Deputatın şirkəti yenə də fərqləndi - Deyir, "unumuz keyfiyyətlidir"
Tarix: 30-01-2017, 12:02 |
Çap et
Ölkədə unun qiyməti 8,2.faiz bahalaşıb. Gununsesi.info-ya bu haqda kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov məlumat verib.
V.Məhərrəmovun sözlərinə görə, un istehsal edən müəsisələr 50 kq-lıq 1 kisə unun qiymətini 24 manatdan 26 manat 15 qəpiyə qaldırılıb.
Yaxın günlərdə un məmulatlarının qiymətlərində də artım gözlənilir.
DİA.AZ-ın məlumatına görə, un bazarında qiymətin qalxmasında müstəsna rol oynayanlardan biri də deputat Əsabil Qasımovdur. Belə ki, topdan satış məntəqələrinin bildirdiyinə görə, bu gün deputatın şirkətinin un məhsulları 3-4 manat arasında bahalaşıb ki, bunu da guya keyfiyyət fərqi ilə izah edirlər.