“Azərmetal” kollektivi yenidən Prezidentə şikayət etdi - ŞİKAYƏT
Tarix: 24-10-2017, 13:00 | Çap et
“Azkontrakt” Dövlət Korporasiyasının tabeliyindəki “Azərmetal” Birliyinin baş direktoru Şahin Abbasov olmaqla, birliyin kollektivi adından “Təzadlar”a yeni bir müraciət daxil olub. Müraciət Prezident cənab İlham Əliyevə ünvanlıdır.
Müraciət müəllifləri cənab Prezidentdən xahiş edirlər ki, özəlləşməyə mane olan hədəflərin aradan qaldırılmasına nail olunsun, Prezidentin 19 may 2016-cı il tarixli, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına hörmətlə yanaşılaraq Əmlak Komitəsinin sədri Kərəm Həsənovdan tələb edilsin ki, niyə yarandığı gündən donmuş vəziyyətdə qalmış “Azkontrakt”ın tabeliyindəki idarələrin də özəlləşməsinə imkan verilmir? Aşağıda həmin müraciəti təqdim edirik: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə! Surəti: “Təzadlar” qəzeti redaksiyasına! Çox hörmətli cənab Prezident! Biz “Azərmetal” Birliyinin kollektivi, Prezidentin 19 may 2016-cı il tarixli, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq neçə aydır Əmlak Komitəsinin mütəxəssisləri tərəfindən müvafiq araşdırma və sənədləşdirilmə aparılaraq idarəmizin balansında qalan torpaq sahəsi və digər əmlakların hərraca çıxarılaraq satılması qərara alınmışdır. Lakin heç bir əhəmiyyət daşımayan kiçik idarə və müəssisələr hərraca çıxarıldığı halda, “Azkontrakt” SC-nin tabeliyində qalan bir neçə idarə və müəssisə müəmmalı səbəblərdən kənarda saxlanılır. Xatırladırıq ki, Prezidentin 19 may 2016-cı il tarixli, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı vardır və bu artıq o deməkdir ki, gözləməyə hüququmuz da yoxdur. Elə isə, təsis olunduğu gündən fəaliyyəti olmayan “Azkontrakt” SC-nin sənədləri niyə kənara atılır? Biz kimi və nəyi gözləyirik? Bizim kollektivin Bakı şəhəri, H.Əliyev prospektində (“Atletlər Evi” ilə üzbəüzdə) yerləşən idarə binasının və torpaq sahəsinin, digər əmlakımızın hərraca çıxarılmasını hələ də təmin etmirlər? Vaxtilə 100-dən çox işçisi olan birliyimizin indi cəmi 5-6 nəfəri dözüb qalıb, qalanı ailəsini dolandırmaq üçün başqa sahələrə çıxıb getmişdir. dilər, bəziləri yaş həddinə görə dünyasını dəyişdi. “Azkontrakt” rəhbərliyi bizim torpaq sahəmizin demək olar əsas hissəsini hələ özəlləşmə başlamamış kimlərə satmışdır, yaxşı bilir. Hansı ki, o məmurların “Azkontrakt”a dəxli yox idi. Sonra qalan ərazilərimizi “Azərsutikinti” SC-nin sədri, Prezident Administrasiyasının sabiq şöbə müdiri olmuş Yusif Hümbətov ələ keçirdi. O, bizim başımızın üzərindən bazamızın torpaq sahəsini elə formada özəlləşdirib ələ keçirib ki, indi vaxtilə balansımızda olmuş 12 ha sahədən bizə qalan 85 sot torpaq sahəsini nbelə ecə özəlləşdirəcəyimizi bilmirik. Neçə illərdir ki, hətta biz idarəmizə daxil ola bilmirik, birliyin darvazası Yusif Hümbətovun ələ keçirdiyi ərazidə qalıb. Yusif Hümbətov faktiki olaraq bizi oyundan kənar vəziyyətə salıb, torpaq sahəmizi elə bir kökə salıb ki, eskiz sənədlərindən heç bir memar belə baş çıxara bilməz. Ulu Öndər Heydər Əliyevin 1996-cı il 17 dekabr tarixli fərmanı ilə yaradılmış “Azkontrakt”ın tabeliyinə verilən idarə və müəssisələri, onların milyard manatlarla ölçülən əmlaklarını kimlər dağıdıb? Baş nazir Artur Rasizadənin 05.07.1997-ci il tarixli, 131 saylı sərəncamı ilə “Azərkontrakt” Səhmdar Cərniyyətinin strukturuna daxil edilmiş müəssisə və obyektlərin siyahısını təsdiqlənmişdir. 20 il əvvəlki Siyahı belə idi: - “Azərmetal” topdansatış ticarəti birliyi və onun Bakı şəhəri, Moskva prospekti, 98 ünvanda yerləşən anbar təchizat şahəsi (“Azərkontrakt” Səhmdar Cəmiyyəti) - “Azərmaşavadanlıq” idarəsi və onun Bakı şəhəri, Nobel prospekti, 36 və M.Qaşqay küçəsi, 100 ünvanlarında yerləşən anbar tesərrüfatları (“Azərkontrakt” Səhmdar Cəmiyyəti) - “Yüngül və yeyinti sənayesi məhsullarının topdansatış birliyi”, “Azəryüngülyeyintisənaye” və onun Bakı şəhəri, Nobel prospekti, 10 və Nizami küçəsi, 149 ünvanlarında yerləşən anbar təsərrüfatları(”Azərkontrakt” Səhmdar Cəmiyyəti) - “Azkontrakt” Səhmdar Cəmiyyəti (“Azərkontrakt” Səhmdar Cəmiyyətinin Moskva şöbəsi) - Texniki vasitələrin kirayə müəssisəsi-”Azərkirayə” (“Azərkontrakt” Şəhmdar Cəmiyyəti) - “Azərətsüd”- icarə müəssisəsi və onun Bakı şəhəri, Montin qəsəbəsi, Köndələn küçəsi-2 ünvanda yerləşən soyuducu bazası (keçmiş Ticarət Nazirliyi) - “Baqqaliyyə malları üzrə respublika topdansatış ticarəti “Azərbaqqaliyyə” kontoru və onun Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 507-ci məhəllədə yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət Nazirliyi). - “İstehsalat avtoekspedisiya” birliyi və onun Bakı şəhəri, Xırdalan qəsəbəsi, Şamaxı şossesi, 6 ünvanda yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət Nazirliyi) - “Azintreyd” xarici ticarət birliyi (keçmiş Ticarət Nazirliyi) - Qax rayonunda yerləşən istirahət evi (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)”. Bəs indi həmin müəssisələr və onların əmlakları, torpaq sahələri haradadır? Özəlləşmə barədə qanun qəbul edilməmiş, Prezidentin müvafiq sərəncamı olmadan bu əmlaklar necə, hansı yolla özününküləşdirilib? Bunu araşdırmaq dövlət orqanlarının işidir. Amma Əmlak Komitəsindəki məmurlar bəhanələri bir kənara qoyub Prezidentin 19 may 2016-cı il tarixli, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanının şəksiz yerinə yetirilməsini təmin etməlidirlər. Cənab Prezident! Xahiş edirik, “Azərmetal” Topdansatış Birliyinin əmlaklarının hərraca çıxarılmasına süni maneə yaradan məmurların cəzalandırılmasına tapşırıq verəsiniz.
Dərin hörmətlə: Şahin Abbasov, “Azərmetal” Topdansatış Birliyinin baş direktoru \\tezadlar.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|