şikayətçi teref.info-ya deyir ki, Fazil Məmmədovun regionlarda vətəndaşlarla keçirdiyi qəbullar zamanı onunla şəxsən görüşüb, diqqətini yaranmış olan vəziyyətə cəlb etməyə çalışıb. Lakin 2016-cı il ərzində regionlarda vətəndaşlarla keçirilən digər qəbullar zamanı qeydiyyat və məskunlaşma ünvanım uyğun gəlmədiyi üçün qəbullara düşə bilməyib: “Bildiyiniz kimi, mənim də müvəqqəti olaraq məskunlaşdığım Sumqayıt şəhəri 2 saylı Ərazi Vergilər Departamentinin əhatə dairəsinə daxildir. 25 noyabr 2016-cı il tarixində 2 saylı Ərazi Vergilər Departamentinin əhatə dairəsinə daxil olan digər yaşayış məntəqəsində, yəni Siyəzən şəhərində Fazil Məmmədovun vətəndaşlarla görüşü təşkil olunub. Sizlərə yazmaqda məqsədim Fazil Məmmədovun 25 noyabr 2016-cı il tarixində Siyəzən şəhərində keçirilmiş vətəndaşlarla görüşü zamanı onun qəbuluna düşməkdə mənə süni maneələr yaradan bir sıra nazirlik əməkdaşlarının, xüsusilə də 2 saylı Ərazi Vergilər Departamentinin həmin vaxt rəis əvəzi olmuş, departamentin rəis müavini və Bəyənnamələrin Kameral Yoxlanılması şöbəsinin rəisi Nəsirov Ceyhun Müseyib oğlunun qanunazidd əməlləri və yaranmış olan vəziyyətin ictimailəşmdirilməsində yardım istəyidir. Həmin qəbula yazılmaq üçün bütün mümkün resurslardan istifadə etməyimə baxmayaraq, Vergilər Nazirliyinin bir sıra əməkdaşları qəbula düşməkdə mənə süni maneələr yaratdılar. Belə ki, teleqram, məktub, taxes.gov.az saytı vasitəsilə onlayn müraciət, 195 Çağrı Mərkəzinə zəng etməklə cənab nazirin qəbuluna yazılmışam. Qəbula yazılmaq üçün sonuncu resurs və ya imkan olaraq 21 noyabr tarixində 2 saylı Ərazi Vergilər Departamentinə müraciət etdiyim zaman, həmin departamentin rəis müavini və Bəyənnamələrin Kameral Yoxlanılması şöbəsinin rəisi Nəsirov Ceyhun Müseyib oğlu mənə maneçiliklər törədərək nazirin qəbuluna yazılmağa icazə verməyib. Halbuki, mənimlə eyni vaxtda işə götürülən və eyni əmrlə, eyni maddələr və bəndlər üzrə işdən azad olunan digər şəxsin valideyni 25 noyabr tarixində Siyəzən şəhərində Azərbaycan Respublikasının vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri cənab Fazil Əsəd oğlu Məmmədovun qəbuluna asanlıqla düşə bilib. Mənim atam müharibə veteranı olub. Anam Yeni Azərbaycan Partiyasının üzvüdür. Amma görürəm ki, bu prinsiplərin heç birinə Vergilər Nazirliyinin əməkdaşları tərəfindən zərrə qədər də olsa önəm verilmir. Bu fakt Heydər Əliyev ideyalarına yüksək dəyər verən bir şəxs və bir azərbaycanlı olaraq məndə dərin təəssüf hissi doğurur. Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin regionlarda vətəndaşlarla keçirdikləri qəbullar Azərbaycan Respublikasının prezidenti İlham Heydər oğlu Əliyevin fərmanı ilə təşkil olunur və keçirilir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi ciddi bir qurumdur, Azərbaycan Respublikasının vergilər nazirinin regionlarda vətəndaşlarla keçirdiyi qəbullar ciddi, rəsmi dövlət tədbirləridir. Heç kəs kimliyindən, vəzifəsindən və səlahiyyətlərindən asılı olmayaraq bu prosesə müdaxilə edə bilməz. Şübhəsiz ki, bunu edən şəxslər Azərbaycan Respublikasının prezidenti İlham Heydər oğlu Əliyevin fərmanına müdaxilə etmiş və nazir Fazil Məmmədovun işini pozmuş olurlar”.
N.Həsənov onu da qeyd edir ki, Fazil Məmmədovun timsalında mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin regionlarda vətəndaşlarla keçirdikləri qəbulların təşkilində ciddi nöqsanlar yaranıb: “Mən 25 noyabr tarixində Siyəzən şəhərində bunun bilavasitə şahidi olmuşam. Faktla bağlı 25 noyabr tarixində təqribən eyni məzmunla 195 Çağrı Mərkəzinə zəng etməklə şikayətimi bildirmişəm. Hal-hazırda aparılacaq araşdırmanın nəticəsini gözləyirəm. Bu məsələ ilə bağlı mənə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən veriləcək rəsmi cavabı ictimaiyyətin diqqətinə çatdırmağınızı Sizlərdən xahiş edirəm”.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
|