Ləğv edilmiş MTN-in sabiq şöbə rəisi axtarışa verilib - istintaqdan yayınıb
Tarix: 8-03-2017, 11:01 |
Çap et
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qusar Rayon Şöbəsinin sabiq rəisi, xüsusi xidmət orqanlarının polkovniki Nazim Fətullayev axtarışa verilib.
"Report"un məlumatına görə, buna səbəb onun külli miqdarda dövlət əmlakını mənimsəməsi və müxtəlif banklardan götürdüyü külli miqdarda krediti ödəməməsidir.
N.Fətullayev dəfələrlə məhkəmə çağırışlarından və istintaqdan yayınıb. Bundan sonra o, axtarışa verilib.