Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                     Bakıdan qaçan Pallone görün nə dedi .....                     İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                     Paşinyan Vatikandan dəstək umur .....                 

Azərbaycanda həkim adına LƏKƏ OLANLAR! - Dəhşət dolu olaydan BAŞ PROKURORA GİLEY
Tarix: 21-08-2017, 13:11 | Çap et
Azərbaycanda həkim adına LƏKƏ OLANLAR!
Bakı sakini Rzayev Yaşar Söydümalı oğlu Baş prokuror Zakir Qaralova müraciət edib. Y.Rzayev yayiminfo.com-a göndərdiyi müraciətdə qeyd edir ki, iyun ayının axırında həyat yoldaşı Mövsümova Aygün Mirədil qızı ayyarımlıq hamilə olduğunu öyrəndikdən sonra abort elətdirmək qərarına gəliblər:
"Biz Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına gəldik. Orada həkim yoldaşımı tibbi yoxlamadan keçirəndən sonra bizə dedi ki, xəstənin uşaqlığının önündəşiş var, siz xəstəni aparın Bakıya, orada daha yaxşı şəraitdə müalicə olunsun, bizim o cür imkanlarımız yoxdur.

Qayınatam bizə dedi ki, mənim Həzi adlı tanışım var, onun həkim dostu var Nizami adında. Gedin onun yanına o sizə lazımi bütün köməkliyi edəcək. Həmin bu Nizami adlı şəxs "Premium Clinic” klinikasının baş həkimi Vəliyev Nizami Əhməd oğludur.

Nizami həkimlə biz görüşdük, problemimizi ona izah etdik. O, dedi ki, narahat olmayın, siz düşün aşağıdan analiz və digər yoxlamalar üçün 38 manat rüsumu ödəyin, mən dəo vaxta kimi xəstəni yoxlamadan keçirim.

Biz həmin 38 manatı ödəyib qayıdanda Nizami həkimin yanına orada bizə dedilər ki, həkim əməliyyat otağındadır. Düşdük aşağıda gözlədik. Təxminən 3 saatdan sonra bizi çağırdılar ki, Nizami həkim sizi çağırır. Getdik onun yanına.

Bizi görüb dedi ki, bəs gözünüz aydın olsun, əməliyyat uğurlu keçdi, uşaqlığın önündəki şişi də götürdüm, uşağı da, sabah saat 11-də gəlib xəstənizi çıxarın aparın, mən bu əməliyyati köməkçim Anarla eləmişəm, xəstənin heç bir problemi yoxdur.

Bu əməliyyatın edilməsi üçün 500 manat pul verdik. Nizami həkim bu əməliyyat barədəbizim heç birimizəxəbər verməmiş, heç birimizin razılığını almamışdır. Xəstəyə isə iynə (narkoz) vuraraq heç özünün belə xəbəri olmadan bu əməliyyatı həyata keçirmişdir.

Səhəri gün saat 11-də gəlib xəstəni çıxarıb xəstəxanadan apardıq qardaşımgilin NZS qəsəbəsində yerləşən evinə. Həmin günü axşam saat 5-6 radələrində yoldaşım dedi ki, bəs ağrıdan ölürəm, sol tərəfim ağrıyır”.

Şikayətçi deyir ki, Nizami həkimə zəng edərək vəziyyətdən agah ediblər: "O da dedi ki, narahat olmayın, "ketanol” iynəsini alın vurun və dərmanını verin keçəcək. Biz həmin iynə vədərmandan istifadə elədik ağrılar keçdi.

Səhərisi gün getdik həkimin yanına ki, bəs bu ağrılar niyə baş verir? Dedi ki, yeni əməliyyat olunub normaldı bu hal, narahat olmayın.

Həmin günün axşamı yenə ağrılar oldu, yenə həmin iynə və dərmandan istifadə etdik keçdi ağrılar. 5 gün belə davam etdi, amma ağrılar yenə də keçmədi.

Getdik yenə Nizami həkimin yanına, o, bizə dedi ki, narahatçılıq xəstənin böyrəyi ilə bağlıdır, bizdə isə müvafiq aparat yoxdur, mən tapşırmışam siz gedin "Dobromed Baku Hospital”a.

Biz getdik həmin hospitala. Yenə analiz verdik, müəyyən yoxlamalardan keçdik. Bizə dedilər ki, sabah saat 10:00-da gələrsiz analizlərin cavabını almağa. Səhəri gün saat 10-da gəldik "Dobromed”ə, Nizami həkim və onun köməkçisi Anar da gəldilər.

