Elmar Məmmədyarova Milli Məclisdə İSTEFA ÇAĞIRIŞI - İLGİNC
Tarix: 30-03-2018, 13:00 |
Çap et
Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentdə keçirilən ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasda xarici işlər naziri Elmar Məmmədyarovu istefa verməyə çağırıb.
“Report”un xəbərinə görə, o deyib ki, E.Məmmədyarov öz işini layiqincə görmür, Dağlıq Qarabağ danışıqlarında nəticə əldə edilmir.
Parlamentin sədri Oqtay Əsədov da ona cavab olaraq ironiya ilə sual verib: “Ana Vətən Partiyasının sədri niyə xarici işlər nazirindən yapışır? Prezidentliyə namizəd də, Siz də xarici işlər nazirinin fəaliyyətini müzakirə edirsiniz”.