Neftçalada kiçik məmurun böyük maxinasiyası - İTTİHAM VAR
Tarix: 16-02-2017, 11:00 |
Çap et
Azerinews.tv-yə Nefçala rayon Maliyyə idarəsinin rəisi və oğlu barədə ilginc məlumatlar daxil olub. Məlumatda bildirilir ki, R.Manafov rayondakı bütün idarələrdə, xüsusən də təhsil müəssisələrində "yeni iş yerləri" açarq "ştat alveri" ilə məşğul olmuşdur. Bu işdə isə ona ən çox yardım edən təhsil şöbəsinin müdiri Əjdər Kərimovla ve onun etibar etdiyi şəxslər olub. Hazırda hər iki qurumda yanvar ayına qədər ciddi rüşvət və korrupsiya faktları mövcuddur".
Bildirək ki, bir müddət öncə mediada Neftçala rayon Maliyyə İdarəsində 7 milyon manatlıq maliyyə yeyintinin qeydə alınması ilə bağlı xəbərlərdə internet mediada yer almışdı. Yayılan xəbələrdə əsasən maliyyə rəisi rayona ayrılmış pulların böyük bir qisminin mənimsənildiyi iddia edilirdi. Həmçinin iddia edilirdi ki, Neftçala rayonunda həyata keçirilən işlərlə bağlı dövlət büdcəsindən ayrılmış pulların bir qismi icra başçısının göstərişi ilə idarə rəhbəri Rəşid Manafov mənimsəyib. O bu pullarla da oğluna İstanbulda milyonluq malikanə almışdır. Və mədəniyyət abidəsin də özəlləşdirərək yaxınına hədiyyə etmişdir. Bununlarla və həmçinin həmin malikanə ilə bağlı da fotofaktlarla geniş məlumat verməyə çalışacağıq. Bizi izləyin