"Aztelekom" MMC-nin sabiq baş direktoru azadlığa buraxılıb - MƏHKƏMƏ
Tarix: 27-07-2017, 12:16 |
Çap et
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədova hökm oxunub.
"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə o, 5 il 7 ay 19 gün müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədova şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
M.Məmmədov 4 milyon 500 min manat mənimsəməkdə təqsirli bilinirdi.