Qobustanda saxta sənədlərlə 526 hektar torpaqda subsidiya necə mənimsənilir? - İTTİHAM
Tarix: 31-01-2018, 15:08 | Çap et
Qobustan rayonu, Qaracüzlü kənd sakinlərindən Mirzəməmmədov Mehdibala Heybət oğlu, Məcidov Sakit Mirbala oğlu, Muradaov Oktay Muradxan oğlu Abdullayev Soltan Abdulla oğlu Xalıqov Təbriz Babazadə oğlu, Hüseynov İbrahim Məhəmmədəli oğlu, Yusifov Əzim Salıyeva Güllü Novruz qızı, Paşayev Ramazan Qubat oğlu, Xalıqov Babazadə Babkişi oğlu, pirməmmədova Abda Hətəm qızı, Məmmədova Fatmaxanım İbrahim qızı, Həsənova GülxarMəhəmməd qızı, Məmmədov Səftər Hətəm oğlu, Məmmədov Dostalı Heybətalı oğlu, Nağıyev Ağabala Sadiq oğlu, Nağıyev Babaverdi Ağabala oğlu, Xankişiyev Sədrəddin İbrahim oğlu, Əhmədova Sona Sərhəd qızı, Alcanov İmamcan Abasqulu oğlu, Kərimova Nura İbrahim qızı, Süleymanov Nemət Süleyman oğlu, Nemətova Sənəm Sahib qızı, Xankişiyev Əlilla Xanalı oğlu, Xasıyeva Şahsənəm Qismət oğlu, Rzaxanov Ehtiqat Alibəy oğlu, Zaidov Süleyman İbad oğlu, Qarayev Mirələm Məhəbbət oğlu, Məmmədov Gülməmməd Məmməd oğlu, Mərdalıyeva Hökmə Hümbət qızı, Xalıqova Gülgəz Xanqulu qızı, Alcanova Çimnaz Mirzə qızı, Abdullayev Abdulla İbad oğlu, Musayev Əlikram Ələkbər oğlu, Əliyeva Xədicə Heybətalı qızı, Novruzova Xurma Məhəmməd qızı, Novruzova Sona Nemət qızı, Dosdıyeva Fatmaxanım Sadiq qızı, Məmmədova Adilə ağagül qızı tərəfindən Prezident İlham Əliyevə, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəhbərliyinə ünvanlı şikayət məktubunun bir surəti də «təzadlar» qəzetinə göndərilib. Hava şəraiti ilə bağlı şikayətçilərlə görüşə bilməsək də, onların bir neçəsi və hüquqi nümayəndələri ilə telefon əlaqəsi saxladıq. Məlum olur ki, Qobustan rayon Qurbançı bələdiyyəsinin sədri Musayev Əlikram Ələkbər oğlu, Qobustan Dövlət Notariat kontorunun sabiq müdiri Seyidov Tofiq Seyidqulu oğlu və Bakı şəhər sakini Məmmədov Malik Xeyrulla oğlu qabaqcadan əlbir olaraq gizli sövdələşmə nəticəsində sakinlərə məxsus 526 hektar pay torpağı onların xəbəri və razılığı olmadan qanunsuz olaraq ələ keçirilib... Aşağıda həmin müraciəti ixtisarla təqdim edirik: Çox Hörmətli cənab Prezident! Biz, Qobustan rayon Qaraçüzlü kənd sakinlərinə yerli Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli qərarına əsasən yaşadığımız kənd ərazisinə aid kənd təsərrüfatlı torpaqlardan pay torpaqları dövlət tərəfindən əvəzsiz olaraq verilmişdir. Kəndimizin daxil olduğu Qurbançı bələdiyyəsinin sədri Əlikram Musayev kəndin 40-a yaxın təsərrüfat rəhbərindən (ailə başçısı) onlara verilmiş pay torpağın Dövlət Aktında ediləcək düzəliş adı altında hamısını toplamış və 2006-cı ilin aprelin 2-də Bakı şəhəri, Mustafayev küçəsi,ev 27, mənzil 36-da yaşayan Məmmədov Malik Xeyrulla oğlu ilə gizli sövdələşərək 1 ha-rı, özünün dediyi kimi, 200 manata olmaqla, saxta sənədlərlə sataraq bizə külli miqdarda ziyan vurmuşdur. Belə ki, bələdiyyə sədri Ə.Musayev Qobustan Notariat kontorunun rəisi olmuş T.Seyidovla əvvəlcədən razılaşaraq alqı-satqı müqaviləsi bağlamaq üçün bizim 40 ailə başçısının adından öz adına etibarnamə və ailə üzvlərinin hər birinin adından razılıq ərizələri tərtib edərək eyni reyestr nömrəli 02 aprel 2016-cı il tarixli 2 ədəd alqı-satqı müqaviləsi tərtib etmişlər. Birinci müqavilədə 6 nəfər, ikinci müqavilədə isə 32 nəfər təsərrüfat rəhbərinin adları qeyd edilmişdir. Müqavilənin saxtalığını sübut edən məqamlardan biri budur ki, 32 nəfərin adı yazılmış alqı-satqı müqaviləsində alıcının imzası və adı göstərilmir. Belə bir saxta müqavilə əsasında alıcı M.Məmmədov 2008-ci ilin aprelin 21-də 14 saylı DƏDRX-nın Şamaxı rayon Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatı haqqında MH seriyalı 4 ədəd çıxarış almışdır. Bütün bunlardan isə biz sonradan xəbər tutmuşuq. Nəticədə M.Məmmədovun adına cəmi 526,74 hektar torpağa mülkiyyət hüququna dair sənəd verilmişdir. Torpaq mülkiyyətimizin tam ələ keçirilməsi barədə biz kənd cammatı yalnız 2016-cı ilin oktayabr ayında əlimizdə olan Dövlət aktı əsasında çıxarış almaq istərkən, ƏMDKDƏDRX-nin 14 saylı Əraizi İdarəsinin 08 noyabr tarixli cavab məktubundan aydın olmuşdur ki, «…Sizlərə məxsus torpaq sahələri 02 aprel 2006-cı il tarixdə Qobustan rayon DNK-da təsdiq olunmuş 4 və 13 nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhər sakini Məmmədov Malik Xeyrulla oğlunun adına JN-571, kod 30708038 saylı Dövlət aktı hazırlanmışdır. Torpaq sahələri hazırda başqa mülkiyyətçinin adına qeydiyyata alındığı üçün həmin torpaqların üzərində sizin mülkiyyət hüququnuzun qeydiyyata alınması qeyri-mümkündür.”
«…Malik Məmmədov ələ keçirdiyi 526 ha torpağımıza görə son 10 ildə saxta sənədlərlə taxıl əkmək adı ilə dövlətdən hər hektarına 90 manat olmaqla təxminən hər il dövlətdən 47 min 340 manat subsidiya alaraq mənimsəmişdir»
Rəsmi cavab məktubundan bizlərə o da aydın olmuşdur ki, torpaqlarımız dəlduzluq yolu ilə - etimadımızdan sui-istifadə edən bələdiyyə sədri tərəfindən razılığımız olmadan digər şəxsə satılmışdır. Və çox təəssüflər olsun ki, orqanlara etdiyimiz müraciətlər nəticəsiz qalmışdır. Məsələni araşdırdığımız zaman bizlərə o da məlum olmuşdur ki, “Alıcı” hesab olunan Malik Məmmədov ələ keçirdiyi 526 ha torpağımıza görə son 10 ildə saxta sənədlərlə taxıl əkmək adı ilə dövlətdən hər hektarına 90 manat olmaqla təxminən hər il 47 min 340 manat pulu dövlətdən subsidiya alaraq mənimsəmişdir. Digər məlumatlardan biri də budur ki, Malik Məmmədov 2009-cu ildə 526 ha zəbt etdiyi torpağımıza çıxarış aldıqdan sonra təmsil olunduğu “Gilan” şirkətindəki bəzi əlaqələrinin köməkliyilə “AtaBank” ASC-nə əmlakı girov qoymaqla bankdan külli miqdarda (verilən məlumata görə 30 milyon manat) kredit götürmüşdür. Bu torpaqlarda biznes adamı kimi iş görmək adı altında layihə təqdim etməklə götürdüyü külli-miqdarda krediti o təyinatı üzrə deyil, tam başqa məqsədlə talan etmişdir. M.Məmmədovun məqsədi də pulu Banka qaytarmaq olmamışdır. Elə “AtaBank” özü də Qəbələ, Oğuz və Şəki rayonu ərazilərində boş torpaq sahələrinə öz adamlarının adına külli miqdarda girov şərtilə kredit verərək onu problemli kreditə çevirməklə məşğuldurlar. Yəni Bankın özü ilə əvvəlcədən gizli razılaşma əsasında M.məmmədov krediti müflis olmasını bəhanə gətirərək ödəmir. 10-15 min manata ələ keçirdiyi və banka girov qoyduğu torpağımızın taleyi isə onu əsla maraqlandırmır. Ona görə də Malik Məmmədov hər yanda bizim bu məsələ barəsində qaldırdığımız şikayətləri nüfuzu və pulu gücünə öz xeyrinə həll edir. Biz də qalmışıq çıxılmaz vəziyyətdə. İndi ümidimiz yalnız Dövlətimizin başçısı çox hörmətli İlham Əliyevə qalmışdır. Çox xahiş edirik ki, əmlakımızın ələ keçirilməsi zamanı baş vermiş bütün sənəd saxtakarlıqları, bizim torpağımızdan istifadə etməklə (526 ha) dövlətdən son illər formal kağız üzərində oğurlanaraq talan edilən subsidiyalar, yenə də bizim torpağımızın Banklara girov qoyularaq və külli-miqdarda ( 30 milyon manat) kredit götürülərək məqsədli formada mənimsənilən milyonların aqibətinə aydınlıqlar gətirilməsini və nəhayət, hazırda banka əsassız yüklü edilmiş torpaqlarımızın ailələrimizə qaytarılması üçün Malik Məmmədov, Əlikram Musayev və Qobustan DNK-nun sədri olmuş Tofiq Seyidovdan ibarət dəstənin fəaliyyətinin tam araşdırılaraq hüquqi qiymətin verilməsi üçün aidiyyatı təşkilatlara göstəriş verməyinizi xahiş edirik. Cənab Prezident! Bir daha Sizdən kömək istəyirik. və əvvəlcədən minnətdarlığımızı bildiririk. Xüsusi qeyd: Torpağı mənimsənilmiş şəxslərdən bu haqsızlığa tab gətirməyərək Mirzəməmmədov Heybət Qulu oğlu 12.02.2005-də vəfat etmiş, yoldaşı Mirzəməmmədova Fatma Gülbala qızı 16.08.2004-də, Yusifov Fətxan Məmməd Murad oğlu 01.05.2001-də, Muradaov Muradxan İdayət oğlu 23.02.2003-də vəfat etsələr də, onların da torpaqları 02.04.2006-cı il tarixli saxta müqavilə əsasında dələduzluq yolu ilə mənimsənilmişdir. Qanunvericilikdə yazılırmı ki, vəfat etmiş şəxslərin torpaqlarını onların adına tərtib edilmiş saxta etibarnamə əsasında satmaq mümkündür? Redaksiyadan: məsələ ilə bağlı adı çəkilən Malik Məmmədovun bizə təqdim edilmiş mobil telefonuna zəng vursaq da, cavab verilmədi. Onun da mövqeyini öyrənməyə çalışırıq… \\tezadlar.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|