Dedilər ki, yenidən əməliyyat eləmək lazımdır, çünki əvvəlki əməliyyat böyrəklə sidik kanalını birləşdirən damar səhv kəsilib, indi biz komputer aparatı vasitəsilə həmin səhv kəsilən damarla sidik kanalına gedən damarı birləşdirəcəyik, siz gedin saat 1-də gələrsiz, burda həkim var, böyrək həkimi, həm də ginekoloq Elxan adında.

Bu Elxan isə "Dobromed” klinikasının uroloq-androloqu Elxan Mürşüdlüdür. Biz soruşduq ki, bəs bu əməliyyat necə olacaq? Narkozlamı, narkozsuzmu?

Nizami həkim dedi ki, asan əməliyyatdır, narkoza filan ehtiyac yoxdur, qəti narahat olmayın, əməliyyat komputer vasitəsilə aparıldığı üçün sadəcə dərman verəcəyik.

Xəstəni saat 10-da apardılar ki, dərman verəcəyik və həmin dərmanın təsir müddəti 4-5 saat çəkir. Amma ki, bizə xəbər etmədən xəstəni aparıblar əməliyyat otağına ki, saat 1-də Elxan həkim gəlib əməliyyat edəcək.

Nizami həkim gəldi saat 1-in yarısı dedi ki, qalxıb analizin cavabını alıb gəlirəm. Saat 2-yə kimi gözlədik, Nizami həkim gəlmədi. Qalxdıq yuxarı ki görək nə məsələdi.

Bizə yuxarıdan tibb bacısı dedi ki, Nizami və Elxan həkim əməliyyat otağındadırlar. Dedik nə əməliyyat otağı, axı bizim xəbərimiz yoxdur?

Tibb bacısı dedi ki, mən bilmirəm, başladı boynundan atmağa. Saat 5-də Nizami həkim əməliyyat otağından çıxaraq dedi ki, bəs birinci əməliyyatda mənim səhvim olub üzrlü hesab eləyin, amma ki narahat olmayın, Elxan həkim bu işin mütəxəssisidir, əməliyyat eləmişik, hər şey yoluna qoyulub. Kəsilən damarı da bərpa eləmişik.

Həmin hissəyə mil yerləşdirib bərpa eləmişik. Sonra dedi ki, onsuzda xəstənin içəri orqanları çürümüşdü, bundan başqa yolumuz yox idi. Xəstə 3 gün qaldı "Dobromed” klinikasında.

Bazar günü həmin klinikadan bizə dedilər ki, bazar günü bizim klinikada işçi olmadığı üçün xəstəni götürün aparın evə. Xəstəni ağrılar içində, böyründən tibbi şlanklar sallana-sallana götürüb arabaya qoyub, ordan da maşına qoyub gətirdik qardaşımın evinə. Səhərisi, birinci günü xəstəni yenidən gətirdik "Premium” klinikasına. Həmin gün o şlanklardan ikisini, növbəti gün daha ikisini çıxardıqdan sonra Nizami həkim dedi ki, gedin evə narahat olmayın.

Biz bu işi bilirik ki, neynirik. Biz yoldaşımı götürüb qayıtdıq rayona. Qayıdandan sonra yenə ağrılar başladı, 20 gün ərzində iynə, dərman, ağrıkəsicilər vuraraq xəstəni birtəhər sakitləşdirdik. Sonra xəstənin temperaturu qalxdı 40-41 dərəcəyə.

Təcili götürüb gəldik yenə "Premium” xəstəxanasına. Nizami həkim yox idi orada, zəng elədik ki, bəs biz gəlmişik bura, xəstənin temperaturu qalxıb 40-41 dərəcəyə. Nizami həkim dedi ki, mən Gədəbəydə istirahətdəyəm, siz gedin "Dobromed” klinikasına Elxan həkimin yanına.

Gəldik "Dobromed” klinikasına qalxdıq Elxan həkimin yanına. O, bizi görən kimi dedi ki, gedin buradan. Dedik ki, bəs, həkim, xəstənin temperaturu çoxdu, vəziyyəti ağırdı. Qayıdıb bizə dedi ki, gedin Nizaminin yanına o həll eləsin, mənlik deyil.

Yenidən zəng elədik Nizami həkimə, o, bizə dedi ki, bəs, görəsən, niyə Elxan mənə qarşı belə hərəkət edib? İnsanlara etibar yoxdur bu həyatda.

Bizə dedi ki, eybi yox, gedin Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına, orada uroloq İlqar həkim var, onun yanına gedin. Getdik İlqar həkimin yanına. O, da bizi "Mediland Hospital”a Səbinə xanımın yanına.

