General Elçin Quliyevə və polkovnik Azər Mehdiyevə hökm oxundu - MƏHKƏMƏDƏN
Tarix: 30-11-2017, 12:08 |
Çap et
Daha bir MTN dəstəsinin məhkəməsi yekunlaşıb. Məhkəmənin hökmü ilə E.Quliyev 10 il 6 ay və A.Mehdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə MTN zabitlərinin rütbələri ilə bağlı da qərar elan olunub. Onların hərbi rütbədən məhrum olunması ilə bağlı ölkə başçısına təqdimat göndərilməsi ilə bağlı qərar qəbul edilib.
Musavat.com xəbər verir ki, MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.
Bakı Hərbi Məhkəməsində keçirilən proses hakim Elbəyi Allahverdiyev sədrlik edib.
Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı E.Quliyevin 15, A.Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini, hər iki şəxsin hərbi rütbəsinin alınmasını, əmlaklarının müsadirə edilməsini istəmişdi.
MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev Eldar Mahmudov vəzifədən qovulandan sonra tutduğu vəzifədən azad olunaraq, MTN-in Heydər Əliyev adına Akademiyasına kafedra rəisi təyin edilmişdi.
Ancaq MTN ləğv edildikdən sonra o da həbs edilib.