Rusiyanın Dağıstan respublikasının Dərbənd şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan park və onun abidəsi bərbad vəziyyətdədir.
Missiya.az xəbər verir ki, abidənin vəziyyəti ilə bağlı görüntülə sosial şəbəkədə yayılıb.
Heykəlin və parkın ətrafı antisanitar vəziyyətdədir.
Ümid edirik ki, müvafiq qurumlar Azərbaycanın dahi şairinin adını daşıyan parkın vəziyyətinə biganə qalmayacaq.
Mədəniyyət və Turizim Nazirliyinin sektor müdiri İntiqam Hümbətov Kult.az-a məsələdən xəbərdar olmadıqlarını bildirib:
“Bu haqda məlumatımız yoxdur. Mədəniyyət və Turizm Nazirliyinin Rusiyanın Dağıstan respublikasında nümayəndəliyi yoxdur. Amma mən yenə də məsələ ilə tanış olacağam”.
dia-az.life xatırladır ki, əslində bu məsələ yerli KİV-də, eləcə də DİA.AZ saytında yetərincə işıqlandırılıb. Amma nədənsə əlaqədar qurumlar - başda Mədəniyyət və Turizm Nazirliyi olmaq şərtilə bu biabırçılığa heç bir zaman reaksiya verməyib. Bi dəfə isə nazirlik edilən müraciətə "xəbərimiz yoxdur" deməklə, əslində, yalan danışmış olub.