Abdulbari Gözəl “Azərsun Holdinq”i təhvil verir - Görün, kimə...
Tarix: 18-12-2017, 12:27 |
Çap et
"Azərsun Holdinq”in prezidenti Abdulbari Gözəl rəhbəri olduğu şirkətin idarəçiliyini oğluna təhvil verir.
Unikal.org-a daxil olan məlumatda bildirilir ki, yaşının artması ilə əlaqədar Abdulbari Gözəl "Azərsun Holdinq”in müşahidə şurasının sədri vəzifəsindən getməyi düşünür. O buna görə, Dubayda yaşamış oğlu Əhməd Gözəli Bakıya gətirib.
Hazırda "Azərsun Holdinq”in idarəçiliyini öyrənən Əhməd Gözəl yaxın günlərdə atasının rəhbəri olduğu şirkətin başına keçəcəyi gözlənilir.
Bununla belə, Abdulbari Gözəl "Azərsun Holdinq” tərkibində fəaliyyət göstərən bir neçə qurumu da qızları Zeynəb Gözəl və Məryəm Gözələ təhvil verib.