Ən böyük DOLLAR MÖHTƏKİRİ - Özü hədəfə gələcəkmi?
Tarix: 14-12-2016, 10:49 | Çap et
Son günlər ölkədə müşahidə olunan dollar qıtlığının səbəbi məlum olub. Araşdırmalar göstərir ki, bununla bağlı əlaqadar dövlət qurumları lazımi araşdırma aparır. Mediaya sızan məlumatlardan bəlli olur ki, bu istiqamətdə neqativliklərin yaranma səbəblərindən biri də bəzi şəxslərin şəxsi mənfəət əldə etmək istəyidir. Yəni dövlətin onlara etibar etdiyi mövqedən istifadə edərək, dolların “qara bazar”a transferini təşkil edib və bunun müqabilndə külli miqdarda vəsait qazanıblar. Məhz belə faktların üstü açıldığı üçün, Beynəlxalq Bankın Cahangir Hacıyevdən sonrakı sədri tutduğu postdan azad edilib. Əslində, bu gənc kadra böyük etimad ona görə göstərilib ki, o, sələfi sayılan və hazırda etdiyi oğurluqlara görə məhkəmə qarşısında cavab verən Cahangir Hacıyevin yolunu getməsin. Ancaq görünür ki, belə olmayıb. Mediada yayılan məlumatlarda bildirilir ki, Elmar Məmmədov maliyyə naziri Samir Şərifova yaxın kadr kimi xarakterizə olunur. Onun bank sistemindəki karyera irəliləyişlərində maliyyə nazirinin xüsusi rolunun olduğu bildirilir. Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mədət Quliyev də açıqlamasında bildirib ki, Azərbaycanda dolların “qara bazar”ı var idi, bununla bağlı dövlət başçısının tapşırığına əsasən məruzələr edilirmiş: “Bununla bağlı araşdırmalar aparılır, şübhəli şəxslər var. Bu istiqamətdə bundan sonra da qətiyyətli addımlar atılacaq”. Ölkənin maliyyə sisteminin sabit və dayanıqlı, maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması üçün, habelə ayrı-ayrı şəxslər tərəfindən qanunsuz valyuta mübadilə əməliyyatlarının aparılmasına qarşı daxili işlər orqanları tərəfindən də əməliyyatlar keçirilib. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Səbail rayonu ərazisində qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olan Abşeron rayon sakini Səbuhi Əliyev və Bakı şəhər sakini Emil Əhmədov 41 min 630 ABŞ dolları və 30 min avro məbləğində pulu “qara bazar”da 135 min manata satan zaman saxlanıblar. Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində isə Nərimanov rayonu ərazisində qanunsuz valyuta mübadiləsi ilə məşğul olan daha bir şəxs – Bakı şəhər sakini Kamran Şərifov 54 min 585 ABŞ dollarını 100 min manata satarkən saxlanıb. Onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə olaraq 12 min 600 manat və 7 min 515 ABŞ dolları aşkar edilərək götürülüb. Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Ekspert Cəfər İbrahimli hesab edir ki, valyuta alınıb-satılan bir vasitədir. Bu alış-satışın həyata keçirilməsi üçün bazar infrastrukturu var, amma bu infrastruktur indiki bazar daxilindəki şərtlərlə valyutanın alınıb-satılması üçün əlverişli deyil: “Bunun başqa bir yolunu tapmaq lazımdır. Valyuta dəyişmə ilə məşğul olacaq qurum və ya təşkilat banklardır. Bir də rəsmi qanunvericiliklə bu işi həyata keçirənlər valyutadəyişmə məntəqələridir. Tələbat çox olduğuna görə, daha sürətli və çevik əməliyyatı aparmaq üçün vətəndaşa istənilən yerdə, əlçatan şəkildə valyutadəyişmə imkanı yaradılmalıdır. Biz bunun məhdudlaşdırıldığını görürük. Valyutadəyişmə məntəqələri bağlandı. Bankların valyutadəyişmə ilə bağlı məhdudiyyətləri var, rəsmi alqı-satqı üçün valyutadəyişmə ilə bağlı marjalar qoyulub. Qoyulan məhdudiyyətlər bazarın rəsmi qaydada tənzimlənməsini stimullaşdırmır, daha da tərsi olaraq, bunun fərqli yönlərə getməsini stimullaşdırır”. C.İbrahimlinin sözlərinə görə, bunu ortadan qaldırmaq üçün məhdudiyyətləri ləğv etmək lazımdır: “Mərkəzi Bank birinci valyutadəyişmə məntəqələri ilə bağlı əlçatanlığı təmin etməlidir. Valyutanı dəyişmək hər kəs üçün istənilən vaxt əlçatan olmalıdır. İkincisi də banklar bu məhdudiyyətlər çərçivəsində valyutanı sata bilmir deyə, bazara gedirlər. Ona görə Mərkəzi Bankın rəsmi kursundan 4 faiz aşağı, 4 faiz yuxarı tətbiq olunan marjaları ləğv etmək lazımdır. Dolayısı ilə tarixçəyə baxsaq, “qara bazar” dediyimiz qeyri-rəsmi bazar məhdudiyyətlər gündəmə gələndən sonra aktuallaşdı. Məhdudiyyət məsələsinə baxmaq, onları aradan qaldırmaq lazımdır ki, bazar öz çərçivəsində prosesləri tənzimləsin”. Məhəmmədəli QƏRİBLİ \\azinforum.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
|