Deputatlar onun yanına niyə gəlir? – Ekstrasens sirləri açdı
Tarix: 23-06-2017, 12:48 | Çap et
Kult.az-ın yeni "Paralel dünya" layihəsinin qonağı tanınmış parapsixoloq Vüsal Mərdinlidir:
- Vüsal müəllim, insana mənfi qüvvə ilə təsir etmək mümkündürmü?
- Ümumiyyətlə, insana magiya, həqiqi lənət və s. təsir edir. Həqiqi lənət haqlı olduğu halda, insana tuş gələ bilər. Lənətin qüvvəyə keçmə zamanı və müddəti var. Göz və nəzər magiyadan daha dəhşətlidir. Adi bir həsədli baxış insanı ölümə qədər sürükləyə bilər. Şükürlər olsun ki, bizdə əsl cadugərlər azdır; əksəriyyəti fırıldaqçılardır. Bu baxımdan cadugərlərin əməlindən əziyyət çəkən insanların sayı qonşu və Avropa ölkələrinə nisbətdə çox azdır. Misal üçün Rusiyada ümumi zalda seans keçirildikdə yüz nəfərdən hardasa otuzunun yerdə çabaladığının şahidi oluruq. El arasında məşhur “cinvurma” (yəni izoterik baxımdan zəifləmiş aura nəticəsində mənfi enerji ilə yüklənmiş insanda cinin bədəninə daxil olması) haqqında isə onu deyə bilərəm ki, indi bu hal artıq adi vəziyyətə çevirilib. Mənim qeyd dəftərimdə təkcə Azərbaycanda 400-ə qədər cinvurma problemi ilə müraciət edən insanlar olub ki, bu kəslərin hər birinə dərhal yardım göstərərək, Allahın izni ilə onları bu əzabdan qurtarmışam. Adlarını məxfi saxlamaqla deyərdim ki, bu insanlar arasında polislərdən, sistem işçilərindən tutmuş millət vəkillərinə qədər, tanınmış insanlar var ki, onlar mənimlə görüşə qədər xeyli müddət cinvurmadan və digər mənfi qüvvələrin təsiri nəticəsində qazanılmış xəstəliklərdən əziyyət çəkiblər.
- Bir insana mənfi qüvvəni ötürmək mümkündür?
- İnsanda ümumi qapı - auradır. Necə ki, insanın bədəni imunitet zəiflədikdə, adi virus nəticəsində zökəm və digər xəstəliklərə tutulur, eləcə də insan aurası zədələndikdə ona mənfi qüvvələr asanlıqla təsir edir. İnsanın aurası balans tənzimlənməsi kimi qiymətləndirilir ki, bu cür hallardan istifadə edən məxluqlar zəifləmiş “qurbana” hücum edirlər və yaxud da ki, cinvurma hansısa cadugərin vasitəsilə də həyata keçirilə bilər. İnsanın əməlləri xoş olduqca üzündəki nuru da bol olar və bu hal onun həyatına müəyyən dayaq qismində yardım göstərə bilər. Vay o kəsin halına ki, o insan zina içərisində yaşayanlardan ola və yaxşı əməllər əvəzinə insanlara pislik edə! O zaman ona qurtuluş yoxdur!
- Dediniz ki, insanlara mənfi qüvvənin təsiri cadugərlər vasitəsilə ötürülür. Şər qüvvəyə tabe olan bu vasitəçilərdən necə qurtulmaq olar?
- Mən açıq bəyan edirəm ki, bu gün Azərbaycanda narkotik və digər problemlərdən daha dəhşətli hesab ediləni məhz cadugərlərin böyük məbləğlər qarşılığında insanları məhv etmələridir. Çox istərdim ki, Azərbaycan hüquq mühafizə orqanları cadugərlərə qarşı tədbir görüb, insanların zəhərlənməsinin qarşısını alsınlar. Onlar ölmüş insanın cəsəd yağını digər zəhərli maddələrlə qatışdıraraq, insanlara satırlar ki, apar, düşmənlərinə yedizdir. Bu zəhər dərhal öldürməsə də, 8-10 aya insanın bütün daxilini sıradan çıxarır. Hətta tarixdə belə bu cür faktlar var ki, ərəblər avropalıların qarşısını almaq üçün yürüşlər zamanı quyulara insan cəsədləri atırdılar ki, bu minvalla düşmənin canlı qüvvəsinə infeksiyalı xəstəliklər yaysınlar. El arasında bunlara “qurd yağı” deyilir. İnanın ki, bu vəziyyət cəmiyyəti məhv edir. Mütləq qarşısı alınmalıdır.
