Mikayıl Cabbarovdan növbəti qadağa - “... imtina edilməlidir”
Tarix: 6-02-2018, 12:39 |
Çap et
Artıq 5 aydır Azərbaycan Qılıncoynatma Federasiyasının rəhbəri təyin olunan vergilər naziri Mikayıl Cabbarov qurumda daha bir şərt qoyub.
Unikal.org-un əldə etdiyi məlumata görə, federasiya rəhbərinin göstərişi ilə milli komanda "milliləşmə”lərdən imtina etməlidir.
Belə ki, yerli idmançılara üstünlük verilməli, gənc qılııncoyanadanlar yetişdirilməlidir. Yeni qərara görə, federasiya uzun müddət əcnəbi idmançıları yığma komandaya cəlb etməyəcək. Əksinə bütün bölgələrdə qılıncoynatmaya maraq oyadılmalı və oradan milliyə yararlı idmançılar seçilməlidir. Qərar həm kişilərin komandasına, həm də qadınların yığmasına şamil edilib.
Aldığımız digər məlumata görə, rəhbərliyin göstərişinə görə idmançıların maaşı yenidən hesablanır və göstərdikləri uğura görə qiymətləndirilir.