Bu durum Heydər Əsədovu narahat edirmi? - Fermerlər çətin durumda
Tarix: 14-09-2017, 11:30 | Çap et
Bu il şimal-qərb bölgəsinin torpaqları yağış üzünə həsrət qalıb, desək, yanılmarıq. Son bir neçə ay ərzində isti hava şəraitinin ötən illərə nisbətən daha uzun çəkməsi və yağış yağmaması yerli sakinlərə baha başa gəlib. Havaların quraq keçməsi ilə yanaşı çaylarda sululuğun azalması da fermerləri çıxılmaz vəziyyətdə qoyub.
Qax rayon Qaşqaçay kənd sakini Həzrət Quliyev Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, bu il torpağa əkdikləri hər şey yerindəcə quruyub. "Suvarma problemi və təbiətin şıltaqlığı bizi bu il hər şeydən məhrum elədi. Gözümüzü fındığa dikmişdik, o da olmadı" – deyə kənd sakini bildirib. Onun sözlərinə görə, quraqlıq həm də qarğıdalıya, tütünə və bəzi bitkilərə də ziyan vurub. Mövcud şərait gəmiricilərin və ilanların çoxalmasına səbəb olub: "Vəziyyətin belə davam etməsi, yüzlərlə hektar meyvə bağlarını məhv etdi. Azərbaycanda builki quraqlığın nəticələri öz təsirini növbəti illərdə də göstərəcək".
Bu il Zaqatalanın fındıq bağlarında da məhsuldarlıq ötən ilə nisbətən zəifdir. Fındığın qiymətinin ötən illə müqayisədə aşağı olması da yerli sakinləri narazı salıb. Zaqatala rayonunun Dardoqqaz kəndinin sakini Abidət Ramazanova Sputnik Azərbaycan-ın əməkdaşına deyib ki, fındıq bağlarında əksər ağaclar susuzluqdan quruyub. "Məhsuldarlığın aşağı düşməsinə baxmayaraq, qiymət nəinki qalxmayıb, əksinə, aşağı düşüb. Keçən il kilosunu 5-6 manata satdığımız fındığı bu il 1-1.50 manata sata bilirik. Kənddə artezianların az olması suvarma üçün problem yaratdı. Ümidimiz təkcə yağışa idi, o da yağmadı. Son bir neçə gündə müşahidə olunan küləkli hava şəraiti də fındıq yığımını tezləşdirib" — Ramazanova bildirib.
Qeyd edək ki, analoji vəziyyət Balakən və Şəki rayonlarında da hökm sürür. Balakən rayon sakini Nəsibə Məmmədova bildirib ki, onların əsas gəlirləri fındıqdandır. Lakin builki quraqlıq səbəbindən fındıq az olub. Üstəlik, fındığın qiyməti də ötən illə müqayisədə azı 3 dəfə aşağı düşüb. Kənd sakini hesab edir ki, normalda məhsul az olanda qiymətlər qalxmalıdır. Lakin fındıq tədarükçüləri və yerli inhisarçılar fındığı mümkün qədər aşağı qiymətə alırlar. Nəticədə ziyan kəndliyə dəyir. "İl boyu gözümüzü fındığa dikirik ki, ondan gələn pulla bir ilimizi yola verək. Amma bu il qiymətlərin çox aşağı olması, heç ona çəkilən zəhmətin əvəzini ödəmir. Yaxşı olar ki, əlaqədar qurumlar və şəxslər bu məsələyə əncam çəksinlər. Bazarda alma-armudla fındığın qiyməti eyniləşib. Bu hal heç vaxt müşahidə olunmayıb" – deyə rayon sakini bildirib.
Şəki sakinləri də quraqlığın onlara vurduğu ziyandan şikayətçidirlər. "Əlbəttə, yağışın yağmaması, quraqlıq təbiətin işidir. Amma sovet dövründə suvarma sistemləri qurulmuşdu və quraqlıq kənd təsərrüfatına elə də zərbə vurmurdu. Çünki camaat tarlaları, ağacları suvarırdı. İndi isə suvarma sistemləri faktiki olaraq sıradan çıxıb. Bu işə məsul olan şəxslər isə suvarma problemini kəndli təsərrüfatlarının üzərinə yıxıb. Nəzərə almırlar ki, kəndlinin artezian qazdırmaq, su kanalları çəkdirmək üçün tələb olunan böyük vəsaitləri yoxdur. Bu işi dövlət etməlidir" – deyə şəkili fermer Akif Əliyev əməkdaşımıza bildirib.
O, qeyd edib ki, builki quraqlıq Şəki-Balakən bölgəsində məhsuldarlığın aşağı düşməsinə səbəb olub. Bu amil kənd təsərrüfatı məhsullarının keyfiyyətinə də mane olur: "Əlbəttə quraqlıq olanda, fındığın, qozun içi boş olacaq, yaxud ləpəsi zəif olacaq. Belədə onun qiyməti də aşağı düşəcək. Fındığın ləpəsi ilə yanaşı qabığı da istifadə olunur. Onun qabığından mebellərin hazırlanmasında və yanacaq kimi istifadə olunur". "Amma əsas gəlir, əlbəttə ki, ləpədən gəlir. Onun ləpəsindən yağ çəkilir, şirniyyatların hazırlanmasında, eləcə də çərəz kimi geniş istifadə olunur. İçi boş olan, yağlılığı az olan fındığı baha qiymətə almırlar. Bizim bölgənin qoz-fındığı Azərbaycanın başqa bölgələrinin məhsulundan öz yağlılığına, qabığın içində uzun müddət sağlam qala bilmə keyfiyyətinə görə fərqlənir. Ona görə də qiyməti adətən baha olur" – deyə Əliyev bildirib. Qeyd edək ki, fındıq tədarükçülərı bölgədə fındığın az olması fonunda qiymətlərin aşağı olmasını xarici bazarlarda Azərbaycan məhsuluna tələbatın aşağı olması ilə izah edirlər. Onların sözlərinə görə, hazırda regionda əsas fındıq ixracatçısı Türkiyədir. Odur ki, xaricdə Türkiyə məhsuluna tələbat Azərbaycan məhsulu ilə müqayisədə yüksəkdir. Tədarükçüləri hesab edirlər ki, Azərbaycan məhsulu keyfiyyətcə də aşağıdır. Bu isə qiymətlərə mənfi təsir edir.
Lakin fındıq istehsalçıları tədarükçülərin fikirləri ilə razılaşmır. Onlar məntiqi olaraq belə bir sual verirlər: bəs ötən il nə baş vermişdi ki, Azərbaycan fındığının qiymətləri 3 dəfə qalxmışdı? Axı ötən il də Türkiyə regionda fındıq ixracatında lider idi və Azərbaycan məhsulunun da tərkibi dəyişməmişdi…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|