Dövlət Gömrük Komitəsinin polkovnik-leytenantı Gürcüstanda həbs edilib - İDDİA
Tarix: 11-12-2017, 11:40 |
Çap et
Bu il oktyabr ayının sonlarında Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı, polkovnik-leytenant Həsənov Rəhim Səlim oğlu Gürcüstan respublikası ərazisində küllü miqdarda psixotrop maddə ilə saxlanılıb.
"Ölkə.Az"-ın əldə etdiyi məlumata görə hazırda Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən istintaq altında saxlanılan R.Həsənov barəsində qanunsuz olaraq psixotrop maddələrin saxlanılması maddəsi ilə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 1978-ci il təvəllüdlü R.Həsənov uzun illərdir ki, DGK-də çalışıb. Həsənov Bakı Dövlət Universitetinin hüquq fakultəsində sonra isə Rusiya Gömrük Akademiyasında təhsil alıb. Araşırmalarımız zamanı məlum olub ki, Gürcüstan Respublikasından olan Rəhim Həsənov tez-tez şəxsi işləri ilə əlaqədar olaraq vətəninə gedib-gəlib.
Baş vermiş faktla əlaqədar Dövlət Gömrük Komitəsinin (DGK) mövqeyini öyrənmək mümkün olmadı.