- Onları necə aşkar etmək mümkündür?
- Harda cadugər varsa, bilin ki, orda mütləq “qurd yağının” satışı var. Sadəcə olaraq, güclü ekstrasensi cindardan ayırd etmək lazımdır.
- Cadugərlə ekstrasensin bir-birindən fərqi nədir?
- Elə ekstrasenslər var ki, itən əşyanın yerini deyə bilir. Hansısa xəstəliklərdən müalicə edir. Yəni buna gücü çatır və xeyirxah əməllərlə məşğuldur. Əgər hansısa baxıcı qayınanaya “al, apar bunu gəlininə yedizdir” deyə nəsə ötürürsə, bilin ki, bu şəxs cadugərdir və günah qazana biləcək işlər həyata keçirir. Yaxud da bir xəstəyə şizofreniya diaqnozu qoyulduğu halda, hansısa şəxs onu ritualsız, dərmansız iyirmi dəqiqənin içində sağaldırsa, bu o deməkdir ki, onu cinvurmadan təmizləyir. Lakin bu işi məktəbsiz görmək mümkün deyil. Şəxsən mənim işim cin vurmuş insanla şizofreniyadan əziyyət çəkən insanı ayırd etməkdir. Cin vuran insanlara dərhal yardım edirəm, insanı bu məxluqdan azad edirəm. Şizofreniyalı xəstəni isə həkimlərə yollayıram. Azərbaycanda kifayət qədər güclü nervopatoloqlar var ki, onlarla mənim şəxsən tanışlığım olmasa da, gün ərzində şizofreniyadan əziyyət çəkən onlarla xəstəni onların müalicəsinə yola salıram.
- Quranda cinlər haqqında yazılıb. İnsanlar kimi Allaha ibadət etmək üçün yaradılan bu məxluqlar bizə necə təsir edir?
- İlk olaraq onu qeyd edim ki, bu varlıqlar bizdən əvvəl yer üzünün sakini olublar, biz onlardan sonra yerə göndərilmişik. Və “yerli” onlardır, biz “gəlmə” hesab edilirik. Əslində, hardasa biz onların yerini dar edirik. Quranda, Zəburda onlar haqqında danışılır. Onlar bizimlə paralel dünyada yaşayan varlıqlardır və insanın beyin frekanslarına təsir edərək, onlarla ünsiyyətə girirlər. Bu, insanda ikiləşmə kimi halla müşahidə olunur ki, əslində ikiləşmə deyil. Onların bizim kimi sosial həyatı, yaşam tərzi var, bizim kimi də mömin və cahil növləri var. Sadəcə olaraq, onlar gözə görünmürlər, vücudları enerqetikdir. Biz isə onlardan fərqli olaraq fiziki quruluşa malikik. Amma ümumilikdə iç-içə yaşayırıq və aramızda müəyyən pərdə yoxdur.
- Görünüşləri necədir?
- Əlləri uzun, başları uzunsovdur. Adətən, nadir hallarda onları gördükdə insanlar yadplanetli hesab edirlər. Boyları insanın qurşağına qədər (120 sm, 130 sm) humanoid adlandırılan ibtidai insan tipinə aid görünüşdədirlər.
- O zaman əcaib görünüşdədirlər?
- Xeyr, gözəldirlər. Allahın yaratdığı hər bir varlıq gözəldir. Dinsiz-imansız olanlarına Allah hidayət etsin deyək, momin cinlərə isə salam olsun.
- Bizdən fərqləri nədədir?
- Eyni ilə insanlar kimi cinsəl həyat yaşayırlar, balaları var. Yer kürəsinin ilkin sakinləri də onlardır. Bizdən fərqli olaraq, daşdan, divardan keçə bilmə qabiliyyətinə malikdirlər. İşıq sürəti ilə yer dəyişmə, məsafə qət etmə bacarıqları var. Kürə halında işığa bənzər, tüstü halında hərəkət edirlər. Onlar bizdən çox yaşayırlar və bizim kimi şüurludurlar. Bəzən mağaza kameralarında, yolda “yaxalandıqda”, onları ruh zənn edirlər. Onlar bizi hər an görür. Məhz ona görə də yemək yeyərkən, soyunarkən, hətta intim münasibətlər zamanı “bismillah” sözünün işlənməsi mütləqdir.
- Bəs onlar nə ilə qidalanırlar?
- Onlar qoxu ilə qidalanırlar. Məhz buna görə də mən hər zaman söyləyirəm ki, zinakar və natəmiz bədəndə məskən salmış cinlər özlərini bu bədəndə sanki beş ulduzlu oteldəki kimi hiss edirlər və bu bədəni tərk etmək barədə ümumiyyətlə düşünmürər. Normal halları ilə onlar dadbilmə qabiliyyətindən məhrumdurlar və insanın bədənində dadı, digər ləzzətləri duyduqda, “sahiblənmiş məkanlarından” uzaqlaşmırlar. Məhz bunun üçün insanlar özləri və ya onlarda qəribə hallar hiss etmiş yaxınları ekzoterikə, bu elmi və bu işdən agah olan şəxslərə mürəciət etməlidirlər ki, qurtuluş olsun. Əks təqdirdə, həyatları olduqca acınacaqlı duruma düşər.
- Hansı tip xəstəliklərə və əziyyət çəkən insanlara yardım etmisiniz?
- Bütün növ qara magiyanı, nəzəri təmizləyə bilirik. Epilepsiya və stress, isterika, depressiya və cinvurmanı tamamilə insandan uzaqlaşdırırıq. Hətta autizm xəstələri müraciət edir ki, bildiyiniz kimi, bu xəstəlik genetikdir və tamamilə sağalma şansı yoxdur. Lakin xəstələrlə bir neçə seansdan sonra onların təfəkküründə müəyyən irəliləyişlər hiss olunur. Onu da qeyd edim ki, hipnoz bacarıqlarına malikəm ki, insana şüuraltı təsir ilə neqativ, özünü öldürmək, məhv etmək kimi fikirlərdən yayındıra bilirəm. Bu bilgilərə Türkiyənin Dənizli şəhərində hocam Əli Çətinin sayəsində yiyələndim, uzun müddət yanında qalaraq, ondan dərsər aldım.
- Maraqlıdır ki, siz cəm halında danışırsınız. “Biz” deyəndə kimləri nəzərdə tutursunuz?
- İstənilən vergili hesab edilən insan əslində tək deyil, vasitəçi ilə insanlara öz təsirini göstərir. İnsan tək olduqda bu fövqəltəbii hesab edilən halları həyata keçirə bilmir. Mən Allahın iznilə mömin cinlərlə ünsiyyət qurarkən, onların köməyi ilə bu insanları təmizləyirəm və məhz bu səbəbə görə “biz” deyə məlumat verirəm.
- İlk dəfə bu qeyri-adi hal ilə neçə yaşında qarşılaşmısınız və necə hiss etdiniz ki, sizin bu varlıqlarla ünsiyyətiniz yaranıb?
- İlk dəfə on üç yaşımda bu varlıqların mənimlə ünsiyyəti yarandı. Onlar mənə toxunurdular, nədənsə xəbər verirdilər. Səslər eşitdirilirdi ki, artıq bu halın İlahidən deyil, məhz onlardan olunduğu bəlli idi. Misal üçün evə kimsə qonaq gələcəksə, əvvəlcədən deyirdilər. Mən o zaman artıq dində və anlayışlı olduğum üçün bu hallardan qorxmadım, elmim və dini bilgilərim olmadığı təqdirdə isə psixoloji promlemlərlə üzləşə bilərdim. O zaman nevrapatoloqa da müraciət etdim, nəticədə şüurumun, dərrakəmin qaydasında olduğu bəlli oldu. On üç yaşından bu günə kimi insanlara kömək edirəm.
- Adətən insanların müəyyən neqativlərdən xilas olmaları müqabilində böyük məbləğ tələb edən kəslər olur. Bununla bağlı nə söyləyərdiniz?
- Mən bilirəm ki, yaxın Türkiyədə təkcə cin vurmuş insanı təmizləmək üçün ondan beş min, altı min ödəniş tələb edirlər. Mənə müraciət edən insanlara heç bir zaman məbləğ söyləmirəm və kimin gücü nəyə çatırsa, o qədər ödəyir. Dəfələrlə təmənnasız yardım göstərmişəm. Öz işimdən gələn gəlirdən dövlətə vergi ödəyirəm.
- Ümumiyyətlə, hər hansı parapsixologiya mərkəzi və ya klinika açmaq istərdinizmi?
- Bəli, istərdim, lakin buna maliyyə dəstəyi lazımdır. Rusiya, Türkiyə, İranda belə bu cür mərkəzlər fəaliyyət göstərir. Avropanın bir çox ölkələrində, Filippində, hətta Çeçenistanda belə ekzoterm xəstəxanası mövcuddur ki, orada cinvurmadan əziyyət çəkən insanların müalicəsi aparılır. Azərbaycanda isə parapsixologiya mərkəzi yoxdur, elmli insanlara müraciət edən insanlar da çaşaraq, bəzən parapsixoloq əvəzinə cadugərlərlə qarşılaşırlar. Bu mərkəzin açılması ilə bir çox insanın həyatını xilas etmiş olarıq.
- Son zamanlar Azərbaycanda intiharların çoxalması müşahidə olunur ki, bəzi məqamlarda bu vəziyyəti məhz qara qüvvələrin təsiri ilə bağlayırlar. Bu fikirlə razısınızmı?
- İnsanları intihara bir neçə amil sürükləyir; iri meqapolis olan şəhərlər, ruhsal yorğunluq, maddi sıxıntılar. Söylədiyiniz qara qüvvələrin təsiri onlardan yalnız biridir.
- İntihar etmək istədiyini bildirən insanlarla qarşılaşdıqda onlara necə kömək etmisiniz?
- Yanıma gətirilən insanlar içərisində elə bir hal olmayıb ki, intihara meyli olan insanı fikrindən daşındıra bilməyim. Bir dəfə belə bir hal oldu ki, 19 yaşında intihara cəhd edən gənc qız gətirdilər. O özünü otaqdakı çilçıraqdan asmaq istəyib, lakin ip ağırlığa tab gətirməyib, qırılıb və bu minval ilə təsadüfi şəkildə sağ qalıb. Qızla təkbətək qaldıqda sirrini öyrəndim ki, 13-14 yaşında öz doğma əmisi onun namusuna toxunub ki, hər dəfə elçi gəldikdə qız təşvişə düşərək, çıxış yolunu yalnız intiharda görüb. Mən bu xəbəri daha anlayışlı qarşılaya biləcək xalaya izah etdim və məsələ obyektiv şəkildə həll olundu. İndi həmin xanımın ailəsi, uşaqları var və onun sirri bizim ürəyimizdə Qiyamət gününə qədər gedəcək. Eyni zamanda insanlara şüuraltı hipnoz vasitəsilə təsir edərək, onların beyinində yığılıb qalan mənfiliyi təmizləyirəm. Ona görə də psixologiyanı özündə cəmləşdirdiyim sahəmi parapsixologiya adlandırıram, çünki burada psixoloji durumda olan insanları da dinləyir və onlara çıxış yolunu izah edirəm.
- Üç-dörd il əvvəl kanalların birində gənc qızın əcaib şəkildə davrandığı və hətta insanların üzərinə hücum etməsi kimi faktı izlədik. Sonra bəlli oldu ki, siz onunla görüşərək, yardım etmisiniz.
- Bəli. Ekstrasenslərin daha da acınacaqlı duruma saldığı, həkimlərin “sağalmayacaq” dediyi bu qızı yarım saatın içərisində uzun illər boyu çəkdiyi bu məşəqqətdən xilas etdim. Təsəvvür edin ki, dünya kanalları - Türkiyənin “Star”, Rusiyanın NTV, BBC, CNN kanalarından tutmuş Yaponiya kanallarına qədər - gəlib çəkiliş edərək, araşdırma apardılar, bizim yerli kanallar isə bir dəfə də olsun maraqlanmadı ki, bu qızın taleyi necə oldu və ya bu qeyri-adi hadisənin təfərrüatını necə araşdırmaq olar. Yerli kanallara çıxaraq, özlərini reklam edən ekstrasens və cadugərlər müəyyən məbləğ qarşılığında bunu edirlər ki, ödənişli telekanalların bunu etmək hardasa haqqıdır. Lakin onlardan haqqı nahaqdan ayıraraq, insanlara həqiqəti çatdırmaqlarını xahiş edirəm.
- Qızın vəziyyəti indi necədir?
- Lamiyə Əliyeva Goran-4-də yaşayır. İndi yaxşıdır. Tamamilə sağalıb, həyata qayıdıb. Halbuki bu qız özünü ümumiyyətlə idarə edə bilmirdi. Ondan cini çıxardığım zaman canlı video-çəkiliş olunub və onu da qeyd edim ki, Yutub portalına yerləşdirilən çəkilişləri mən deyil, xəstələrim minnətdarlıq və əsl ekzoterik bilgilərə malik olan insanı qeyri-peşəkardan fərqləndirmək məqsədi ilə yerləşdiriblər.
- Bir çox stressli, isterika vəziyyətində olan insanlar pirlərə, ziyarətlərə getdikdə orada rahatlıq tapdıqlarını düşünürlər. Ziyarətlərin insanlara bu baxımdan təsiri nə dərəcədədir?
- Ola bilər ki, bir çox pir, ziyarətgah yerlərinin fanatlarını bu sözlərimlə qıcıqlandırmış olacam, amma deyərdim ki, bu cür yerlərə getməklə insanlar əksinə, mənfi enerjini özlərində daha da çoxaltmış olurlar. Pirlərin, ziyarətgahların əraziləri, divarları o dərəcədə ora gələn insanların göz yaşlarını, dərdlərini özlərinə hopdurublar ki, ora sağalmaq məqsədi ilə təşrif buyuran insanlar daha acınacaqlı vəziyyətə düşürlər. Quranda belə qeyd olunur ki, əgər insanlar bir topa cinlərin məskən saldığı yerlərə getmək istəsələr, o zaman pirlərə təşrif buyursunlar. Təbii ki, mən dəfələrlə Məşəd və Kərbəla ziyarətində olmuşam. Bibiheybət, Təzəpir, Mirmövsüm ağa ziyarətgahlarında oluram ki, burada yalnız ibadət üçün, məsciddə namaz qılmağa təşrif buyururam. İbadət etmək üçün pirlərin, ziyarətlərin məscidinə getmək normaldır. Lakin qəbir ətrafında dövrə vurmaq, “ayaq izlərindən”, “dəvə ləpirindən” pənah gözləmək, sitayiş, təvvah etmək olduqca gülüncdür və bu hal artıq bütləşməyə aparır ki, islam bunu qətiyyən qəbul etmir.
Üstəgəl, hər bir ziyarətdə mütləq bir nəfər əyləşərək, ora gələnləri müxtəlif; “səndə əməl var, qara qüvvə var, səni ruh tutub”- ifadələri ilə vahiməyə salır ki, bu da insanların psixoloqiyasına sarsıdıcı bir zərbə olur. Halbuki Qurani-Kərimin “İsrah” sürəsinin 85-ci ayəsində deyilir: “Ruh Allahın əmrindədir”, heç kəsi ruh tuta bilməz.
- Oxucularımıza yekunda nə demək istərdiniz?
- İstərdim, Azərbaycan xalqı bilsin ki, Üçüncü Dünya müharibəsinə gedən yolda bütün Avropa dövlətlərinin çaxnaşdığı bir məqam olacaq ki, Azərbaycan bu zaman ən stabil, ən toxunulmaz ölkəyə çeviriləcək. Ümumiyyətlə isə Azərbaycan olduqca möcüzəvi, qeyri-adi mənəvi və maddi zənginliklərlə bol bir ölkədir ki, onun adı dəfələrlə hədislərdə çəkilib. Qədim yaşayış yerlərindən hesab edilən Mesopatamiya, Qafqaz kimi ərazilərdə enerjili insanlar daha çoxdur. Bu baxımdan bizim hansısa qeyri-adi istedada malik olmağımız da normaldır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|