Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                     Bakıdan qaçan Pallone görün nə dedi .....                     İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                 

Azərbaycanın Qiymətli Kağızlar Bazarı bataqlıq içində... - İTTİHAM
Tarix: 31-03-2018, 10:43 | Çap et
Azərbaycanın Qiymətli Kağızlar Bazarı bataqlıq içində...
«Təzadlar»ın Araşdırma Qrupu redaksiyaya daxil olmuş şikayət və əlavə olunmuş sorğu əsasında Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti ilə bağlı ciddi araşdırmalara başlayıb… Söhbət daha çox ölkənin qiymətli kağızlar bazarındakı susqunluq və durğunluqdan gedir. Ən təəssüfləndirici hal isə budur ki, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının sədi olan Rüfət Aslanlı xeyli müddət məhz Azərbaycanın Qiymətli Kağızlar Dövlət Komitəsinin sədri olub, sonra həmin qurum ləğv edilərək Maliyyə Bazarlarına Nəzarət Palatasının tərkibinə verilib. Deməli, Rüfət Aslanlı yenidən ölkənin qiymətli kağızlar bazarına nəzarəti və idarəetməni həyata keçirəcək…

Rüfət Aslanlıya Prezident etimadı, Aslanlının Fransada şərab istehsalı, bir də…

Əslən Gədəbəydən olan Rüfət Aslanlının hələ Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri olduğu dönəmi xatırladan sorğu müəllifi onun bir müddət Fransada öz adına buraxdırdığı şərab barədə maraqlı bir materialı da əlavə edib. Belə çıxır ki, bu gün ölkənin qiymətli kağızlar bazarında bir iş görməyən Rüfət Aslanlı Fransada özünə başqa bir məşğuliyyət tapıb və orada özünün adına şərab da istehsalına könül verib. Bəs onun könlündən niyə Prezidentin göstərdiyi etimad, Azərbaycanın qiymətli kağızlar bazarındakı ölü nöqtədən çıxmaq kimi problemlər keçməyib??? Şikayətçinin (sorğuçunun) məktubundan sitat: «Hörmətli «Təzadlar»! Bu yazımda heç bir qərəz ifadə olunmayıb və dövlətimin maraqlarından çıxış edərək bu problemi araşdırmağınızı sizdən xahiş edirəm. Problem isə olduqca qəlizdir… Bircə misal: Bakıda evlərin qiyməti niyə bahadır? Bu artıq monopoliya deyil ki, məsələn, bananı filankəs gətirir, yas yerlərinə filankəs rəhbərlik edir və s. Bura artıq mənzil bazardır... Niyə bizdə mənzillər ABŞ-dan, Türkiyədən... bahadır? Dünyanın hər bir ölkəsində qiymətli kağızlar bazarı var. Məsələn, kiminsə 50 min, 100 min dollar pulu varsa, gedib nüfuzlu şirkətlərin aksiyalarını, yəni istiqrazlarını alır. Və ildə bir dəfə gedib dividentini götürür. Amma bizim, məsələn, nazirimiz Səlim Müslümov istiqraz, yəni qiymətli kağız ala bilmədiyindən pulunu neyləyir, gedib 70 mənzil alır, Bakıda “Varlılar məhləsi”ndə 3-4 çoxmilyonluq villa tikdirib hansısa xarici şirkətə icarəyə verir və s. Çünki Azərbaycanda qiymətli kağız bazarı olmadığından onun başqa yolu da qalmır. Xaricdən qiymətli kağız almağa isə risq etmir... Ona görə də Azərbaycanda əlində bir az pulu olan ya banka qoyur… Banklardakı dələduzluq nəticəsində əmanətlərin batma təhlükəsini köz altına alanlar (“Texnikabank”ın Bakı filialı, “Dəmirbank” və s. kimi acı təcrübə var) isə pulu ya bağda, evdə gizlədir, ya da deyir, cəhənnəmə, gedib mənzil alım ki, kasıbın malı göz qabağında olsun... Əslində, banklarda faiz çox aşağı olduğundan bir çoxları heç banklara üz tutmur. Azərbaycanda 10, 20, hətta blokla ev alanlar var... Bütöv bir göydələni alanlar da var... Alıb, qalır ortada. Tələb təklifi üstələmiş olur... Yəni, mənzil alan (həmin pullular) çox olduğundan mənzil bazarında daim tələb var, deməli, bahalıq qalır. Çünki çirkli pullara sahiblənənlər hələki büdcə qarşısında öhdəliyə malik deyillər... Mən hələ Azərbaycanda iri torpaq sahələrini özəlləşdirib istifadəsiz edərək gələcək nəslinə saxlayanları demirəm. Və torpaq alqısı daim olduğundan yenə də torpaq bazarında da bahalıq meydan sulayır... Neçə aydır vergilər naziri Fazil Məmmədovu keçmiş təhsil naziri Mikayıl Cabbarov əvəzləyib. İnanaq ki, o, arzulanan vergi islahatlarını aparacaq. Amma gəlin görək bu necə mümkün olacaq? Mikayıl Cabbarov dünya əmlak vergisi standartlarını əsas götürüb bizdə o standartları tətbiq etsə, büdcəmiz aşıb daşacaq. Məsələn, nazir Səlim Müslümovun Bakıdakı “Varlılar məhləsi”ndə dörd villası, digər yeni binalarda 20-30, 70 evi, rayonlarda torpaq sahələri var. Amma o, əmlak vergisi vermir. Niyə? Onun kimi minlərlə, on minlərlə imkanlılar var... Onlar da eləcə. Mövcud qanunvericilikdə əmlak vergisi ümumi əmlakın 1 faizi qədərdir. Əgər o, 100 əmlaka malikdirsə, il ərzində bu əmlakların, məsələn, mənzillərin (mülklərin) biri əmlak vergisinə gedəcək. Hər il bu mənzərə davam edəcəksə, o, deyəcək ki, ay balam, ildə bir mənzil vergiyə gedirsə, bu qədər mülk mənim nəyimə lazımdır ki, alıb qoymuşam... Və o, çoxsaylı daşınmaz əmlaklara (digər əmlaklara da) malik olmaqdan imtina etməli olacaq. Amma o, bu əmlakları satandan sonra pulunu neyləməlidir? Hə, gəldik mətləbə! Bütün dünyada pulu olan qiymətli kağızlara maraq göstərir. O isə bizdə yoxdur. Bəs bu neçə illər ərzində Rüfət Aslanlı nə işlə məşğul olub??? Mən İtaliyada neçə il əvvəl 1 milyon dollara böyük bir mülkün satıldığını görmüşdüm. 38 otağı, 4 ha torpaq sahəsi var idi... Maraqlandım ki, bu niyə belə ucuz satılır? Mənə dedilər ki, ser, sahibi hər il bu mülkə görə külli miqdarda əmlak vergisi ödəyir...
AZƏRBAYCANIN QİYMƏTLİ KAĞIZLAR BAZARI BATAQLIQ İÇİNDƏ-YENİLƏNİR
Bir neçə ildən sonra artıq bu mülkün dəyəri əldən gedəcək... Yəni, vergi çox asan yolla mülkiyyət sahibini məcbur edir ki, əmlak bazarında qiymətlər ucuzlaşsın. Yəni, belə olandan sonra o məmurlarımız daha gedib yenidən əlavə mülk, torpaq alamayacaq. Təsəvvür edirsinizmi, bu gün Bakıda bu qədər mənzil tikilir, yenə də ucuzluq yoxdur. Çünki yeni binanın bünövrəsi qoyulan kimi səlim müslümovlar, fazil məmmədovlar… gedir ki, qardaş, 10 mənzil mənimdir, al bu da nəğd pulu... Çünki əldə olan pul kapitallaşdırılmalıdır. Banka etibar yox, evdə-bağda saxlamaq təhlükəlidir, qiymətli kağız da yoxdur... Vəziyyətin belə əcaib formada olmasının səbəbi odur ki, Azərbaycanda normal qiymətli kağızlar bazarı yoxdur. Yalnız SOCAR-ın vauçerləri var, ona da hələki etibar o səviyyədə deyil. Çünki etibarlı bazar yoxdur... Az-maz da lotoreya satışı var, o da monopoliyadadır. O isə qiymətli kağız deyil. Sovet vaxtı belə istiqrazlar var idi, yəqin Rüfət Aslanlı da xatırlayır... Bəs elə isə Azərbaycanın Qiymətli Kağızlar Komitəsi uzun illər nə ilə məşğul olub? Rüfət Aslanlı sədr kimi tamam başqa işlərlə məşğuldur, hətta Fransada öz adına çaxır da buraxdırıb, mətbuat bu barədə yazıb, təkzib də edilmədi…

Azərbaycanın Qiymətli Kağızlar Bazarı bataqlıq içində...
Azərbaycanın Qiymətli Kağızlar Bazarı bataqlıq içində...

Görün özbaşınalıq nə vəziyyətdədir ki, komitə sədri dövlətin adını və büdcəsini deyil, özünün adına çaxır buraxdırmağı düşünür! Azərbaycanda Fond Birjası var. İndiyədək hansı kotirovkaları edib, hansı Azərbaycan vətəndaşı oradan gedib qiymətli kağız ala bilər? Bu birjada hansı şirkətin qiymətli kağızı satılır ki, vətəndaş gedib pulunu verib alsın, arxayın olsun ki, onun pulu ona gəlir gətirəcək... Yoxdur. Niyə yoxdur? İndi Rüfət Aslanlı girişib banklara lisenziya satmağa… Axı sənin vəzifən bu deyil. Hər gün dünya birjalarında aksiyaların qiymətləri elan edilir, milyardlar alınıb-satılır. Biz isə belə bir bazarı vermişik Rüfət Aslanlının himayəsinə, o isə…»
-Rüfət Aslanlının himayəsində hansı sahələr var?
-Bakı Fond Birjasında nələr alınıb-satılır?
-Azərbaycanın qiymətli kağızlar bazarını bataqlıqdan necə çıxarmalı?
-Rüfət Aslanlı banklara və sığorta şirkətlərinə lisenziya verərkən hansı şərtləri diqtə edir?
-Prezident İlham Əliyevə ünvanlı müraciətdə Rüfət Aslanlının barəsində nələrin üstü açılıb göstərilib?
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru