Sabah mənzil alacaq jurnalistlərin adları açıqlanacaq - "Müraciətlərin hamısı ciddi şəkildə araşdırılıb"
Tarix: 18-07-2017, 13:36 |
Çap et
Jurnalistlərə yeni tikilmiş binada mənzillər iyulun 20-də təqdim ediləcək.
Gununsesi.info-nun məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Nəsimi rayon İcra Hakimiyyətində 22 iyul – Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə deyib.
V.Səfərli qeyd edib ki, iyulun 19-da jurnalistlərə dəvətnamə göndəriləcək:
“Müvafiq komissiyaya 2 minə yaxın müraciət daxil olub, bu müraciətlərin hamısı ciddi şəkildə araşdırılıb. Yekunda 250-dən çox jurnalistə mənzil verilməsi qərara alınıb. Bu, cənab Prezident İlham Əliyevin jurnalistlərə hədiyyəsidir”.