"110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb .....                     Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... .....                     Ermənistanda referendumun keçirilməsi zəruridir .....                     Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib .....                     "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" .....                     Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq .....                     Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır .....                     “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” .....                     Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... .....                     Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı .....                     Amilinin ZƏHƏRLİ AMALI... .....                     "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib .....                     ADAU-da təhsilin evini yıxanlar KİMDİR? .....                     "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb .....                     Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası .....                     Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb .....                     Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? .....                     ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… .....                     “Rabitəbank”ın səhmdarları toplanır .....                     ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... .....                     Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? .....                     Nazir Vaşinqtonda, müavini Ankaradadır .....                     Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur .....                     Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var .....                     4 ildir ki haqqı tapdanan Qazimiz .. .....                     Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? .....                     Qarakənd faciəsindən 33 il ötür .....                     Sabunçuda kim nə gəldi edir? .....                     Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... .....                     “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” .....                     "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" .....                     "Mən xəngəl, piti yemirəm... .....                     Dörd ölkənin generalı Bakıda görüşür? .....                     Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... .....                     Putin qorxusundan Rio-de-Janeyroya getmədi, .....                     “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” .....                     “Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                 

"Beynəlxalq Bank” işində hüququn gözündən yayınanlar: - Sənədlər
Tarix: 4-04-2017, 07:02 | Çap et
"Beynəlxalq Bank” işində hüququn gözündən yayınanlar:
Bir neçə gün öncə Beynəlxalq Bank işiylə əlaqədar həbs olunan Dünyamin Xəlilovun vəkili Elvin Səlimovla müsahibə almışdıq. Vəkil Ovqat.com-un suallarını cavablandırarkən, müvəkkilinin heç bir mənimsəmə hadisəsində iştirak etmədiyini, sadəcə, xarici layihələrə investisiya yatırılmasında formal rol oynadığını bildirmişdi.
Onun sözlərinə görə, qanunvericilikdə xarici layihələrin birbaşa maliyyələşdirilməsi mexanizmi olmadığından bank rəhbərliyi pul transfertləri üçün müxtəlif formal şirkətlər yaradıb və ayrılan vəsaitlər həmin hüquqi şəxslər vasitəsilə əsl ünvana köçürülüb. Dünyamin Xəlilov isə etibarlı şəxs olduğundan bu iş eks-deputata həvalə olunub. Təqsirləndirilən şəxs transfert olunan həmin vəsaiti ümumiyyətlə görməyib və pullar onun hesabında heç bir saniyə belə qalmayıb.
Ovqat.com-a ötürülən sənədlər də vəkilin sözlərini təsdiqləyir. Sənədlərdən biri - “Banque Commerce et de Placements” (BCP) bankının 22 fevral 2017-ci il tarixində təqdim etdiyi hesabat aktıdır. Akt 2007-ci ildən 2011-ci ilə qədər “Oceanstream İnc.” şirkətinin pul transfertlərini əks etdirir. Digər sənəd isə yenə həmin şirkətin 2005-2007-ci illərdəki əməliyyat hesabatıdır. Hesab aktı Luksemburq notariatlığı tərəfindən apostil olunub. Bu isə sənədlərin etibarlılığını təsdiqləyir.
Yüzlərlə hesab fakturasından ibarət olan bu sənədlərdə xarici layihələrə yatırılan hər sent kiçik detallarına qədər göstərilib. Maraqlıdır ki, istər Dünyamin Xəlilov, istərsə də Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev müxtəlif layihələrə ayrılan kreditləri mənimsəməkdə ittiham olunurlar. Əlimizdəki apostillər isə, ən azı, bu maddə ilə onların mühakiməsinə haqq qazandırmır. Çünki sənədlər də sübut edir ki, Beynəlxalq Bankın keçmiş rəhbərliyi bəlkə rentabelsiz layihələrə investisiya yatırmış ola bilər, amma pullar həqiqətən də müxtəlif hesablara yatırılıb.
Luksemburq notariatlığının apostil etdiyi hesabat aktlarında hardasa 52 milyon dolların taleyinə aydınlıq gətirilir. Cahangir Haciyevin ötən il keçirilən məhkəməsindən mətbuata yansıyan bəzi faktlar isə bu sənədlərin diqqətə alınmadığını göstərir. Görünür, onun Cinayət Məcəlləsinin 179.3.1 maddəsinə (mənimsəmə və israfetmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) əsasən həbs olunmasının əsas sirri də elə bu amillə bağlıdır.
Məhkəmə prosesi zamanı xarici bankların verdiyi apostillərin nəzərə alınmamasını ittiham irəli sürən prokurorun fikirləri də təsdiqləyir. Musavat.com-un 27.09.2016-ci il tarixində dərc etdiyi “Cahangir Hacıyevin evindən 110 minlik saat, qızıl sikkələr çıxıb- Prokurorun məhkəmədə çıxışı” sərlövhəli məqaləsində bildirilir ki, kreditlərin layihələrə ayrılması barədə müttəhimin dediklərini prokuror Fərid Nağıyev inandırıcı hesab etməyib. Fikrini isə belə əsaslandırıb:

"Cahangir Hacıyev iddia edir ki, ayrılmış kreditlər xaricdə layihələrin həyata keçirilməsinə yönəldilib. Əvvəla, həmin vəsaitlərin layihələrə yönəldiyini sübut edən heç bir fakt ortaya qoyulmadı. Digər tərəfdən isə əgər layihələrə yönəldilirdisə, niyə qaydalara uyğun olaraq layihə banka təqdim edilməyib, müzakirə aparılmayıb, həmin layihənin gəlir gətirib-gətirməyəcəyi proqnozlaşdırılmayıb? Əgər hər şey səmimi və qaydalara uyğun idisə, niyə bankın daxili qaydalarına uyğun ayrılmırdı?”
Prokuror Fərid Nağıyevin bu fikirləriylə əldə etdiyimiz sənədləri müqayisə edəndə təzaq ortaya çıxır. Belə təsəvvür yaranır ki, ya Cahangir Haciyev bizim əldə etdiyimiz apostilləri prokurora verməyi lüzum görməyib, ya da prokuror bu sənədlərə dəlil kimi baxmayıb.
Yəqin razılaşarsınız ki, birinci versiya o qədər də inandırıcı görünmür. Sabiq bankiri gözləyən 17-15 illik həbs cəzası 15 sutkalıq azadlıqdan məhrumetmə deyildi ki, o, “nə cəza kəsirlərsə, kəssinlər” deyib buna əhəmiyyət verməsin. Deməli, ikinci versiya daha ağlabatandır.
Bəs, o zaman hüquq mühafizə orqanlarımız apostilləri sənəd kimi qəbul etməyə bilərlərmi? Bu suala qaneedici cavab vermək üçün, gəlin, apostilin nə demək olduğunu araşdıraq:
Apostil - 5 oktyabr 1961-ci il tarixində tərəfdaş ölkələr tərəfindən imzalanan Haaqa Konvensiyasına görə, bir ölkədə imzalanan rəsmi sənədin digər ölkədə tanınmasına imkan verən notariat aktıdır. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən bu Konvensiyaya üzv olan ölkələr apostilləri hüquqi akt kimi qəbul etməyə borcludurlar.Azərbaycan da 5 mart 2004-cü ildə bu konvensiyaya qoşulub. Deməli, apostilləri hüquqi sənəd kimi qəbul etmək öhdəliyini boynuna götürüb. O halda prokuror Fərid Nağıyevin “...həmin vəsaitlərin layihələrə yönəldiyini sübut edən heç bir fakt ortaya qoyulmadı” deyərkən, nəyi nəzərdə tutduğu anlaşılmır.

Prokurorun sualının digər hissəsinə isə (“Əgər hər şey səmimi və qaydalara uyğun idisə, niyə bankın daxili qaydalarına uyğun ayrılmırdı?”) vəkil Elvin Səlimovun bizimlə müsahibəsində qeyd etdiyi bu cümlələr kifayət qədər aydınlıq gətirir: “Beynəlxalq Bankın nəzarətində müəyyən layihələri olub və həmin layihələr faktiki xaricdə həyata keçirildiyindən, Azərbaycanın rezidentində olan Beynəlxalq Bank onları birbaşa maliyyələşdirə bilməzdi. Maliyyələşdirmənin yolu ölkə daxilində hüquqi şəxslərin yaradılması və pulun həmin hüquqi şəxslər vasitəsilə Bankın həyata keçirdikləri lahiyələrə transfertindən keçirdi. Həmin layihələr hal-hazırda da mövcuddur”.
İttihamçının “Beynəlxalq Bank niyə layihələrin rentabelliliyini yoxlamadan kapital ayırırdı” sualına isə Cahangir Hacıyevin hələ 2015-ci ilin sonlarında “Report” xəbər agentliyində dərc olunan müraciətində cavab tapmaq mümkündür. Həmin müraciətində qeyd olunur ki, 2008-ci ildə dünyada gedən qlobal böhran ABB-dən də yan keçməyib:
“ABB-nin maliyyə dəstəyi ilə həyata keçirilən layihələr 2010-2013-cü illər ərzində çoxsaylı yoxlamalara məruz qaldı, hətta müəyyən faktların aydınlaşdırılması üçün cinayət işi də qaldırıldı.
Bu ərəfədə şirkətlərin normal işi pozuldu, onların fəaliyyəti iflic vəziyyətinə düşdü. Bunun əsas səbəbi isə şirkətlərə məxsus möhürlərin, hüquqi sənədlərin, digər fəaliyyət üçün zəruri olan avadanlıqların istintaqa və təhqiqata cəlb edilməsi, yoxlanış obyekti olmaları idi”.
Cahangir Hacıyevin bildirdiyinə görə, bu müddətə qədər investisiya yatırılan həmin şirkətlər rentabelli işləyib. Nəticədə 2008-ci ildə dünyanı bürüyən qlobal maliyyə böhranına rəğmən, Beynəlxalq Bank hər ili gəlirlə başa vurub. Hətta 2014-cü ildə bankın təkcə Moskva filialının mənfəəti 20 milyon dollar olub. Cahangir Hacıyevin sözlərinə inansaq, hər şey Beynəlxalq Bankdakı kadr dəyişikliyindən sonra baş verib:
“2016-ci il may-iyun aylarında manatın növbəti devalvasiya dalğası. Mətbuatda kredit itkiləri 6 milyard manat göstərilir və sonra nə baş verir? Dövlət zəmanəti ilə Mərkəzi Bankdan 7 milyard manat, eyni zamanda Neft Fondundan 1 milyard ABŞ dolları ABB-yə verilir. Mənə və bir qrup bank işçisinə tələsik ittiham verilir, iş tələsik məhkəməyə göndərilir, məhkəmə mənə və digərlərinə ağır cəza hökmü ilə başa çatır”.
Redaksiyamıza təqdim olunan apositlərdə diqqəti çəkən digər məqam həmin sənədlərin 2011-ci ilə qədərki dövrü əhatə etməsidir. Cahangir Hacıyevin bir hissəsini təqdim etdiyimiz yuxarıdakı müraciətindən isə belə anlaşılır ki, Beynəlxalq Bank 2010-cu ildən etibarən 3 il ərzində ciddi yoxlanışa məruz qalıb. Bu yoxlanmalar hətta o qədər sərt olub ki, bankın iş rejimini belə pozub. Elədirsə, 2011-ci ilə qədər pul transfertlərinə niyə mane olunmayıb?
Ümumiyyətlə, istənilən bankdan böyük həcmli pul transfertləri üçün bankın Müşahidə Şurasının təsdiqi lazımdır. Axı Beynəlxalq Bank da Müşahidə Şurasının razılığı olmadan bu əməliyyatları yerinə yetirə bilməzdi. Bəs, sözügedən cinayət işində Müşahidə Şurasının məsuliyyəti niyə müəyyənləşdirilməyib?
Qeyd edək ki, bu sual Cahangir Hacıyevin vəkillərini də xeyli düşündürür. Vəkil Aqil Layıcov 11 Dekabr 2015-ci il tarixində “Azadlıq” radiostansiyasına verdiyi müsahibəsində sözügedən məsələni gündəmə gətirərək bildirirdi:
“Əksər kreditlər Müşahidə Şurasının tapşırığı ilə verilib. Müşahidə Şurasında təmsil olunan məhz Maliyyə Nazirliyidir. Kredit veriləndə Maliyyə Nazirliyi hara baxırdı və indiyədək niyə adekvat addım atmırdı? Cahangir Hacıyev, sadəcə, icra orqanına baxıb, ali orqan Müşahidə Şurası olub. Bu qurumda isə əsas söz sahibi Maliyyə Nazirliyidir”. \\moderator.az\\

"Beynəlxalq Bank” işində hüququn gözündən yayınanlar:
"Beynəlxalq Bank” işində hüququn gözündən yayınanlar:









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19
Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13
Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01
Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58
"İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54
Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44
Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37
“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34
Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24
Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21
"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18
ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04
Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58
Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47
Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42
ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37
“Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17
Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru