Millət vəkili media üçün daha çox pul istədi - "Mətbuat önəmli bir sahədir"
Tarix: 7-12-2016, 14:53 |
Çap et
Büdcə layihəsində bəzi sahələr üzrə xərclər azaldılsa da, bu, media sektoruna şamil olunmasın.
Şərq.az-ın xəbərinə görə bu sözləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bu gün parlamentdə keçirilən büdcə müzakirələri zamanı səsləndirib.
Deputat KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna gələn ilin büdcə layihəsində nəzərdə tutulan 4 milyon manatın 5 milyona çatdırılmasını təklif edib:
"Mətbuat önəmli bir sahədir. Bu sahəyə ayrılan vəsait azaldılmamalıdır, əksinə 1 milyon artırılmalıdır. Həmin artırılan 1 milyon hazırda fəaliyyət göstərən ciddi xəbər saytlarına yönəldilməlidir. Bu peşəkar saytlara dövlət dəstəyi olar, onlar fəaliyyətlərini daha da gücləndirə bilərlər".