Özü xidmət göstərmir, başqalarına da aman vermir... - GİLEY
Tarix: 31-01-2018, 12:18 |
Çap et
Göyçayda internet istifadəçiləri “Aztelekom” internet provayderinin xidmətindən kəskin narazılıq edirlər. DİA.AZ bildirir ki, bu barədə yazan narazı göyçaylılar qurumun internet istifadəçilərini rəsmən ələ saldığını iddia edirlər.
Daha sonra narazı vətəndaşların müraciətində deyilir. "Dövlət müəssisəsi olan “Aztelekom” nəinki xidmət göstərir, digər provayderlərin fəaliyyətinə inzibatı resurslar vasitəsilə mane olur. Bu da nəticədə abunəçilərin narazılığına gətirib çıxarır. Sanki məqsədli şəkildə edirlər ki, insanlar internetdən kənar dursunlar. Onsuz da telekanallardan xəbər almaq olmur. İnsanlar hər şeyi xəbər saytlarından öyrənir. Göyçayda isə bu müşkülə çevrilib".
Qarşı tərəfi də dinləməyə hazırıq...