Həmin hospitalda 400 manata yaxın xərcimiz çıxdı, yenidən bütün yoxlama, analiz tədbirləri görüldü. Analizlərin, yoxlamaların nəticəsi olaraq bizə bildirdilər ki, edilən bütün əməliyyatlar mənasız yerə edilib, cavan qadının orqanlarını pis günə qoyublar. Halbuki, müalicə ilə həll olunası məsələlərdi bütün bunlar.

Bizi yenidən göndərdi Sabunçuya İlqar həkimin yanına. "Mediland Hospital”dan götürdüyümüz xəstəlik kağızlarını da gətirib verdik İlqar həkimə. İlqar həkim də sənədlərə baxıb zəng elədi Nizami həkimə.

Nizami həkim dedi ki, İlqar həkimə ki sən damarı sidik kanalına birləşdirən mili çıxar, narahat olma, problemli bir şey deyil. Yenidən 50 manat da xərcimiz çıxdı, İlqar həkim mili çıxardı, sonra dedi ki, siz xəstəni öz həkiminə (Nizami həkimə) aparın. Biz səhəri günü xəstəni yenə apardıq Nizami həkimin yanına.

O, dedi ki, mən müalicə yazacam, əgər həmin müalicə ilə xəstənin içəri orqanları təmizlənməsə, yenidən əməliyyat etməli olacağıq Dedik ki, sən 3 gün ərzində bizdən xəbərsiz xəstəni 2 dəfə əməliyyat eləmisən, bütün orqanlarını pis günə qoymusan, indi deyirsən ki, müalicə yazacam, içəridə qalan qan, çirk yığıntısı təmizlənməsə, yenə də əməliyyat eləmək lazımdı. Bu xəstə də insandı, 1 ayın içində bu qədər əzab-əziyyət çəkib. Belə şeymi olar? Qayıdıb ona dedik ki, sizdən şikayət edəcəyik, Respublika Prokurorluğuna, Səhiyyə Nazirliyinə. Qayıdıb dedi ki, əlinizdən gələni beş qaba çəkin, mənim pulum da var, "yuxarıda” adamım da var. Siz mənə heç nə edə bilməzsiniz. Biz Nizami həkimlə dalaşıb çıxdıq oradan.

Getdik "Bakı klinikası”na ginekoloq Gülnarə xanımın yanına. O, yenidən xəstəni müayinə edib dedi ki, müalicə ilə təmizlənə bilər. Yenidən 400 manat xərcimiz də çıxdı burada.

Gülnarə həkim dedi ki, mən yazdığım müalicənin nəticəsində artıq xəstənin temperaturu qalxmayacaq, siz mən yazdığım müalicəni eləyin, amma bir ay müddətində, sentybarın əvvəlində əməliyyat eləmək lazım gələcək.

Bütün bu olunan müalicələrə, gedilən xəstəxanalara, klinikalara, iynəyə, dərmana 3000 manatdan çox xərcimiz çıxıb. Mən özüm də kasıb kənd adamıyam, məktəbdə fəhlə işləyib (odun doğrayıb) güclə ailəmi saxlayıram.

İki azyaşlı övladım (biri 2-ci sinifdə, biri də 3-cü sinifdə oxuyur) da var. Bütün bu çəkilən xərcləri borc-xərc alaraq eləmişik. Vəliyev Nizaminin bu səhlənkarlığı, özbaşınalığı nəticəsində biz bu vəziyyətə düşmüşük.

Səhiyyəmizdə belə işçilərin olması ucbatından neçə-neçə uşaqlar valideynsiz, valideynlər uşaqsız qalır. Yoldaşım Mövsümova Aygün Mirədil qızı Nizami Vəliyevin özbaşınalığının, səhlənkarlığının, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinin"qurbanı”dır.

Vəliyev Nizami Əhməd oğlunun hərəkətlərində AR Cinayət Məcəlləsinin 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314 (səhlənkarlıq) cinayət tərkiblərinin əlamətləri vardır.

Belə ki, AR Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin tələbinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma deməkdir.

Vəliyev Nizami də 500 manat pul müqabilində öz qulluq mövqeyindən sui-istifadə istifadə etmişdir. Mühüm zərər vurma real maddi və mənəvi ziyanda ifadə olunur ki, xəstənin müalicəsinə 1-2 ay ərzində 3000 manata yaxın pul xərclənmişdir. AR Cinayət Məcəlləsinin 314.1-ci maddəsinin tələbinə əsasən səhlənkarlıq - vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasıdır.

Vəliyev Nizami Əhməd oğlu vəzifəli şəxsdir, yəni "Premium Clinic”(MMC) klinikasının baş həkimi, ümumi cərrahdır. AR Cinayət Məcəlləsinin 308-ci maddəsinin "Qeyd”inə əsasən dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən, publik hüquqi şəxslərdə, həmçinin kommersiya vəqeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər vəzifəli şəxslər sayılır.

"Premium Clinic”(MMC) kommersiya hüquqi şəxsidir. Vəliyev Nizami Əhməd oğlu həmin klinikada baş həkim vəzifəsində çalışmaqla təşkilati-sərəncamverici funksiyaları həyata keçirir. AR Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin "Qeyd” hissəsində nəzərdə tutulmuş”vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli qərarına görə, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Klinikanın baş həkimi, ümumi cərrah Vəliyev Nizami Əhməd oğlu xəstənin müayinə və müalicəsinin təşkili üzrə səlahiyyətləri (xəstəlik tarixi açmaq, xəstəni müayinələrə etmək, əməliyyat həyata keçirmək, digər tibb müəssisələrinə göndərmək və.s) məhz yuxarıda qeyd olunan hüquq münasibətlərinin yaranması ilə nəticələnən hərəkətlər hesab edilir, buna görə də o, vəzifəli şəxsdir.

Göründüyü kimi, Vəliyev Nizaminin öz işinə vicdansız və laqeyd münasibət göstərmiş, öz xidməti vəzifələrini layiqincə yerinə yetirməmiş, həyata keçirdiyi tibbi əməliyyat barədə nə xəstəni, nə də onun qohumlarını məlumatlandırmamış, "Sağlamlığın qorunması haqqında” AR Qanununun 24 (pasiyentin hüquqları) və 25-ci maddəsinin (sağlamlığın vəziyyəti barədə vətəndaşın məlumat almaq hüququ) tələblərini kobud surətdə pozmuşdur.

AR Səhiyyə Nazirliyinin 29.12.2011-ci il tarixli 137 nömrəli əmri ilə təsdiq edilmiş "Həkimlərin etik davranış qaydaları”nın 5-ci bəndinin tələbinə əsasən həkim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində insana ehtiramla, vicdanla, humanizm və mərhəmətlilik prinsiplərini rəhbər tutaraq, peşəkarlıq səviyyəsində həyata keçirir. "Qaydalar”ın 16-cı bəndinin tələbinə əsasən həkim xəstəni əsassız riskə məruz qoymamalı, xüsusilə də, bilik və bacarıqlarını qeyri-humanist məqsədlər üçün istifadə etməməlidir. Həkim hər hansı müalicə üsulunun seçimində ilk növbədə zərər vurmamaq prinsipini rəhbər tutmalıdır. Nizami Vəliyev yuxarıda qeyd etdiyim kimi ilk əməliyyat zamanı etdiyi səhvi boynuna almış, lakin "Həkimlərin etik davranış qaydaları”nın 20-ci maddəsində göstərildiyi kimi həkim səhvlərə yol verilməsi zamanı və ya müalicə prosesində gözlənilməz ağırlaşmalar zamanı xəstəni və təcrübəli həmkarlarını məlumatlandırmaq və bu barədə göstərişləri gözləmədən zərərli nəticələrin aradan qaldırılmasına yönəldilmiş hərəkətlərə başlamaq əvəzinə öz səhvini düzəltməmiş, xəstəni başından eləmişdir ki, nəticədə də xəstə, daha da pis vəziyyətə düşmüşdür.

Həmin "Qaydalar”ın 36-cı bəndinin tələbinə əsasən həkim öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə və ya sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına yol verdikdə qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb oluna bilər. Aydın şəkildə görünür ki, Vəliyev Nizami həmin "Qaydalar”a əməl etməmiş, sanki ,”Qaydalar”dan xəbərsiz olmuşdur.

Odur ki, yuxarıda qeyd olunanlara əsasən, həkim adının yüksək nüfuzuna ləkə gətirən, öz peşəsinə səhlənkar yanaşması nəticəsində gənc bir ananın taleyi ilə oynayan və bundan sonra da minlərlə belə anaların gələcəyini məhv etmək təhlükəsi qarşısında qoyan həkim Vəliyev Nizami Əhməd oğlu barəsində onun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308 və 314-cü maddələrində göstərilən cinayət tərkibi olduğundan onun barəsində cinayət işi başlamasına dair göstəriş verməyinizi Sizdən artıq dərəcədə xahiş edirəm".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru