Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                     Bakıdan qaçan Pallone görün nə dedi .....                     İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                     Paşinyan Vatikandan dəstək umur .....                     "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi .....                     “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar” .....                     Ermənistan və Türkiyə diplomatları görüşdü .....                     Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? .....                     Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər .....                     Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi .....                     Təhlükəli proses başlayır, Ermənistan ordusu... .....                     Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi .....                     "Şou əhli qış yuxusuna gedib" .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     İran gizli şəkildə Xamneyinin varisini seçdi .....                     MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir .....                     Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib .....                     “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən .....                     “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” .....                 

Ağdamda məmur özbaşınalığı... - NARAZILIQ VAR...
Tarix: 27-12-2016, 10:55 | Çap et
Ağdamda məmur özbaşınalığı...
Bu günlərdə LEGİON-da Ağdam rayonu Baharlı kənd uşaq bağçasının sabiq tərbiyəçisi Fəridə Vəliyevanın şikayəti dərc olunmuşdu. 26 il Baharlı kənd uşaq bağçasında tərbiyəçi işləyən F.Vəliyeva bildirdmişdi: “İşlədiyim müddətdə heç vaxt nə kollektivlə, nə uşaqlar və ya onların valideynləriylə, nə də başqa bir problemim olmayıb. Son illərdə Ağdam RİH-də bağçalara nəzarət edən Ağa Zeynalov biz tərbiyəçilərdən davamlı pul yığımına başlayıb və müxtəlif aylarda cürbəcür bəhanələrlə bizdən pul alıb. Üç-dörd aydan bir kurs adı ilə bizdən 500 manat alırdı. Bizim maaşımız isə 144 manat idi və bu pul elə Ağa Zeynalovun “yığım”larına gedirdi. 2015-ci ilin avqustunda Ağa Zeynalov mənə bildirdi ki, ixtisar olacaq, əgər işdə qalmaq istəyirsənsə 5 min manat gətirməlisən.

Mən borc-xərclə bu pulu hazırladım və rayon mərkəzindən aralıda, artezian yaxınlığında ona 5 min manatı əlbəəl verdim. Ağa Zeynalov pulu almağa qara rəngli “Hundai Sonata” ilə gəlmişdi. Bir müddət sonra eşitdim ki, ixtisara düşmüşəm. Ağa Zeynalovun yanına gedib ondan pulumu geri istədim. O isə dedi ki, sənə bir qəpik də verməyəcəm. Başçı Raqub Məmmədovun qəbuluna düşmək istəsəm də, heç cür buna imkan vermədilər”. Nəhayət, dekabr ayında növbəti dəfə pulumu tələb edib, yenə də evə kor-peşman qayıdarkən, “Niva”da olan iki şəxs yaxınlaşaraq, başıma torba keçirdilər. Məni Ağcabədi rayon ərazisinə aparıb, kanala atdılar.
Həmin şəxslər mənə Ağcabədidən olduqlarını və Ağa Zeynalovun sifarişini pulla yerinə yetirdiklərini dedilər. Mən kanaldan necə xilas oldum, bir Allah bilir. Kanalın kənarındakı armaturlardan yapışıb birtəhər özümü kənara çıxara bildim. Ondan sonra köməyə çatan şəxslər məni xəstəxanaya apardılar, amma kimin etdiyini biləndə orda da məni qəbul etmək istəmədilər. Qolumda, qıçlarımda sınıq var idi. Nə Ağdam Rayon Xəstəxanası, nə də Ağdam RPŞ yaxın düşmədi. Özüm sınıqçıya getdim və evdə müalicə aldım. Hara müraciət etsəm də, heç bir nəticə hasil olmur. Ağa Zeynalov mənim guya qohumlarımın adından saxta imtina ərizələri hazırlayıb, haqqımda xoşagəlməz şayiələr yayır”, – deyə Fəridə Vəliyeva bildirib (legion).
Ağdam RİH başçısının müavini Ağa Zeynalov isə LEGİON-a demişdi: “O xanım müxtəlif qurumlara, prokurorluğa da müraciət edib. Atası da, yaxın qohumları da ondan imtina ediblər. Fəridə Vəliyeva böhtan atır. Mən onu tanımadığım halda, necə pul ala bilərəm? Atası, 1940-cı il təvəllüdlü Məhərrəm Mahmud oğlu Vəliyev ərizə yazaraq, ondan imtina edib və Fəridə Vəliyevanın mənə böhtan atdığını təsdiq edib. Fəridə Vəliyeva iki ay işə getmədiyinə görə, bağça rəhbərliyi tərəfindən işdən azad edilib”. “Bəs o xanımın sizlə nə qərəzi ola bilər?”, – deyə soruşduq. “Onun başı çatmır. Psixi xəstədir”, – deyə A.Zeynalov cavab verdi.
Fəridə Vəliyeva doğrudanmı ruhi xəstədir? Biz bu sualı Ağdam psixi dispanserinin baş həkimi Tofiq Qədimova vedik. “Mən sizin sualınıza dəqiq cavab verə bilmərəm. Amma deyə bilərəm ki, Fəridə Vəliyeva bizim dispanserdə qeydiyyatda olsaydı, bundan dəqiq xəbərim olardı”, – deyə T.Qədimov cavab verdi.
Psixoloq Dəyanət Rzayev isə bu məsələni LEGİON-a belə şərh edib: “Qeyd etmək istərdim ki, Ağdam RİH başçısının müavininin kiməsə ruhi xəstə damğası vurmağa ixtiyarı yoxdur”.
Onun sözlərinə görə, kiminsə ruhi xəstə olmasına ancaq psixiatrik ekspertiza rəy verə bilər. Və bu rəyi bir psixiatr yox, bütöv bir həkimlər konsiliumu verir”, – deyə psixoloq vurğulayıb. D.Rzayev qeyd edib ki, vətəndaşı psixi xəstəlikdə ittiham etmək böyük mənəvi zərbə sayılır: “Bu məmur məhkəməyə müraciət edərək, Fəridə Vəliyevanın tibbi müayinəsini tələb edə bilər”.
Fəridə Vəliyeva dekabrın 26-da bildirdi ki, özü də Ağdam Psixi Dispanserinə gedib: “Bu şayiələrdən sonra özüm də narahat oldum ki, bəlkə, mənim adımı harasa psixi xəstə kimi yazdırarlar. Baş həkimin özünün qəbulunda oldum, mənə dedi ki, bu rayondakı bütün psixi xəstələr bizdə qeydiyyatdadır, sən o siyahıda yoxsan, arayış da verməyə hazırıq”.
O, LEGİON-a əlavə etdi ki, 2015-ci ilin iyun ayından maaş kartına pul keçirilmir: “Bir il əvvəl işdən çıxarıldığımı eşitdim. Amma mənə əmri də vermirlər. Bağçaya gedirəm, deyirlər icra hakimiyyətinə get. İcra hakimiyyətinə gedirəm, ordan da yenidən bağçanın üstünə göndərirlər. Müdirə Lətafət Aslanovanı yerində tapa bilmirəm. Mənim əmək kitabçamı da itiriblər və ya gizlədiblər. Bir ildir ki, bilinmir, işləyirəm, yoxsa, rəsmən işdən çıxarılmışam. Bir də ki, əgər həqiqətən də psixi problemlərin var idisə, orda 26 il necə işləmişəm? Mənim rəsmən atam kimi gedən Məhərrəm Vəliyev mənim əsl atam deyil, atalığımdır. Mənim valideynlərim mən körpə olanda dünyalarını dəyişiblər.
Mənə qohumlar baxıblar, Məhərrəm Vəliyevi isə son 20-25 ildə cəmi 2 dəfə görmüşəm, mənə atalıq eləməyib”.
LEGİON əməkdaşı Baharlı kənd bağçasının direktoru Lətafət Aslanova ilə əlaqə saxladı. “Onu tapa bilirik ki, əmrinin surətini verək? Sentyabrın 1-də əmri verilib. Başqa dedikləri şər-böhtandır. Onun psixi problemləri var. Evində tapılmır. Bir gün burdadı, sabah xaricdə. Orda-burda gəzir özü üçün”, - deyə L.Aslanova bildirdi. “Bəs bu illərdə necə ruhi xəstəni işləməyə qoyurdunuz?”, - deyə soruşduq. “İşə gəlmirdi ki... Şər-böhtanla deyirdi ki, maaşımı verin, mən işə gəlmirəm”, - deyə direktor cavab verdi.

Fəridə Vəliyeva isə bildirdi ki, 2009-cu ildən bəri Azərbaycandan xaricə çıxmayıb: “O qadın məni neçə dəfə işdən çıxarmaq istəyib, şikayət eləmişəm, imkan verməmişəm. Bu dəfə Ağa Zeynalovla birləşib məni işdən çıxardılar. Tək dərdi pul yığmaqdır. Yeməyin, avadanlıqların pulunu dövlətdən alıb xərcləyirlər, tərbiyəçilərə deyirlər ki, işə gəlməyin. Bağçada qaçqınlar məskunlaşıb, cəmi bir otaq boşdur. Mənim yerim-yurdum bəllidir, xaricdə də gəzmirəm. Haqqımda belə nalayiq şayiələr yaymasınlar”.
LEGİON-a həqiqətən də maraqlı gəldi, bir insanı işdən “ruhi xəstə” adıyla çıxaranda əvvəl əmri imzalayırlar, sonra ekspertiza edirlər... Yoxsa, əslində başqa cür olmalıdır? Amma görəsən, Ağdam RİH-də bu və digər proseslər necə keçirilir? Təəssüf ki, Ağdam RİH-dən bu sualımıza cavab ala bilmədik...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42
İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29
Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21
“Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19
“Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08
“ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03
Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01
“Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54
"Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52
"Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50
Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48
Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46
COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru